Azərbaycanda 1 məhbusu saxlamaq üçün ildə 7 min manatdan çox pul tələb olunur
Müsahibə13 dekabr 2018 08:24
Cinayətlərin törədilməsində heç bir rolu olmayan vergi ödəyiciləri niyə öz ciblərindən ödəyərək həbsxanadakı müftəxorları saxlamalıdır?!
Cəzalar sisteminin humanistləşdirilməsi haqqında qanunun qəbulundan demək olar ki, iki il keçib. Lakin indiyə qədər Azərbaycanda probasiya (latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi anlamına gəlir-red.) cəmiyyətin vacib elementinə çevrilməyib. Halbuki probasiya və elektron nəzarətin (elektron biləzik) tətbiqi həbsxanaların yükdən azad edilməsinə və büdcə vəsaitlərinin qənaətinə yardım edəcəkdi. Bu fikirləri Sputnik Azərbaycan-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Zahid Oruc deyib.
Xatırladaq ki, prezident İlham Əliyev 10 fevral 2017-ci ildə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi" ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb. Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
Normativ aktlara əsasən alternativ cəza növlərindən biri də azadlığın məhdudlaşdırılmasıdır (AR Cinayət Məcəlləsinin 52-1-ci maddəsi). Bu maddənin böyük ictimai təhlükə yaratmayan və əsasən az ağır və yüngül iqtisadi cinayətlər törətmiş şəxslərə şamil olunması nəzərdə tutulub. Qeyd olunur ki, sözügedən cinayətlərə görə, azadlıqdan məhrumetmə cəzasının verilməsi məhkumların sayının artmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Ona görə də cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və profilaktik tədbirlərin tətbiqi məqsədilə elektron nəzarət vasitəsindən istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, alternativ cəza növlərindən və prosessual məcburiyyət tədbirlərindən istifadəni genişləndirmək də edilən tövsiyələr arasındadır.
Zahid Orucun sözlərinə görə, sərəncamdan irəli gələn probasiya sisteminin tətbiqi ilə əlaqədar olaraq ötən il cinayət qanunvericiliyində 300 maddəyə dəyişiklik edilib və bu inqilab idi. Qanun layihəsində başlıca məqsəd olaraq elektron bilərziklərin köməyi ilə həbsxanaların yükünü azaltmaq, bununla yanaşı günahkarları da cəzadan tam azad etməmək dayanırdı.
"Qeyd edim ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işlərinə nəzarət bölməsinin rəhbəri qanun layihəsi ilə bağlı demişdi ki, məhkəmələr artıq ciddi cəzalar vermir. Bundan bir ay əvvəl məhkəmə hakimlərinin yenidən təyin olunması zamanı mən parlamentin iclasında probasiya sisteminin tətbiqi probleminə toxundum və qeyd etdim ki, biz hələ də məhkəmələrin bu istiqamətdə effektiv işini görmürük. Qanunda 10-a yaxın alternativ azadlıqdan məhrumetmə cəzası müəyyən edilib. Elektron bilərziklərin tətbiqi ilə bağlı işlər çox zəif gedir, baxmayaraq ki, dövlət başçısı bu barədə tələbi qəti formada qoyub." - deyə deputat bildirib.
Oruc qeyd edib ki, Rusiyada elektron bilərziklərin tətbiqi praktikası illərdir mövcuddur: "Belə olan təqdirdə, bu praktikanı Azərbaycanda tətbiq etmək çox çətindir?".
Bununla yanaşı, cəzalar sisteminin humanistləşdirilməsi məsələsi müzakirə olunarkən, ömürlük həbs cəzasına məhkum edilən şəxslərlə bağlı da problem ortaya çıxıb. 20 ildən artıq müddətdə həbsxanada cəzasını çəkmiş ömürlük dustaqların da cəzasının yüngülləşdirilməsi təklif edilib.
Bu isə çox diqqətlə yanaşma tələb edən məsələdir. Çünki onlar bir tərəfdən təhlükəli cinayətkarlardır və cəmiyyətin təhlükəsizliyini təmin etmək vacibdir. Digər tərəfdən isə, istənilən insan səhv edə bilər və ona özünü islah etmək üçün şans vermək lazımdır. Deputatın sözlərinə görə, bir dustağın həbsxanada saxlanmasına dövlət büdcəsindən 7 min 200 manat (günə 20 manat) pul ayrılır. Ölkənin maliyyə böhranı yaşadığı vaxtlarda bu çox bahalı xərclərdir. Bu baxımdan elə etmək lazımdır ki, məhbus normal yaşaya və işləyə bilsin, cəmiyyətə və dövlətə xeyir versin. Ömürlük məhbusların yükü dövlət və vətəndaşlar arasında bölünməlidir.
"Bu, çox aktual problemdir və hesab edirəm ki, belə məsələlər daim müzakirə olunmalıdır. Bundan əlavə, əgər biz cinayətə görə cəzaların humanistləşdirilməsindən danışırıqsa, müəyyən kompromis sistemlərini ehtiva edən tədbirlər görməliyik. Misal üçün, məhkumluq həyatı yaşayan Qarabağ müharibəsi iştirakçılarına münasibətdə bu sistemi tətbiq etməliyik" - Oruc deyib.
Onun fikrincə, aydın məsələdir ki, bu insanlar müharibənin dəhşətlərindən keçiblər, ölüm görüblər, psixoloji şok yaşayıblar. Müharibədən sonrakı sindrom deyilən fenomen var. Onlara sülh dövrünə adaptasiya olunmaq çətindir və onlar bəzən qanunlara zidd hərəkətlər edirlər. Bu insanları digərlərindən ayırmaq lazımdır. Onlara münasibətdə cəzaları yüngülləşdirmək olar. Çünki penitensiar sistem də bu kateqoriyadan olan şəxslərlə bağlı çətinlik çəkir.
Zahid Oruc onu da qeyd edib ki, "ömürlük məhbuslar" kateqoriyasına aid olan şəxslərlə bağlı problemin həllinə parlament müzakirələri zamanı aydınlıq gətirilməlidir: "Məhbusların çox olması dövlət üçün böyük yükdür və biz parlament üzvü olaraq bu məsələlərin müzakirəsinə hazır olmalıyıq".
Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalov da öz növbəsində Sputnik Azərbaycan-a bildirib ki, sözügedən sərəncam müvafiq dövlət proqramı əsasında həyata keçirilməlidir.
"Bu 20 manat təkcə qidalara xərclənmir, bu vəsaitə məhbusların mühafizəsi, penitensiar müəssisənin ətrafındakı hasarların təmiri və s. də daxildir. Bununla belə, bu məbləğ kiçik deyil. Niyə həbsxanaları boşaltmaq mümkün deyil? Zonun sakinlərindən başlayaq. Cəmiyyətin bir təbəqəsi var ki, hələ də kapitalizmin insanların işləməsini, əməklə məşğul olmasını tələb etdiyini başa düşmək istəmir. Bu qaydaları Lenin kəşf eləməyib. Kapitalizmdə işləməsən, səfil vəziyyətdə olacaqsan" - deyə hüquq müdafiəçisi bildirib.
Zeynalovun sözlərinə görə, insanlar düşünürlər ki, dövlət onları hər şeylə təmin etməlidir və gözlədiklərini əldə etməyəndə, cinayətə əl atırlar: "Əmlak cinayətləri bütün qanunazidd hərəkətlərin yarıdan çoxunu təşkil eləyir. Təkcə oğurluq qeydə alınmış cinayətlərin 30%-ni təşkil edir. Bir kasıb digərindən oğurlayır, onu həbsxanaya basırlar və biz - bu cinayətlərdə heç bir günahı olmayan vergi ödəyiciləri öz cibimizdən o müftəxorların yedizdirilməsi, saxlanması üçün pul ödəyirik. Niyə bütün cəmiyyət bundan əziyyət çəkməlidir? Cinayətkar həbsxanada oturanda da dövlətə ziyan vurmaqda davam edir və üstəlik hələ də cinayət aləmində özünə nüfuzlu yer tutmaq üçün ideyalarla yaşayır".
"Ona görə də hazırda prezidentin sərəncamını yerinə yetirmək vacibdir. Bu gün Penitensiar sistemdə istehsalın olmaması çox ciddi problemdir. Bu, məhbusların islah olunmasını da əngəlləyən amillərdən biridir. Nəticədə azadlığa çıxan insanların 65%-i yenidən həbsxanalara qayıdır. Biz böyük həcmdə təkrar cinayətlər törədən məhkumlarla məşğul oluruq. Sovet dövründə bu göstərici 30% təşkil edirdi. İnsanlar ona görə həbsxanaya qayıdır ki, orada yemək, tibbi xidmət və s.lə bağlı qayğılar yoxdur. Həm də orada ətrafları öz kriminal ünsürləridir və müəyyən statusları da var" - Zeynalov bildirib.
Hüquq-mühafizə və məhkəmə orqanlarının niyə sərt və maksimal cəzalar təyin etməkdə maraqlı olduqlarına gəlincə, hüquq müdafiəçisi qeyd edib ki, bu, düşünmək üçün ip ucları verir və korrupsiyanın haradan qaynaqlandığı, caynaqlarının haradək uzandığını göstərir: "İnsanlara maksimum cəza kəsmək və sonra müəyyən məbləğlər nəticəsində onu yumşaltmaq. Yəni sərt cəzalar spekulyasiyalara yer qoyur".
Oxşar xəbərlər
- Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...
25 oktyabr 2025 12:19
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- Prezidentdən Qubadlının azad olunması münasibətilə paylaşım
25 oktyabr 2025 01:55
- Keçmiş Prezident həbsxanada BABA oldu
24 oktyabr 2025 23:48
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 2025 23:36
- Veteranlara verilən 80 manat artırılacaq?
24 oktyabr 2025 22:42
- İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil... - Zahid Orucdan MÜHÜM ÇIXIŞ
24 oktyabr 2025 12:45
- Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada, o biri ...
24 oktyabr 2025 11:01
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 2025 00:22
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 2025 00:04
Xəbər lenti
- MEYİT-dən ilk dəfə QARACİYƏR köçürülən Mənzər Şərifova: Yenidən həyata qovuşdum
25 oktyabr 13:11
- Zəfər Günü hamı bulvarda olacaq
25 oktyabr 12:42
- Qubadlıya ilk tank kalonu onun rəhbərliyi ilə daxil olub...
25 oktyabr 12:19
- İlham Əliyev Tokayevi təbrik etdi
25 oktyabr 12:10
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 03:41
- Prezidentdən Qubadlının azad olunması münasibətilə paylaşım
25 oktyabr 01:55
- Pezeşkian: Neftimiz, qazımız var, amma xalqımız acdır
25 oktyabr 01:39
- Putin İlham Əliyevə zəng etdi
24 oktyabr 23:55
- Keçmiş Prezident həbsxanada BABA oldu
24 oktyabr 23:48
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən
24 oktyabr 23:36
- Şahin quşunu qanunsuz ovlayanlar saxlanıldı - Hərəsinə 2 min manat cərimə-Fotolar
24 oktyabr 23:29
- Veteranlara verilən 80 manat artırılacaq?
24 oktyabr 22:42
- Sərdar Səfərova general-mayor rütbəsi və yüksək vəzifə verildi
24 oktyabr 22:05
- İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil... - Zahid Orucdan MÜHÜM ÇIXIŞ
24 oktyabr 12:45
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 12:41
- Bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi - Siyahı
24 oktyabr 12:20
- Hər gün mixək çubuğu çeynəyin...
24 oktyabr 11:24
- Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada, o biri ...
24 oktyabr 11:01
- Noyabrda 12 gün iş olmayacaq - Tarixlər
24 oktyabr 01:34
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 00:22
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 00:04
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 22:02
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
23 oktyabr 15:37
- Həlak olan daha 1000 əsgərin CƏSƏDİ Ukraynaya qaytarıldı
23 oktyabr 15:09
- İqbal Məmmədovun MİLYONLARLA VERGİ BORCU VAR
23 oktyabr 15:01
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 13:31
- Bir şəklin tarixçəsi: Fəzail Ağamalı Ramiz Mehdiyevin önündə məruzə edir
23 oktyabr 11:41
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 11:26
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:16
- Bakıda evin kirayə haqqını verə bilməyən ALİM küçədə yıxılıb ÖLDÜ
23 oktyabr 11:01
Video & Fotoqalereya
Video
Fotoqalereya
