Təqsirləndiriləni aldadıb deputatın bağına aparıblar
Bakı Ağır Cinayətlər Məhkəməsində Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın, oğlu Həbib Axundovun adı hallanan dələduzluq işi davam edir.
AzEuroNews.com xəbər verir ki, növbəti proses dekabrın 13-də keçiriləcək. İş üzrə ələ keçirilən pul 1 milyon manatdan (əslində 7-8 milyon manat pul ələ keçirilməsi haqda iddialar var) artıqdır. İş üzrə 2018-ci ilin iyunundan başlanan məhkəmə prosesində müttəhimlər kürsüsündə əyləşən isə Həbib Axundovun dostu Elnur İbrahimovdur.
Ötən müddət ərzində keçirilən proseslərdə zərərçəkənlərin məhkəmə istintaqının aparılması tələbləri yerinə yetirilməyib. Pulların bir çox hallarda Elnur İbrahimova deyil, zərərçəkən statusuna gətirilən onun dostu Həbib Axundova verdildiyinə dair məhkəmədə araşdırılması vacib olan məsələlər qaldırılıb. Maraqlıdır ki, bu günə qədər bu məsələ araşdırılmamış qalıb. Sonuncu prosesdə iş üzrə şahid Anar Babayevin prosesdə dindirilməsi məsələsi yenidən qaldırılıb. Onun adı şahid qismində çağırılanların siyahısında var. Məhkəmə prosesi başlayan ilk günlərdə hakim Anar Babayevlə əlaqə saxlayaraq prosesə dəvət edib. Amma şahid məhkəməyə gəlməyib. Sonuncu prosesdə onun 4 ay əvvəl yazdığı teleqram elan olunub. Hansında ki, Anar Babayev özünü pis hiss etməsi səbəbindən məhkəməyə qatıla bilməyəcəyini bildirir. Vergilər Nazirliyinin işçisi Anar Babayevin prosesə dəvət olunaraq dindirilməsi məsələsi açıq qalıb.
Hakim təqsirləndirilən Elnur İbrahimovdan Anar Babayevin məhkəmədə dindirilməsinə münasibət bildirməsini istəyib. O da deyib ki, Anar Babayevin məhkəmədə dindirilməsini istəmir. Həbib Axundov da eyni mövqedən çıxış edib.
Anar Babayevin prosesdə dindirilməsi onun ibtidai istintaqa ifadəsində Elnur İbrahimovu tutaraq deputat Elmira Axundovanın bağına aparmasının hansı zərurətdən yaranmasına aydınlıq gətirə bilərdi. Belə ki, A.Babayev ibtidai istintaqa ifadəsində deyib ki, 2013-cü ilin iyulun 31-də o və digər dostu Anar Surxayzadə Elnurla əlaqə saxlayıblar: “Həmin günü axşam Orxan mən və Anar Surxayzadə ilə birlikdə Həbib gilin bağına getdik. Orada söhbət zamanı hamımız qərara gəldik ki, Elnuru hansı bir yolla aldadaq və tapıb bağa gətirib burada onun etdiklərini aydınlaşdıraq. Buna görə ertəsi gün mənimlə Anar Surxayzadə Elnuru aldadıb bağa apardıq".
Anar Babayev niyə Elnur İbrahimovu məhz deputat Elmira Axundovanın bağına aparması aydın deyil. Vergilər Nazirliyində müfəttiş vəzifəsində çalışan Anar Babayevin Elnur İbrahimovu həmin vaxt vergilər naziri olan Fazil Məmmədovun bağına da apara bilərdi. Və ya başqa bir ünvana aparıb orada Elnur İbrahimovla söhbət edə bilərdi. Bunun əvəzində deputat Elmira Axundovanın bağını seçməsi təsadüfidirmi?
Bu gün Həbib Axundov iş üzrə zərərçəkəndir. İşdə ondan başqa 7-8 zərərçəkən də var. Elnur İbrahimovu niyə məhz Həbib Axundovun anasının bağına aparılması nə ilə bağlıdır?
Bir qədər əvvələ gedib qeyd edək ki, mətbuatda Elmira Axuhndovanın Elnur İbrahimovla əlaqələrini təsdiq edən səs yazısı da var.
Həmin səs yazısında Elmira Axundova deyir: “Biz dünən onunla (yəni Elnurla) oturduq, o mənə bütün “rasklad”ı verdi. Mənin bir xahişim var, oturun üçünüz ya dördünüz, səndən pulunu tələb edən dostun Nazimi də çağır, hansı ki, Elnur mənə deyirdi ki, ona çoxlu pul aparmışam. Mənim yadımdadır o, sizə qazanc pullar aparırdı. Hesablayın kim nə qədər verib, nə qədər qazanıb. Biznes çöküb, bu olan şeydir. Əgər biznes çökübsə kompanyonlar hamısı zərər çəkir. Əslinə qalanda heç kim heç kimə heç nə verməli deyil. Lakin sənin mənim dostum olmağını və həyatda mənə çox kömək etməyini nəzərə alaraq mən Həbibə dedim ki, axırıncı məbləği dəqiqləşdirin, kim kimə nə qədər verməlidir, sən ona (yəni Həbib Axundov Fərman Məmmədova) söz vermisən, o da dedi ki, mama, mən hər şeyi başa düşürəm, nəyim var satacam və Fərman dayının pulunu qaytaracam. Həm də bir-iki variantımız var sənə pulu qaytarmaq üçün. Sən narahat olma, mən bu işin arxasında duracam, halbuki durmalı deyiləm, amma arada sən varsan, amma mən qarışmazdım, Həbib və sən uşaq deyilsiz, onun 26 yaşı, sənin 46 yaşın var. Sən ondan 20 yaş böyüksən, amma o, səni Elnur kimi barmağına fırladıb. Bir yerdə oturun, müzakirə edin, problemdən qaçmayın”.
Bu günə qədər Elnur İbrahimovun deputat Elmira Axundova ilə əlaqələri də araşdırılmamış qalıb.
Halbuki sosial şəbəkələrdə hazırda dələduzluqda ittiham olunan Elnur İbrahimovla Elmira Axundovanın şıdırığı rəqs etmələrini əks olunan video da dolaşır.
Dələduzluqda ittiham olunan biri ilə Əfv Komissiyası kimi mötəbər quruma üzv olan deputatı nə bağlayır?
Niyə Elnur İbrahimov məhkəmədə Elmira Axundovaya xitabən “ağsaqqalımızdır” deyir?
Suallar çoxdur. Anar Babayevlə yanaşı digər şahid Anar Surxayzadə də Vergilər Nazirliyinin işçisi olub. O, məhkəməyə gələrək sərbəst ifadə verib və hakim sonrakı proseslərdə ona suallar veriləcəyini söyləməklə yola salıb. Həmin gündən Anar Surxayzadə də məhkəmədə görünməyib. Ümumilikdə isə iş üzrə prosesdə zərərçəkənlərin, təqsirləndirilən şəxsin və şahidlərin dindirilməsi böyük müşkülə çevirilib. Məhkəmə prosesi daha çox ötəri, ifadələr, faktlar araşdırılmadan, qiymət verilmədən keçirilir.
İttihama əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və Ramil Bəkirovu biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. E.İbrahimovun həmçinin deputat oğlu olan dostu H.Axundovun da 50 min manat pulunu ələ keçirdiyi iddia olunur. Lakin məhkəmədə onlar bir-birini müdafiə edirlər. O, E.İbrahimovla dost olduqlarını da təkzib etmir. Sosial şəbəkələrdə E.Axundovun həm H.Axundovla, həm də anasıyla toy görüntüləri yayılıb. E.İbrahimovun cinayət işi üzrə zərərçəkmişlərin çoxu pulu E.İbrahimova yox, H.Axundova verdiklərini bildirərək, onun ziyanı ödəməsini tələb edirlər.
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Azərbaycan və Ermənistanın Almaniyadakı səfirləri görüşdü
28 yanvar 2026 12:00
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 2026 16:58
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
7 yanvar 2026 21:33
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Yazıçı Anar: Binanı restoran ediblər, Zərdabi onun qapıçısı kimi görünür
8 dekabr 2025 13:03
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
7 dekabr 2025 11:41
- Videodakı mənim qızım deyil - Deputat Günay Ağamalı
26 noyabr 2025 20:45
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
