Bakıdakı "qul bazarları" ləğv olunur - Təklif
İqtisadiyyat16 dekabr 2018 10:28
Paytaxtın müxtəlif ərazilərində işsizlərin toplaşdığı və gündəlik 10-20 manat üçün hər cür işə razı olduğu qul bazarları var. Adlarına "qul bazarı” deyilir. Təbii ki, bu bazarlar qullar yox, insanlar əməklərini satışa çıxarır. "Qul bazarı” adı verilən bu məkanlarda toplaşanlar ən ucuz işçi qüvvəsi hesab edilir. Üstəlik, bəzən təqiblərə məruz qalır, fəaliyyətlərinin qanunsuz olduğunu əsas gətirilərək zaman-zaman məkanlardan qovulurlar.
Zaman-zaman bu bazarların ləğv edilməsi məsələsi də gündəmə gəlib. Lakin alternativ variant olmadığından bir məkandan qovulan "bazar” sakinləri başqa bir yerdə məskən salır.
Məsələ ilə bağlı Publika.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bazarların ləğv etməyə imkan verən alternativlərin yaradılmasını təklif edib.
Onun sözlərinə görə, həmin şəxslər üçün minimum xərclə yeni məkanlar yaradıla bilər.
"Neçə illərdir kölgə iqtisadiyyatının ləğvi iqtiqamətində dövlət proqramları qəbul edilir, mexanizmlər yaradılır. Bu məsələnin həlli istiqamətlərindən biri əmək bazarı ilə bağlıdır. Bizdə bu sahədə qeyri-rəsmi məşğulluq yüksək səviyyədədir. İqtisadi fəal əhalinin 5 milyon nəfərinin məşğul olduğu deyilir. Lakin muzdlu, ödənişli işə cəlb olunanların sayı elektoron informasiya sistemində 1 milyon 300 mindir. Təxminən bir pensiyaçıya bir işləyən düşür. Bir neçə yüz min nəfər də mülki müqavilə ilə işləyir. Təxminən 3 milyon 200 min civarındakı məşğul insanlar qeyri-formal sektor və ya kölgə iqtisadiyyatındadır. Onlar ödənişli əmək fəaliyyəti göstərsə də, əmək müqavilələri yoxdur, ya özünüməşğuldur, ya da ailə-fermer təsərrüfatındadır.
Kölgə iqtisadiyyatı ilə bağlı yüksək dairələrdə müzakirələr gedir. Vətəndaş cəmiyyəti olaraq biz də bu problemi aradan qaldırmaq üçün təkliflər hazırlamışıq. Onlardan biri kortəbii əmək bazarları ilə bağlıdır. Yanlış olaraq onların adını "qul bazarı” qoyublar. Qul bazarında insanın özü əmtəə kimi satışa çıxarılır. Bu bazarlarda isə insanlar öz əməklərini satışa çıxarır. Məsələnin pis tərəfi bu işin kortəbii təşkil edilməsidir. Şəhərin müxtəlif yerlərində, körpülərin altında əməyini satışa çıxaranlar üçün heç bir şərait yoxdur. Onlar üçün nə sanitar qovşaqlar, nə çay içmək, yemək yemək, nə də yağışda daldalanmaq üçün yer var. Həmçinin müxtəlif orqanları onları incitməsi, qanunsuz olaraq pul alması ilə bağlı məlumatlar eşidirik. Təklif edirik ki, minimal infrasturukturla şəhərin müxtəlif ərazilərində dövlət hesabına müəyyən yerlər yaradılsın. Bu ərazilərdə qeyd etdiyim həmin şərait yaradıla bilər. Bu zaman həmin şəxslərdən yalnız birdəfəlik patentlərin alınması üçün ödəniş tələb edilməsi mümkündür. Bu patentlər aylıq, illik, yarımillik ola bilər. Həmin patentlərin ASAN xidmət tərəfindən təqdim edilməsi mümkündür. Nəticədə həmin şəxslər kölgə iqtisadiyyatından çıxmış olacaqlar”.
S.Məmmədov bildirir ki, bu dəyişikliyin tətbiqi ilə dövlət maddi baxımdan çox da qazanmayacaq:
"Düzdür, bu yenilikdən yüksək maddi qazanc olmasa da, şəhərin mərkəzindəki Avropa şəhərinə yaraşmayan yerlər ləğv olunacaq. Anti-sanitar şərait aradan qalxanacaq, həmin insanlar kölgə iqtisadiyyatından çıxıb, leqal iqtisadiyyata keçəcəklər. Bu şəxslərin üzərinə böyük vergilər yükləmək doğru deyil, sadəcə simvolik məbləğ müəyyən etmək olar. Burada intellektual məhsulu da satışa çıxarda bilər.
Bir vaxtlar məşğulluq xidməti nəzdində birja kimi mərkəzlər fəaliyyət göstərirdi. Bu məsələ özünü doğrultmadı. İndi də həm birja, həm də bazar kimi təşkil etmək olar”.
Ekspertin sözlərinə görə, hazırkı durumda həmin "bazarları” ləğv etmək mümkün deyil:
"Onlar üçün alternativ yaratmaqla problem həll etmək olar. Həmin şəxsləri vergi uçotuna salmadan bazara gətirmək olar. Bu bir variantdır. Ola bilər ki, vergi orqanları başqa yollar taparaq, təkmilləşdirilə, mexanizm tapıla bilər. Gələn ildən kölgə iqtisadiyyatını ləğv etmək üçün vergi, sosial sığorta ilə bağlı qanunvericilikdə total dəyişikliklər edildi. Əvvəlki dəyişikliklərdə "adminstrativ rıçaqlar” möhkəmləndirildi, indi isə "stimullaşdırıcı rıçaqlara” üstünlük verilir. Bununla yanaşı, təklif etdiyimiz tədbirlər görülsə, daha yaxşı effekt əldə etmək olar”.
Oxşar xəbərlər
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
27 aprel 2026 20:40
- 20 yaşlı soydaşımız Ukrayna uğrunda şəhid oldu -FOTO
26 aprel 2026 10:13
Xəbər lenti
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
