Rafael Cəbrayılovun borcu əl yazısı ilə təsdiq olundu
Milli Məclisin deputatı Rafael Cəbrayılovla bağlı hər keçən gün şikayətlər artmaqdadır. Bankların qara siyahısında olan millət vəkilinin adı mənzil və borc qalmaqalları ilə də anılır.
Yayılan xəbərlərdə bildirilir ki, Rafael Cəbrayılov qardaşının adına açdığı "Dərhal” MTK ilə bir sıra cinayət xarakterli işlərə imza atıb. Belə ki, bu MTK-nın adı ilə Mehdiabad qəsəbəsində yerləşən "Binəqədi Gənclər Şəhərciyi”ndəki mənzillərin bir çoxunun 2 və daha çox sahibi var.
Eyni zamanda borcuna qarşılıq vəd etdiyi mənzilləri də sahiblərinə verə bilmir.
Bu borc sahiblərindən biri də artıq uzun illərdən bəri halal pulunu deputatdan geri ala bilməyən iş qadını Məlahət Qurbanovadır. Məlahət xanımın sözlərinə görə, Cəbrayılov onunla borc müqaviləsi imzalamaqla yanaşı, həmin borca görə dörd mənzilini girov verib: "Bütün sənədləşmələr rəsmi aparılıb və bizdə bu barədə bütün sənədlər mövcuddur. Ancaq buna baxmayaraq, Rafael Cəbrayılov artıq beş ildir ki, borcumuzu qaytarmır, həm də girov olaraq bizə verdiyi mənzilləri sataraq, pulumuzu götürməyimizə mane olur. Biz dəfələrlə sahib olduğumuz mənzillərə baş çəkmək istədikdə, qarşımıza maneələr çıxarılır. Deputat seçiciləri kimi bizi də aldadır ki, iki günə borcunuz ödənəcək. Ancaq bu "iki günlər”in sonu gəlmir”.
Məlahət xanım deyir ki, "Rafael Cəbrayılov onun haqqında danışdıqda, bunun onun imicinə zərbə vurduğunu və bizim borcumuzu qaytara bilmədiyini bildirir. Bunun üçün hətta üç il öncə biz güzəşt etdik. Onun istəyi ilə bütün borc faizlərini sildik, açıqlama da verdik ki, imici düzəlsin və bu imicidüzəlmiş borcumuzu ödəsin. Ancaq altı ay içərisində borcumuzu ödəyəcəyinə söz verən Rafael Cəbrayılov növbəti dəfə bizi aldatdı. Deputatın o böyük məbləğin qarşısında bizə ödədiyi borcun faizinin belə onda biri deyil. Biz borca qarşılıq olaraq o mənzilləri istəyirik. Ancaq bəlli olur ki, o mənzilləri də başqasına satıb”.
Xanım Qurbanovanın sözlərinə görə, deputatın qurbanlarının sayı o hesab etdiyindən də çoxdur: "Mən öncə aldadılanların mən və "Nikoil” bankdan ibarət olduğunu düşünürdüm. Ancaq bu barədə açıqlama verdikdən sonra onlarla insan mənə müraciət edərək, Rafael Cəbrayılov və qardaşları tərəfindən aldadıldıqlarını bildirdilər. Yəni, cənab Prezident bütün çıxışlarında məmurları iş adamlarına dəstək olmağa, vətəndaşları incitməməyə çağırır. Özünü hakim partiyanın müdafiəçisi kimi göstərən Cəbrayılov isə bu hərəkəti ilə Orduxanların dəyirmanlarına su tökür”.
M.Qurbanova bildirib ki, "Binəqədi Gənclər Şəhərciyi”ndəki XXI bina 42, 43, 68 və 78-ci mənzilləri və borcumu geri almaq üçün hüquqi müstəvidə də mübarizəyə başlayacağam. Prezident Adminstrasiyasına, Milli Məclisə və bütün müvafiq qurumlara müraciət edəcəyəm, əlimdəki sənədləri təqdim edəcəyəm ki, deputat nişanı gəzdirən bu şəxsin əməllərindən xəbərdar olsunlar. Qoy gələn seçkilərdə bu kimi tiplərin Milli Məclisin reputasiyasını korlamasına imkan verməsinlər”.
Xatırladaq ki, deputat əvvəllər bu borcu inkar edirdi. Görəsən, bütün sənədlər ortaya çıxarıldıqda, Cəbrayılovun mövqeyi necə olacaq? Yenə trolları vasitəsi ilə rəsmi sənədləri təkzib edəcək, yoxsa hüququnu pozduğu vətəndaşları növbəti dəfə aldatmağa cəhd edəcək?
Mövzu diqqətimizdədir!..// yenicag.az
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 2026 18:32
- Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi - Fotolar
22 aprel 2026 11:25
- 2 MANATLIQ şirkətin 1,6 MİLYON vergi BORCU var
21 aprel 2026 21:08
- Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman
21 aprel 2026 17:36
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 2026 13:25
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 2026 14:55
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 2026 12:47
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2026 10:54
- Çexiyanın baş naziri Azərbaycana səfərə gəldi (FOTO)
26 aprel 20:32
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 16:27
- Hücumçu hədəfinin Tramp olmadağını açıqlayıb - Foto
26 aprel 11:36
- İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - Məni dərindən sarsıtdı
26 aprel 11:28
- 20 yaşlı soydaşımız Ukrayna uğrunda şəhid oldu -FOTO
26 aprel 10:13
- Trampın olduğu tədbirdə atışma
26 aprel 10:04
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
24 aprel 21:14
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
