İlham Əliyevə orden verildi - Fotolar + Yenilənib
Prezident İlham Əliyev dekabrın 19-da Rusiyanın Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Sergey Morozovun bu vəzifəyə təyin olunmasından keçən qısa bir müddət ərzində Azərbaycana səfər etməsindən məmnunluğunu bildirdi və bunu uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirib. Prezident İlham Əliyev Azərbaycanla Həştərxan arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək, bu gün əməkdaşlığın genişləndiyini və birgə layihələrin həyata keçirildiyini vurğuladı və bütün bunların Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib.
Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin fəaliyyət göstərdiyini, Bakıda da Həştərxan İşgüzar Mərkəzinin inşasına başlanıldığını qeyd edən dövlətimizin başçısı təhsil, mədəniyyət sahələrində əməkdaşlığın yaxşı səviyyəsindən məmnunluğunu ifadə etdi və turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğunu dedi. Prezident İlham Əliyev bir daha Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın uğurla və davamlı şəkildə inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bildirdi və ikitərəfli əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif beynəlxalq səviyyədə təmaslarının rolunu xüsusi olaraq qeyd edib.
Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi barədə tapşırıqlar verdiyini qeyd edərək ilk səfərini Azərbaycana həyata keçirdiyini məmnunluqla vurğuladı. O, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Bakıdakı inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Sergey Morozov bunun Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı işinə xidmət etdiyini bildirib.
Sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Prezident İlham Əliyevə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordenini təqdim edib.
Sonda xatirə şəkli çəkdirildi.

- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 2026 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 2026 21:42
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 2026 18:43
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 2026 21:01
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
