“Bakcell”lə INNOLAND arasında müqavilə imzalandı
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
NUH.az-ın məlumatına görə, dekabrın 20-də “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutmuş imzalanma mərasimində çıxış edən “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib ki, innovasiyaların tətbiqi və startaplara dəstək “Bakcell” şirkətinin fəaliyyətində əsas istiqamətlərdən biridir: “Bakcell ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. Bizim “AppLab” İnkubasiya Mərkəzi bu gün ölkədə ən maraqlı layihələrin toplandığı məkanlardan biridir. İnanıram ki, yeni açılmış INNOLAND Mərkəzi ilə əməkdaşlığımız ölkədə startap ekosisteminin inkişafına böyük töhfə verəcək və innovasiya sahəsində ən uğurlu tərəfdaşlıqlardan birinə çevriləcək”.
Daha sonra çıxış edən Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağı-Zadə qurumlar arasında dövlət-özəl tərəfdaşlığını rəsmiləşdirən bu əməkdaşlığın önəmindən danışıb.
Bildirilib ki, bu tərəfdaşlığın əsas məqsədi ölkəmizdə texnologiya startapları üçün sahibkarlıq ekosisteminə dəstək göstərmək və inkişaf etməkdə olan texnologiya sahibkarlarının ehtiyaclarına xidmət göstərən yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf və ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində də bu tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Qeyd edək ki, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzin Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.
Onu da əlavə edək ki, “Bakcell” şirkətinin AppLab proqramı bundan sonra Akselerasiya Mərkəzinə çevriləcək və yerli startap layihələrinə daha geniş formatda dəstək göstərməyə davam edəcək. 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” şirkəti daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir.


- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
