Salyandakı ən böyük marketin sahibi həbs olundu
Dünya29 dekabr 2018 16:19
Salyan şəhərində, Ələt-Astara yolunun üzərində yerləşən ən böyük supermarket olan "Ay İşığı”nın sahibi Məmməd Cəfərli həbs olunub.
virtualaz.org-un məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilərək 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb. Məmməd Cəfərli 2 ay əvvəl həbs edilərək dələduzluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən iş ortağı, Salyan şəhər sakini Elşən Mürsəl oğlu Cabbarovla əlbir olaraq cinayət törətməkdə, Cinayət Məcəlləsinin 182-ci maddəsinin (hədə-qorxu ilə tələb etmə) 2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 2.2 (təkrar törədldikdə) bəndləri ilə şübhəli bilinir.
Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur.
E.Cabbarov idarə rəisini ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib və ondan ayrı-ayrı vaxtlarda hədə-qorxu ilə pul alıb. Bundan başqa, 60 min manat məbləğində belə bir notarial borc müqaviləsini oğlu Röyal Həsənovu tutduracağı ilə şantaj edərək Salyan rayonunun Bəydili kənd sakini Qəmbər Həsənova da məcburən təsdiq etdirib. Eyni zamanda E.Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manat dələduzluq törətməkdə şübhəli bilinir.
Bunlardan əlavə, saxlanılanların işində digər cinayət epizodlarının olduğu da aşkara çıxıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 2026 12:13
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
27 aprel 2026 11:32
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 2026 20:59
- Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır
23 aprel 2026 16:00
- Həmin qadınların edam hökmü ləğv edildi - Tramp açıqladı
22 aprel 2026 23:26
- Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi - Fotolar
22 aprel 2026 11:25
- Dilənçilər 200 manatadək cərimələnəcək
21 aprel 2026 13:55
- Böyük Qayıdış: Ağdama daha 92 ailə yola salındı
21 aprel 2026 11:54
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
Xəbər lenti
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
Video & Fotoqalereya
Video
Fotoqalereya
