BSU-da bu gün 2018-ci ilin son Elmi Şurası keçirilib
Maraqlı29 dekabr 2018 17:03
28 dekabr 2018-ci il tarixdə BSU-da Elmi Şuranın son yığıncağı keçirilib. İclasda BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək son iclasın böyük bayramlar ərəfəsinə - Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf etdiyini bildirib.
O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Ulu Öndər Heydər Əliyev tərəfindən bütün dünyadakı azərbaycanlıların birlik və əməkdaşlıq günü kimi tarixləşdiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə ildən-ilə daha geniş miqyası əhatə etməkdə olduğunu bildirib. Prof. N.Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün beynəlxalq aləmdə sülhə və barışa xidmət etdiyini, soydaşlarımız arasında həmrəylik və əməkdaşlığın daha da inkişafına şərait yaratdığını vurğulayıb. Rektor daha sonra həmrəyliyin hər bir kollektivdə, müəssisədə, təşkilatda vacib şərt olduğunu bildirib. O, Bakı Slavyan Universitetində də belə bir mühitin hökm sürdüyünü, insanlarımız arasında münasibətlərin əməkdaşlıq və qarşılıqlı hörmətə söykəndiyini qeyd edib.
BSU rektoru daha sonra kollektivin uğurlarından, 2018-ci ildə tədris, elm və beynəlxalq əməkdaşlıq sahəsində qazanılmış müvəffəqiyyətlərdən danışıb və bu nailiyyətlərin əldə edilməsində rolu olan universitet əməkdaşlarının hər birinə dərin minnətdarlığını bildirib. O, Hesablama Palatasının BSU-da apardığı yoxlamaların nəticələrinin bu günlərdə müzakirə edildiyini və universitetin fəaliyyətinə yüksək qiymət verildiyini nəzərə çatdırıb.
Rektor növbəti ilin “Tədrisdə keyfiyyət ili” olacağını deyib.
Prof. N.Əliyeva daha sonra İcmal.az Analitik Təhlil Mərkəzinin Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə 2018-ci ildə keçiridiyi sosioloji sorğunun nəticələrinə görə Bakı Slavyan Universitetinin “İlin ən yaxşi universiteti” nimonasiyası üzrə qalib elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Belə bir sorğunun artıq üçüncü dəfə keçirildiyi, əvvəlki illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, ötən il isə ADA Universitetinin bu ada layiq görüldüyü qeyd olunub.
Rektor 2018-ci ildə fərqlənmiş bir qrup universitet əməkdaşının diplom və fəxri fərmanlarla təltif edildiklərini, onların Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyi tərəfindən müxtəlif mükafatlara və Fəxri adlara layiq görüldüklərini bildirib. O, ilin yekunlarına görə Universitetin təhsil, elm, beynəlxalq əlaqələr və təsərrüfat fəaliyyətində fərqlənmiş və müxtəlif nominasiyalar üzrə qalib gəlmiş əməkdaşlara diplomlar və hədiyyələr təqdim edib:
İlin ən yaxşı fakültəsi – Tərcümə fakültəsi (fakültə dekanı – prof. Fidan Qurbanova)
İlin ən yaxşı kafedrası – Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrası (kafedra müdiri – prof. Nahidə Məmmədxanova)
İlin ən yaxşı müəllimi (lisey üzrə) – BSU MLK-nın riyaziyyat müəllimi Sevil Ələsgərova
İlin ən yaxşı gənc müəllimi – Pedaqogika və psixologiya kafedrasının müəllimi Nisə Abdullayeva
İlin ən yaxşı tədris vəsaiti – Beynəlxalq münasibətlər kafedrasında hazırlanmış “Beynəlxalq münasibətlər tarixi” dərsliyi (müəlliflər: Ləman Qarayeva, Şəhla Nuruzadə, Zümrüd Məlikova)
İlin ən fəal tədris təşkilatçısı – Qiyabi və əlavə təhsil şöbəsinin metodisti Aydın Əliyev
İlin ən yaxşı tyutoru - Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tyutoru Leyla Həyatova
Universitetin təəssübkeşi – Tələbə və məzunlar şöbəsinin müdiri dosent Nəsib Cəbrayılov
Tələbələrin sevimlisi – Rus ədəbiyyatı kafedrasının müdiri prof. Məmməd Qocayev
İlin ən yaxşı kafedra rəhbəri – Praktik rus dili və onun tədrisi metodikası kafedrasının müdiri prof. Aidə Şahbazova
İlin ən yaxşı alimi – Azərbaycan ədəbiyyatı kafedrasının müdiri prof. Rəhilə Qeybullayeva
İlin gənc alimi – Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sədaqət Əsgərova
İlin ən yaxşı tələbəsi – Pedaqoji fakültənin IV kurs tələbəsi Orxan Mahmudov
İlin tədbiri - “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” adlı səfirlərin iştirakı ilə Beynəlxalq Dəyirmi masanın təşkilinə görə rektor prof. Nurlana Əliyeva
Mədəni-kütləvi tədbirlərin təşkilatçısı – Tərbiyə işləri üzrə prorektor f.f.d. Xanım Sultanova
Universitetin təbliğatçısı – Mətbuat xidmətinin rəhbəri filol. ü. fəlsəfə dokt. İbrahim Quliyev
Universitetin ən maraqlı qonağı – Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Nikolayeviç Boçarnikov
İlin ən fəal əcnəbi tələbəsi – “İngilis ədəbiyyatı” ixtisası üzrə II kurs magistrantı Kancılar Eren
Ən yaxşı tədris-mədəniyyət mərkəzi – Rusiya tədris-mədəniyyət mərkəzi (rəhbər Gülnarə Novruzova)
Bakı Slavyan Universitetinin dostu – Rus Dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosiyasiyasının (MAPRYAL) və Sankt-Peterburq Dövlət Universitetinin Prezidenti akademik Lyudmila Alekseyevna Verbitskaya
Təsərrüfatın təəssübkeşi – Əsas tədris korpusunun komendantı İsmayıl Əliyev
Daha sonra Pedoqoji fakültənin bazasında yeni fakültənin yaradılması və həmin fakültədə dekan seçkilərinə qədər dekan vəzifəsinin icrasının dos. Dilara Hacıyevanın həvalə olunması haqqında Elmi Şuranın qərarı qəbul edilib.
Gündəlikdə müzakirə olunan məsələlərdən biri də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” Beynəlxalq konfransın keçirilməsi məsələsi olub. Prof. N.Əliyeva imtahanlara hazırlıq mərhələsinin başa çatdığını və yanvarın 3-dən qış imtahan sessiyasına start veriləcəyini bildirib.
Elmi Şura Jurnalistika kafedrasının dosenti, tanınmış jurnalist Vüqar Rəhimzadənin kafedra üzrə professor vəzifəsinə keçirilməsi barədə qərar qəbul edib.



Oxşar xəbərlər
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 2025 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
Xəbər lenti
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
Video & Fotoqalereya
Video
Fotoqalereya
