Polşanın “Exo” qəzeti BSU-dan yazdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxışı zamanı milli dəyərlərimizi, maddi-mənəvi sərvətlərimizi dünyada tanıtmağın vacibliyini xüsusi vurğulamışdır. O, Azərbaycanın nailiyyət və uğurlarını dünyada təbliğ etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd etmişdir.
Ölkə Prezidentinin göstərişlərini rəhbər tutan Bakı Slavyan Universiteti hazırda Şərqi Avropanın əksər ölkələrində və keçmiş MDB məkanında Azərbaycan dilinin, mədəniyyətinin, elminin, təhsilinin, iqtisadi yüksəlişinin təbliği sahəsində əvəzsiz xidmətlər göstərməkdədir. Dilimizin xarici ölkələrin ali məktəblərində BSU tərəfindən yaradılmış dil kurslarında və tədris-mədəniyyət mərkəzlərində əcnəbi tələbələrə öyrədilməsi artıq ənənəyə çevrilmişdir. Həmin mərkəzlərdə eyni zamanda Azərbaycanın nümunə olaraq dünyaya təqdim etdiyi iqtisadi və siyasi modellər, respublikamızın sürətli inkişafının və regionda aparıcı dövlət olmasının səbəbləri, perspektivləri araşdırılır, gənc alimlərin tədqiqat obyektinə çevrilir.
Bu günlərdə BSU-nun əməkdaşları xaricdən daha xoş bir xəbər alıblar. Polşanın məşhur nəşriyyat evinin sahibi, professor Adam Marşalekin təsisçi olduğu “EXO” qəzeti 231-ci sayında BSU, onun rektoru, professor Nurlana Əliyeva, univesitetdəki tədris prosesi və s. haqqında geniş yazı dərc etmişdir. Yazıda BSU-nun 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitunun bazasında yaradılması və onun keçdiyi tarixi yol barədə ətraflı məlumat verilib. Müəllif hazırda universitetdə beş fakültənin və on bir mərkəzin, o cümlədən Polşa Tədris Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini bildirir. O, professor N.Əliyevanın universitetə rektor təyin edildiyi qısa müddət ərzində BSU-da ciddi dəyişikliklərin baş verdiyini, univesitetin xarici əlaqələrinin, maddi-texniki bazasının xeyli genişləndiyini bildirir.
Yazıda həmçinin polşalı professor Yoanna Marşalekin BSU-dakı fəaliyyətinə toxunulub. Qeyd edək ki, Yoanna Marşalek Polşa Siyasi Sistem üzrə Departamentinin müdiri, Polyak siyasi elmlər üzrə illik kitabın baş redaktoru, Şərq tədqiqatlarının direktorudur. O, ötən il BSU-da müxtəlif mövzularda silsilə mühazirələr oxumuşdur. Bakı Slavyan Universitetinin Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna biləcəyini vurğulayan A.Marşalek yazıda Polşadan gəlmiş professor Danuta Pleçko ilə görüşlərinə də toxunub. Qəzetdə BSU-da təhsil alan gənclərin hazırladıqları ədəbi-bədii proqramlardan şəkillər və reportajlar da yer almışdır.
Adam Marşalek reportajında Bakıda azərbaycanlı tələbələrlə polyak dilində danışmaqdan məmnun olduğunu bildirib. Bakını dünyanın ən müasir şəhərlərindən biri kimi dəyərləndirən A.Marşalek xalqımızın tolerantlıq və multikultural dəyərlərlə tanındığını, dünyaya bir model kimi çıxdığını da vurğulamışdır. O, Avropanın özündə dini, irqi, etnik və mədəni problemlərin yaşandığı halda, Azərbaycanın hər yerində multikulturalizmin bərqərar olduğunu bildirir. Bakıda olarkən tələbələrdən bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını qeyd edən naşir yazır: “Onların arasında bir çox azlıqların nümayəndəsi var, amma görürəm ki, etnik-mədəni fərqlər tələbələr arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən dünya üçün çox yaxşı örnək sayılar biləcək bir haldır”.
BSU-nun Mətbuat Xidməti
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Əliağa Vahid ölü yiyələrindən niyə küsmüşdü? – Qızından atası ilə bağlı maraqlı xatirə
11 yanvar 2026 12:42
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
- Əfqanıstanda saqqal qırxan bərbərlər həbs olunacaq
3 yanvar 2026 00:01
- Nyu-York meri Qurana and içərək vəzifəsinə BAŞLADI
1 yanvar 2026 15:08
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 2025 11:02
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Restoranlarda müştəriləri soymağın yeni üsulu: SERVİS HAQQI
6 dekabr 2025 12:32
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
