- Bakıda azyaşlı qız QƏTLƏ yetirilibmiş - Ana 23 il sonra tutulub
- Bu şənbə rəsmi iş günüdür
- Qayınatasının 12 minini oğurlayıb SEVGİLİSİNƏ verən GƏLİNƏ hökm oxundu
- Bu gün satılan narkotiklər insanı zombiyə çevirir - Nail Kəmərli nələrlə üzləşdiyindən danışdı VIDEO
- İsrail 4 gün əvvəl vəzifəyə təyin olunan generalı öldürdü - Foto
“Siz öyrənmisiniz ki, o, təhqir etsin, hamı sussun”

Azərbaycan Dillər Universitetində (ADU) rektor Kamal Abdulla və universitetin Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli arasında qalmaqal yaşanır.
“BakuPost”un məlumatına görə, V. Ağabəyli 6 gün əvvəl – dekabrın 31-də “Facebook” sosial şəbəkəsindəki səhifəsində ADU-da 4 il oxuyan tələbələrin xarici dil bilmədiklərini yazıb.
Dekan qeyd edib ki, gələcəyimizi küt etməyə çalışanlara göz yummayacaq: “Bu millətin inkişafa gedən yoluna maneə törətməyə çalışanlara, vəzifə səlahiyyəti və dostluq münasibətlərindən istifadə edənlərə, Konstitusiyamızın fikir və söz azadlığı, (maddə 47), şərəf və ləyaqətin müdafiə hüququnu (maddə 46) əzib keçənlərə susacağıq? Bu cür insanlar həm ölkəmizin Prezidenti İlham Əliyevin, həm vitse-prezident Mehriban Əliyevanın sağlam gələcəyin qurulması istiqamətində səylə çalışdıqları fəaliyyətə kölgə salmağa çalışır. Niyə adi bir müəssisə rəhbəri özünü daha çox səlahiyyət sahibi hiss edərək onun dediklərini təsdiqləməyənlərə hədə-qorxu gələ bilir?
Ziyalı ilə cahilin fərqi nədir? Niyə bu universitetin tələbələri hər il 2000-2500 manat təhsil haqqı ödəyir, 4 il universitet oxuyur, bitirəndən sonra ingilis dilini öyrənmək üçün kursa gedir? Niyə tələbələri elmə gətirmək, onları maarifləndirmək, savadlı olmağa sövq etmək əvəzinə imtahanlarda köçürtmələrinə şərait yaradırıq? Tədris ingilis dilindədirsə, müəllim niyə ingilis dilini bilmədən auditoriyaya girir? Hansı haqla? Niyə haqlı danışana dəstək vermək əvəzinə səsini batırmağa, şər-böhtan atmağa əl atırlar? Əgər oxuyub bir nəticə çıxartmayacaqdıqsa, “Kitab yüklü essək”, “Ölülər”, “Hekayəti Molla İbrahimxəlil kimyagər”, “Qurbanəli bəy”, “Aldanmiş kəvakib”, “Molla Nəsrəddin” və “Hop-hopnamə”ni niyə oxuyurduq ki? Haqq sözümüzü deyə bilməyəcəkdiksə, niyə varıq ümumiyyətlə? Tələbələri sağlam gələcəyə hazırlamağa can atmırıqsa, şou düzəldib nəsə edirmiş kimi göstərilirsə, bu reklam kimə lazımdır?”
ADU-nun 3-cü kurs tələbəsi, “Facebook” sosial şəbəkəsində özünü universitetin İctimaiyyətlə Əlaqə Departamentində redaktor kini təqdim edən Şahin Sərdarlı isə bu gün dekan və onun ətrafındakı insanları tələbələri etiraza, mitinqə səsləməkdə günahlandırıb, universitetdə imtahanların təşkili sahəsində aparılan islahatlardan danışıb: “Hər gün sosial şəbəkələrə şikayətlənirsiniz ki, Azərbaycan Dillər Universitetinin tələbələri ingilis dilini bilmir, kənar kurslara müraciət edir. Guya ingilis dilini bilən şəxslərin əksəriyyəti Azərbaycan, rus, fransız, alman dillərini mükəmməl bilir? Bu lağ-lağı fikirləriniz Azərbaycan Dillər Universitetinin tələbələrinə və müəllimlərinə hörmətsizlikdən başqa bir şey deyil. Ona görə ki, “kənar kurslar” dediyiniz hazırlıq mərkəzlərinin 99 faiz müəllimi, həmçinin rəhbərləri məhz Azərbaycan Dillər Universitetinin indiki tələbələri və məzunlarıdır. Əgər iddianızda, tələbələrə, müəllimlərə qarşı lağ-lağı yanaşmanızda haqq-ədalət axtarırsınızsa, III və IV kursda oxuyan ADU tələbələrinin ingilis dilinin bilməməsinin günahı kimdədir? ADU-nun istər I kurs, istərsə də IV kurs tələbələri zəngin potensiala malikdir. Tələbəni nüfuzdan salmaq ayıbdır! Günahı başqasında axtarmaq da ayıbdır, vallahi ayıbdır...
Deyək ki, IV kurs tələbəsinin ingilis dilinin bilməməsinin günahkarı universitet rəhbərliyidir. Universitet rəhbərliyi bu situasiyada hansı addımı atmalı idi?! Təbii ki, dərslərin keyfiyyətini aşkara çıxarmaq üçün universitetdə açıq dərslərin keçirilməsini təşkil etməli idi. Rəhbərlik atmalı olduğu addımı çoxdan və vaxtında atıb. Rektoryanı və elmi şuralarda açıq dərslərin keçirilməsi proseslərinin təşkili məsələləri dəfələrlə müzakirə olunub, alt və üst komissiyalar yaradılıb. Fakültə dekanları alt komissiyaların sədri təyin olunub və bu komissiyalar öz işinə başlayıb. Amma indi dərslərin keyfiyyətindən şikayətlənən şəxslərdən biri, Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin sədri olduğu alt komissiya işində ciddi nöqsanlar buraxıb. O nöqsan ki, dərs prosesində cəmi 7 dəqiqə oturmaqla müəllimin dərsinə münasibət bildiriblər. İstər müsbət, istər mənfi münasibət olsun, cəmi 7 dəqiqə iştirak edilən dərsə necə qiymət vermək olar? Özü də həmin müəllimin iştirakı olmadan dərsinin müzakirəsini keçirib qiymətləndirmək isə hansı haqq-ədalətə sığar? Tələbələrlə universitet rəhbərliyinin görüşlərindən birində həmin qrup tələbələrindən biri bu prosesi bütün tələbələrin yanında danışdı. Universitetin rektoryanı və elmi şuralarında tələbələr də iştirak edir. Həmin rektoryanın şuranın birində buraxılmış nöqsanlara görə Filologiya və jurnalistika fakültəsində fəalliyyət göstərən alt komissiyanın nəticəsi ləğv edildi və yenidən təşkil olunmasına göstəriş verildi.
Dekana isə xəbərdarlıq elan ediləcəyi bildirildi. Digər məsələ isə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə həmin fakültədə heç bir tədbirin təşkil olunmaması idi. Bu həm də xalqımızın Ümummilli Liderinə, tələbəni rektorlara əmanət edən uca bir dəyərə hörmətsizlik deyilmi?!... Olanlar da elə buradan başladı... Vüsalə xanımın həmin xəbərdarlığı eşidəndən sonra şura üzvlərinin gözü qarşısında ayağını yerə vuraraq, qışqır-bağır salmasından, universitet rəhbərliyinə, şura üzvlərinə qarşı hörmətsizliyindən danışmıram...
Proseslər onu göstərdi ki, dekanın çox yaxın rəfiqələri Pərvin Mürsəlova, Mahirə Hacıyeva da “haqq-ədalət” çarçısı olmağa başladı və fakültə tələbələrini fərqli istiqamətlərə yönəldib etiraz etməyə, mitinqlər keçirməyə səslədi və hələ də səsləyirlər. O qədər yaxın rəfiqə ki, dekanın otağının açarı həmin şəxslərdə də varmış. Dekan otaqda oldu, olmadı, fərq etməz, istədikləri vaxt gəlib otaqda oturub söhbətləşirmişlər... Pərvin Mürsəlovanın jurnallarda buraxdığı nöqsanlar isə digər məsələdir. O nöqsan ki, cəmi bir nəfərə qiymət yazıb, digər tələbələrin nə dərsdə iştirak etmələrinə aid, nə də etməmələrinə aid qeyd etməyib. Maraqlıdır, niyə?! Bəs, bu əməlin arxasında hansı məqsədlər dayanır? Hətta qeyd edim ki, sentyabr ayından bu günə qədər Filologiya və jurnalistika fakültəsinin 60-a yaxın tələbəsi dekana ərizə ilə müraciət edib, amma həmin tələbələrin müraciətinə baxılmayıb. Tələbələrin əksəriyyəti təkrar ərizə yazaraq universitet rəhbərliyinə müraciət edib”.
Ş. Sərdarlı qeyd edib ki, ola bilsin ki, V. Ağabəyli çox yaxşı müəllimdir, amma bu, törətdiyi əməllərə haqq vermir: “Bu günə qədər hörmət etdiyim biridir. Bir pedaqoq olduğu üçün ona yenə də hörmət bəsləyəcəyəm. Lakin mənim bu məsələyə yanaşmamı fərqli mənalara yozmaq lazım deyil. Ortada Azərbaycan Dillər Universitetinin adı hallanırsa və haqsız yerə rəhbərlik, tələbə, müəllim ittiham olunursa, o zaman reallığı və baş verən prosesi olduğu kimi yazmaq lazımdır. Bəlkə də bu yazıma görə rəhbərlik tərəfindən ciddi qınanılacam. Maraqlıdır, "ədalət carçıları”nın "narazı” qaldığı dərslərin keyfiyyətini artırmaq üçün təşkil olunan açıq dərslərdə buraxılmış nöqsanlar niyə əllərində ağ bayraq deyil? Bu açıq dərslər ona görə təşkil olunur ki, elə özlərinin dediyi kimi, müəllimlərin dərs prosesini, öyrətmə, dinləmə, metodiki bilikləri üzə çıxarılsın, nisbətən zəif müəllimlər ixtisasartırmaya göndərilsin, bilik-bacarıqları, metodik qabiliyyətləri daha da artırılsın. Son bir il ərzində Əlavə təhsil və təcrübə fakültəsinin təşkilatçılığı ilə onlarla müəllim universitet hesabına müxtəlif ölkələrə ixtisasartımaya göndərilib və bu proses hələ də davam edir.
Azərbaycan sabit, firəvan, müstəqil dövlətdir. Təbii ki, bu müstəqillik, xalqın, xüsusilə gənclərin, eyni zamanda tələbələrin cənab Prezidentin ətrafında sıx birləşməsi, dövlətin yürütdüyü uğurlu siyasətə dəstək olması arxasında erməni lobbisi və digər xarici qüvvələr dayanan təşkilatları, şəxsləri narahat edir. Bu gün sosial şəbəkələrdə dayanmadan tələbələri durduq yerə etirazlara, mitinqlərə səsləyən bu şəxslərin də bəlkə də əlaqələri həmin təşkilatlara gedib çıxır.
Ona görə bu fikirdəyəm ki, universitet koridorlarında “sonuna qədər mübarizə aparacağam, geri çəkilməyəcəyəm” deyən Pərvin xanımın sosial şəbəkədəki paylaşımlarına nəzər yetirdikdə Azərbaycan dövlətinin, polisinin əleyhinə yazılmış statusları, videoları gördüm. O paylaşımlar xarici ölkələrdə Azərbaycan prezidentinə, Azərbaycan dövlətinə, Azərbaycan polisinə şər-böhtan atan, yalan məlumatlar yayan, təhqir edən erməni lobbisinin qrantları hesabına yaşayan mühacirlərin sosial şəbəkələrdəki səhifələrinə aiddir. Azərbaycan Dillər Universiteti ilə qəti əlaqəsi olmayan digər bir şəxsin – Lamiyə Hüseynin də universitetin tələbələrinə, müəllimlərinə qarşı əxlaqa-zidd paylaşımlarına toxunmadan keçmək olmaz. Təsadüfdürmü ki, rahatlıqla sosial şəbəkədə həm tələbəni, müəllimi ittiham edəsən, lağ-lağı obyektinə çevirəsən, həm də etirazlara çağırasan?!”
V. Ağabəyli isə dərhal Ş. Sərdarlıya cavab yazıb: “Yaltaq və sifarişli yazılarla kimin mövqeyini dəstəkləyirsən, aydındır. Amma şükürlər olsun ki, mən öz əqidəmin carçısıyam. Sən kimsən ki, ümumiyyətlə, bilib-bilmədən fakültə dekanını müzakirə edirsən. Mən dərsdə iştirak edəndə sən oturmuşdun yanımda ki, hələ bir deyəsən ki, neçə dəqiqə oturmuşam? Həmin müəllim əgər bilirdisə, niyə çəkinirdi? Yenidən dərs verərdi. Əgər müzakirə müəllimsiz aparılıbsa, bəs qiymətləndirmə sənədinə onun imzasını kim çəkmişdi? Həmin müəllim Kamal müəllimin dostunun qızıdır deyə Təhsil Nazirliyinin də, Dövlət İmtahan Mərkəzinin də, dövlətin də qanunlarını mən poza bilmərəm.
Sənə xoş gəlməz təbii ki, çünki Kamal müəllim universiteti komandalara ayırıb, özünü diskriminasiya apardığı komandanın üzvü hesab edirsən. Kamal müəllim universitet rəhbəri olaraq ədalətini onda sübut etdirmiş olardı ki, həmin müəllimin dərsinin yenidən təşkil olunmasını tələb edərdi. Niyə etmədi? Çünki onun ətrafındakı bəzi şəxslərin toxunulmazlıq hüququ var. Universitet rektoru müəllimləri, tələbələri inkişafa səsləmək əvəzinə belələrinə dəstək çıxır.
O ki qaldı, yazmısan ki, ayağını yerə vura-vura qışqırıb bağırır, bax burada deyirəm sənə ayıb olsun. Sən kimsən ki, mənim etmədiyim hansısa hərəkəti ağlına gələn formada təhlil edisən? Kamal müəllim mənə hansısa dərsinin öhdəsindən gələ bilməyən müəllimin iftirasını atdı, mən də çıxış üçün söz istədim. Başa düşürəm, siz ancaq çobanlıq rejiminə öyrənmisiniz ki, o qışqırıb Elmi Şurada təhqir etsin, hamı sussun. Çıxış etmək nə vaxtdan qəbul olunmaz bir şey olub? Mən haqsız məsələlərə mütləq münasibətimi bildirtməliydim”.
Qeyd edək ki, bir müddət əvvəl ADU-nun kadrlar şöbəsinin baş mütəxəssisi Elmira Baxşəliyeva tərəfindən universitet rəhbərliyinə qarşı ciddi ittihamlar irəli sürmüşdü.
- Tehrandan DƏHŞƏTLİ KÖÇ başladı, Trampdan SƏRT ÇAĞIRIŞ: Hamı Tehrandan ÇIXSIN! - FƏLAKƏT! VİDEO
17 iyun 2025 09:49
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 2025 20:02
- Deputat ölkəyə gəmilərlə gətrilən QAÇAQMAL SİQARET-dən danışdı
14 iyun 2025 00:17
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
9 iyun 2025 12:20
- Zelenski: Tarixən əksər müharibələr...
9 iyun 2025 08:27
- ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ... - Sabiq millət vəkili Etibar Əliyev
8 iyun 2025 16:04
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
7 iyun 2025 10:45
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
7 iyun 2025 01:43
- Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb
6 iyun 2025 14:21
- 260 manat aliment ödəməyənə cəza, 350 min manatı verməyən sabiq səfirin dostuna -molodes -?
6 iyun 2025 00:36
- Bakıda azyaşlı qız QƏTLƏ yetirilibmiş - Ana 23 il sonra tutulub
18 iyun 00:29
- Bu şənbə rəsmi iş günüdür
17 iyun 23:21
- SON DƏQİQƏ! İranın keçmiş PREZİDENTİ Əhmədenejat ÖLDÜRÜLDÜ
17 iyun 21:41
- Bakıda Osmanlı əsirləri və qardaş yardımı mövzusunda beynəlxalq konfrans keçirildi (FOTO)
17 iyun 21:23
- Qayınatasının 12 minini oğurlayıb SEVGİLİSİNƏ verən GƏLİNƏ hökm oxundu
17 iyun 20:46
- Dedi ki, xanım generala hədiyyə almaq lazımdır - Dələduzluq işinin ŞOK detalları
17 iyun 17:28
- İlham Əliyev Afrim Qaşini qəbul etdi - FOTOLAR
17 iyun 17:07
- Bu gün satılan narkotiklər insanı zombiyə çevirir - Nail Kəmərli nələrlə üzləşdiyindən danışdı VIDEO
17 iyun 16:47
- İsrail 4 gün əvvəl vəzifəyə təyin olunan generalı öldürdü - Foto
17 iyun 10:59
- Rusiya Kiyevə zərbə endirdi - 14 ölü
17 iyun 10:03
- Tehrandan DƏHŞƏTLİ KÖÇ başladı, Trampdan SƏRT ÇAĞIRIŞ: Hamı Tehrandan ÇIXSIN! - FƏLAKƏT! VİDEO
17 iyun 09:49
- Şagirdlərinə açıq-saçıq şəkillərini göndərən müəllimə həbs edildi
17 iyun 09:30
- İran İsrailin hərbi hava bazasını vurdu
17 iyun 02:07
- Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
17 iyun 00:59
- Özbəkistanda cinsini dəyişdirənlər adlarını da dəyişə biləcəklər
17 iyun 00:10
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 11:09
- Pənah Hüseyn partiya sədrliyindən getdi
16 iyun 10:44
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 09:26
- İranlılar Türkiyə sərhədinə axışır – kütləvi köç təhlükəsi
16 iyun 09:10
- Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün bir nömrəli OT
16 iyun 00:20
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 23:31
- İsraildən 200 qırıcı havaya qalxdı – İranı dəhşət gözləyir
15 iyun 23:13
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 20:02
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 17:35
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 11:23