Hüseynqulu Bağırovun Bakıdakı otelləri və digər əməlləri
Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvlərinin adına olan və Avropa ölkələrini, Türkiyəni əhatə edən çoxşaxəli biznes şəbəkəsi barədə dərc edilən, sənədlərə, təkzibolunmaz dəlillərə əsaslanan araşdırmalardan sonra onun qohumu olan keçmiş həkim Abbas Zeynalov redaksiyamıza müraciət edib. Və keçmiş nazirin əməlləri barədə sensasion faktları açıqlayıb.
Abbas Zeynalov özünün dediyi kimi Hüseynqulu Bağırovun illərdir ona yaşatdığı stress ucbatından onkoloji xəstəliyə düçar olub. Hazırda ölümlə mübarizə aparır və deyir ki, həkimlərin rəyinə görə ömrünün sonuna bəlkə də aylar qalıb. Amansız xəstəlik ona qalib gəlmək üzrədir.
Beləliklə, A.Zeynalov deyir ki, o Hüseynqulu Bağırovun ögey xalası oğludur və keçmiş naziri hələ uşaqlıqdan yaxşı tanıyır. “Onun adı əslində Sonqulu idi, sonralar dəyişib Hüseynqulu yazdırdı”-Zeynalov deyir.
A.Zeynalov bildirir ki, əvvəllər həkim işləyib, sonradan isə “hamı kimi” o da qərara alıb ki, biznesə başlasın. Və Hüseynqulu Bağırovun ekologiya və təbii sərvətlər naziri təyin olunmasından az sonra, təxminən 2000-ci illərin ortalarında Bakıda onun təklifi ilə otel tikintisinə başlayır.

A.Zeynalovun danışdıqlarından: “Bakı Dövlət Sirkindən bir az aşağıda, “Təzə bazar”ın yaxınlığında çoxillik ağaclardan ibarət park var idi. Orada çayxana fəaliyyət göstərirdi, əsasən “Qorotdel”İn (Bakı Baş Polis İdarəsi) əməkdaşları yığışırdı. Bir gün Sonqulu dedi ki, gəl şərik olaq, bu parkın yerində otel tikdirək. Mən təəcübləndim, dedim bəs ağaclar necə olacaq? Dedi sənlik deyil, onu mən həll edəcəm. Ona inandım, dedim nazir adamdır, yəqin boşuna söz deməz. Doğrudan da bir gecənin içində parkdakı 80-dən artıq çoxillik ağacı kəsdirdi, yox elədi. Başladım “Central Park” adlı otelin tikintisinə. Çayxananın sahibi ilə hallalaşıb pulunu verdim, yaxınlıqda yaşayan sakinlərdən narazılıq edənlər vardı. Onları da razı saldım. Haradasa 5 mərtəbəyə qədər tikmişdim ki, Sonqulu məni çağırdı. Dedi nüfuzlu adam var, bu layihədən xoşu gəlib. Ona görə də sən çəkil, işləri təhvil ver. Etiraz etmədim, dedim olsun, amma çəkdiyim xərci gərək ödəyəsən. Dedi narahat olma, nə qədər xərc çəkmisənsə ödəniləcək”.
Keçmiş nazirin qohumu deyir ki, otel tikintisini müqavilə əsasında H.Bağırovun göndərdiyi başqa şirkətə təhvil verib. Amma aradan xeyli keçsə də çəkdiyi xərc (təxminən 500 min dollara yaxın) ödənilməyib. Nazir hər dəfə bir bəhanə gətirib, pulların ödəniləcəyini deyib. Nəhayət otel tikintisi tamamlanıb və günlərin birində Zeynalov obyektin yanından keçəndə H.Bağırovun oğlu Lətifi orada görüb.
“Dedim Lətif, bala, burda nə edirsən? Dedi atam bu oteli mənə verib, bura bizimdir. Heyrətə gəldim, axı Sonqulu mənə o vaxt tamam başqa şey demişdi. Zəng vurdum ki, Sonqulu, bu nə məsələdir, oteli özünə tikdirmisənsə bəs mənim pulumu niyə ödəmirsən? Kobud cavab verdi, hədələdi ki, başına oyun açdıraram, nə pul, nə filan...”-Zeynalov deyir.

Keçmiş nazirin qohumu danışır ki, Hüseynqulu Bağırovdan dəfələrlə pullarını tələb etsə də nəticəsi olmayıb. Əvəzində isə nazir onun Quba rayonunda hələ sovet dövründən fəaliyyət göstərən “Orman” adlı mövsümi istirahət mərkəzini yerlə bir etdirib.
“Bir gecənin içində sökdülər, dedilər guya qanunsuz imiş. Hansı ki, obyektin hələ sovet hökumətinin dövründən qanuni icazəsi , bütün sənədləri var idi. Amma Hüseynqulu Bağırovun göstərişi ilə heç bir məhkəmə qərarı olmadan 2016-cı ildə sökdülər”-Zeynalov bildirir.
Bu da yetməyib, H.Bağırov öz qohumunun barəsində hansısa qurama ittihamla cinayət işi də açdırıb. Həmin cinayət işi üzrə Zeynalovu həbs etməsələr də xeyli get-gələ salıblar. Proses Bağırov nazir vəzifəsindən azad edilənə qədər davam edib.

“Azərbaycanda Sonqulu kimi korrupsioner, tamahkar və hiyləgər ikinci məmur tanımıram. Onun əməllərinin üzə çıxmasını illərdir gözləyirdim. Axırda haqq yerini tapdı. Avropadakı, Türkiyədəki biznesi üzə çıxdı. Mən deyərdim ki, açıqladığınız bu faktlar hələ aysbergin görünən tərəfidir”-Zeynalov deyir.
O bildirir ki, Bağırovlar ailəsinin Avropadakı və Türkiyədəki çoxsaylı şirkətlərində payçı kimi adı keçən Liana Bağırova keçmiş nazirin arvadıdır. Və Hüseynqulu Bağırovun biznes imperiyasını idarə edən əsas fiqurdur. Keçmiş nazirin bacısı, onun ailə biznes imperiyasına daxil olan Qərb Universitetinin vitse-prezidenti statusunu daşıyan Duriyyə Nuriyeva isə Zeynalovun dediyi kimi “adi, biznesdən-filandan başı çıxmayan” qadındır. Sadəcə keçmiş nazirin korrupsiya sxemlərinə alət edilib.

“Həmin “Central Park Baku” otelindən başqa İçərişəhərdəki “Old City İnn” oteli də Hüseynqulu Bağırovundur, oğlunun adına açdığı şirkət tərəfindən idarə olunur. Çoxsaylı başqa obyektləri, villaları da öz yerində. Təkcə bir məlumatı deyim ki, Hüseynqulu “Şahdağ” dövlət qoruğu ərazisində malikanə tikdirmək üçün “Sədərək Yusifə” (“Sədərək” Ticarət Mərkəzinin sahibi) yeri 1 milyon manata satmışdı. Hansı ki, o əraziyə daxil olmaq belə qadağandır. Qoy gedib araşdırsınlar ki, dövlət qoruğunun ərazisində malikanəni hansı əsasla, icazə ilə tikiblər”-Abbas Zeynalov deyir.
Zeynalov qohumunun əməlləri barədə çox danışdı və onun danışdıqlarının bir qismi ailə məlumatlarına aid edildiyindən dərc etmədik. Hərçənd bu məlumatların bir çoxunun arxasında cinayət izləri görünürdü...
Virtualaz.org
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
1 may 2026 13:38
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 2026 10:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 2026 21:07
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 2026 00:00
- Çexiyanın baş naziri Azərbaycana səfərə gəldi (FOTO)
26 aprel 2026 20:32
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
