Vaşinqtondan göndərilən məktubun sirri: Qorbaçov Bakıya niyə hücum etdi?
Kriminal20 yanvar 2019 15:10

29 il öncə, 1990-cı il 19 yanvar. Qorbaçovun sovet ordusunu Bakıya göndərməyinə bir gün qalıb. Hərçənd buna qədər Bakıda "qətliam ssenarisi” hazır idi.
Həmin tarixdən 3 gün öncə, yanvarın 17-də şimaldan hərbi eşelonun daxil olmaq cəhdi də bunu təsdiqləyir. O vaxt şimal bölgəsində yerli əhali hərbi qatarın Bakıya doğru irəliləməsinə imkan vermədi. Lakin eyni ssenari fərqli istiqamətdən daxil edilən qoşunla gerçəkləşdirildi.
Zirehli texnika ilə Bakıya daxil olan sovet ordusu şəhərdə dinc əhaliyə əsl divan tutdu. 20 Yanvar Azərbaycanın hüzn günü olmaqla yanaşı, müstəqilliyinə qovuşduğu tarix olaraq da yadda qaldı. Əli yalın azərbaycanlılar sovet tanklarının önünə çıxmaqla SSRİ imperiyasını çökdürdü, "xalqlar həbsxanasında” olan 15 respublikanı da azadlığa qovuşdurdu.
20 Yanvar hadisələrinə görə cinayət məsuliyyəti daşıyanlar hələ də cəzasını almayıb. Günahkar kim idi?. Bu sual qarşısında həmişə nəzərlər Moskvaya, keçmiş SSRİ-yə və bu gün Qərbin qucağında oturub ahıl yaşını yaşayan "ləkəli başa” – Qorbaçova yönəlir. Bu doğrudur, onlar Azərbaycan xalqına divan tutmuşdu. Lakin azərbaycanlıların qanına əlini batıran təkcə Qarbaçov və Kreml idimi?
Həmin dövrün geosiyasi mənzərəsi fonunda bu sualın cavabı maraqlıdır: 1989-cu ildə ABŞ Panamaya müdaxilə etdi. Ardınca SSRİ tərkibində olan Şərqi Avropa ölkələrində Moskvaya qarşı etirazlar başladı. Vaşinqtondan SSRİ xarici işlər naziri Eduard Şevardnadzeyə müraciət daxil oldu ki, Moskva baş verən etirazlara müdaxilə edərsə, ABŞ bu məsələdə neytral qalacaq. Kreml Vaşinqtonun bu müraciətini özünün Panama müdaxiləsinə haqq qazandırmaq üçün etdiyini anlayırdı. Ona görə də etirazlara qarşı silah işlədilmədi. Lakin bu, Kremlin Bakı müdaxiləsinə zəmin yaratdı. 1989-cu ildən cəmi bir il sonra Bakıda Qanlı Yanvar hadisələri törədildi və Vaşinqton susdu. Bu fakt 20 Yanvar faciəsinə görə, ABŞ-ın da məsuliyyət daşıdığı fikrinə haqq qazandırır.
Lakin hər şey bundan ibarət deyilmiş və ortaya çıxan bir sıra sənədlər azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsində, buna paralel olaraq, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətində Ağ Evin indi demokratiya adı altında hər kəsin gözünə soxduğu barmağının olduğunu göstərir…
1990-cı il, 20 Yanvar qırğınından bir gün öncə. Yanvarın 19-da Moskvada ABŞ Senatının xarici məsələlər üzrə alt komissiyasının sədri Kleyborn Pell ilə SSRİ xarici işlər naziri Şevardnadze arasında görüş keçirilir. Pell bildirir ki, Sovet rəhbərliyi "Azərbaycana Qarabağ üzərində” nəzarəti həyata keçirməkdə davam etməyə icazə verməməlidir.
"Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də ermənilərə zor tətbiq edilməsindən dəhşətə gəlmişəm. Sovet rəhbərliyi erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet rəhbərliyi Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxartmalıdır. Azərbaycana bundan sonra da Dağlıq Qarabağa nəzarət etməyə imkan vermək vəziyyəti pisləşdirmək deməkdir”, – Pell ABŞ-dakı erməni diasporunun verdiyi pulla aldığı bahalı kostyumunu düzəldə-düzəldə 29 il öncə Şevardnadzeyə belə deyirdi.
Həmin görüşdən bir gün sonra SSRİ-nin "ləkəli başı” "azərbaycanlılar ermənilərə divan tutur” iddiası ilə Bakıya ordu yeridir. O həqiqət idi ki, Qorbaçov SSRİ-nin başına gətirilmiş ABŞ-ın adamı idi və Vaşinqtonun "erməni sevgisi” onun timsalında təzahürünü tapırdı.
SSRİ müdafiə naziri olmuş, Bakıdakı qırğınların birbaşa icraçısı Dmitri Yazov həmin dövrü belə xatırlayır: "Mən erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: "Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı "Artsax” adlandırır. Bu, onların xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: "Siz tarixi bilirsiniz”. Əslində, Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər. İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi”.
Öz kolleqası bu sözlərlə Qorbaçovun kimliyini açıqlayır. 20 Yanvar qırğınından üç ay sonra – martın 18-də ABŞ Konqresinin bir qrup deputatı Qorbaçova müraciət ünvanlayır.
Konqresmenlər azərbaycanlıların 6 gün ərzində Bakıda qətllər və zorakılıqlar həyata keçirdiyini, ermənilərin əmlakını məhv etdiyini iddia edir və bundan narahat olduqlarını bildirirlər.
Məktubda bildirilir ki, Azərbaycana göndərilən sovet zabitləri baş verənləri vətəndaş müharibəsi kimi dəyərləndiriblər: "Sizdən xahiş edirik ki, erməni azlığının qətlə yetirilməsinin, eləcə də regionda digər zorakılıqların qarşısını almaq üçün tədbir görəsiniz. Ümid edirik ki, sovet rəhbərliyi vətəndaş sülhü ilə yanaşı, vətənlərinə dönmək istəyən ermənilərin təhlükəsizliyini təmin edəcək. Ona da ümid edirik ki, Qarabağın və Ermənistanın iqtisadi mühasirəsini yaracaqsınız. Orada zəlzələ zonasında çoxlu sayda amerikalı və digər xaricilər işləyir. Azərbaycanda dəhşətli zorakılığın baş verməsi Dağlıq Qarabağın 160 minlik erməni əhalisinin Ermənistanla birləşməsinin vacibliyini bir daha təsdiq edir. Azərbaycan hakimiyyəti 70 il ərzində Dağlıq Qarabağ əhalisinin 60 faizini təşkil edən ermənilərin iqtisadi və mədəni hüquqlarını pozub. Sizdən təkidlə xahiş edirik ki, Qarabağ xalqına özünün gələcək siyasi və mədəni mənsubiyyətini müəyyən etmək hüququnu vermək yolu ilə Sovet dövləti çərçivəsində baş verən faciənin qarşısını alasınız”.
Bu müraciət ABŞ-ın 20 Yanvar faciəsi və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsində hansı dərəcədə rol oynadığını göstərir. Maraqlıdır ki, Qorbaçova ünvanlanan müraciətə imza atanlar arasında Qarabağın ermənilərə verilməsini Şevarnadzedən tələb edən Kleyborn Pell da var. Həmçinin, senatorlar Pit Uilson, Pol Seymak, Lerri Brekslerdə müraciətə imza atıblar. Müraciətin altındakı imzalar arasında ABŞ-ın keçmiş dövlət katibi Con Kerrinin də adı var idi.
Mənbə: publika.az
Oxşar xəbərlər
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 2025 01:14
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 2025 11:22
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 2025 01:46
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
11 sentyabr 2025 23:02
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 2025 09:54
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
9 sentyabr 2025 13:13
- Prezident forum iştirakçılarına müraciət etdi
9 sentyabr 2025 10:02
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
8 sentyabr 2025 22:11
- Atam son nəfəsinə qədər qardaşım Çingizi pis vərdişlərdən uzaqlaşdıra bilmədi - FOTO
8 sentyabr 2025 19:20
- Prezident həmkarlarını təbrik etdi - Yenilənib
8 sentyabr 2025 18:22
Xəbər lenti
- Laima Vaikule: SSRİ-dən ABŞ-a getməklə həyatımı xilas etdim
12 sentyabr 01:14
- Alla Puqaçovadan Putinlə bağlı ŞOK ETİRAF
11 sentyabr 22:45
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 03:37
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 01:46
- Sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan
11 sentyabr 01:40
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
10 sentyabr 18:43
- Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
10 sentyabr 18:30
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 09:54
- Hikmət Hacıyev ABŞ-da mühüm görüşlər keçirdi (FOTO)
10 sentyabr 09:45
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 00:34
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13
- Məktəb direktoru qızına görə işdən çıxdı: Mənə bibi deyirdi
09 sentyabr 20:53
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
09 sentyabr 13:13
- Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - 235 MİLYON
09 sentyabr 13:03
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
09 sentyabr 10:52
- Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək - ŞAD XƏBƏR
09 sentyabr 10:30
- Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
09 sentyabr 10:22
- Camaat ƏT ALA BİLMİR, çox bahadır - VİDEO
09 sentyabr 10:14
- Prezident forum iştirakçılarına müraciət etdi
09 sentyabr 10:02
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
09 sentyabr 00:25
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
08 sentyabr 22:11
- Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
08 sentyabr 19:42
- Atam son nəfəsinə qədər qardaşım Çingizi pis vərdişlərdən uzaqlaşdıra bilmədi - FOTO
08 sentyabr 19:20
Video & Fotoqalereya
Video
Fotoqalereya