- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
"Nənəm erməniyə ərə gedə bilməzdi..." - Həcərin nəticəsi
Azərbaycan tarixində iz qoymuş, fəaliyyətləri ilə xalqa xidmət etmiş tarixi şəxsiyyətlərimizin hansısa qüvvələr, şəxslər, “araşdırmaçılar” tərəfindən ləkələnməsi davam edir. Bir çoxları ictimai, siyasi xadimlərimizə, tarixi şəxsiyyətlərimizə çamur atır, onlar haqqında böhtanlar uydururlar. Təəssüfedici məqam bundan ibarətdir ki, tarixi saxtalaşdıranlar öz iddialarında rus, erməni mənbələrinə, arxiv “sənəd”lərinə istinad edirlər. Azərbaycan qaçaqçılıq hərəkatının görkəmli nümayəndəsi Qaçaq Nəbinin həyat yoldaşı olmuş Həcər haqqında irəli sürülən ittihamlar da əks-təbliğat kampaniyası sırasında yer alır.
Qaçaq Nəbi, Həcər nəslindən olan, əvvəllər Türkiyədə, hazırda isə Avstraliyanın Melburn şəhərində yaşayan Mehmet Elturan müsahibəsində qadın qəhrəmanımız haqqındakı bütün böhtanlara tutarlı cavab verdi.
O bildirdi ki, babasının valideynləri Azərbaycandan təxminən 100 il öncə Türkiyəyə köçüblər: “Qaçaq Nəbinin oğlu Əhməd babamın atasıdır. Əhməd bəyin 3 övladı olub: – iki oğlan, bir qız. Əhməd bəyin 8 nəvəsi olub. Bəziləri dünyasını dəyişib, bəziləri Türkiyədə və dünyanın başqa-başqa yerlərində yaşayırlar.
Nəbinin oğlanları Əhməd və Xəlilin məzarları Türkiyədədir. Xəlil bəyin nəticələri ilə əlaqələrimiz var”.
Əhməd bəy qardaşı Xəlillə, eləcə də qohumlarıyla birlikdə 1915-ci ildə, qaçaqaç vaxtı, gərgin dönəmdə Türkiyəyə gəlib: “Həmin illərdə doğum qeydiyyatı dəqiq deyildi. Buna görə də qohumlarım doğum tarixlərini doğru-dürüst bilmirdilər. Həmin vaxt Nəbinin nəvəsi – babam Mehralı 3-4 yaşlarında olub. Nənəm də təxminən bu yaşda imiş”.
O dönəmdə Qars ruslar tərəfindən işğal edildiyindən Nəbinin oğlu Əhməd yaxınları ilə Türkiyəyə Ağrıdağdan keçiblər: “Qars rus işğalından qurtulduqdan sonra İğdırdan buraya köçüblər. Onlar orada yaşadılar və biz də orada dünyaya gəldik.
Sənədlərdə Nəbi və Həcər babamın atasının valideynləri kimi qeyd edilib. Qeydlər isə 1925-ci ildə aparılıb.
Mən sizə danışdıqlarımı babamdan və nənəmdən eşitmişəm. Onlar bu haqda danışanda 11-12 yaşım olardı. Söyləyirdilər ki, Həcər 1860-cı ildə Qubadlının Yuxarı Mollu kəndində doğulub. Biz həmin kəndi Molla adlandırırıq. Nəbi, əsasən, Naxçıvan və Zəngəzur qəzalarında mübarizə aparıb.
Babam danışardı ki, onun qəhrəmanlığı Cənubi Azərbaycana da yayılmışdı. Rus hökuməti və yerli bəylər illər boyu onun dəstəsini məhv etməyə can atıblar. Babamın babası olan Nəbi pusquya düşərək öldürülüb.
Babam danışırdı ki, Həcərlə yanaşı, bacısı Mehri xanım da Nəbinin zülmkarlara qarşı mübarizəsində fəal iştirak edib”.
Həcər isə 1914-cü ildə Aşağı Mollu kəndində dünyasını dəyişib: “O ki qaldı Həcərin guya erməniyə ərə getməsi məsələsinə… Təəssüf ki, əri Nəbi ilə birlikdə əlinə silah götürüb illərlə döyüşmüş qadın haqqında ən çirkin böhtanları yağdırırlar.
66 yaşındayam. Övladlarım, nəvələrim, nəticələrim var. Yalan danışmaq mənə yaraşmaz. Nənəmin, babamın, habelə ata-anamın Nəbi və Həcər haqqında söhbətləri zamanı belə bir şey eşitməmişəm. İkincisi, heç Həcərin erməniyə ərə getməsinə imkan da yox idi. Nəbi qətlə yetiriləndə övladları təxminən 15 yaşında olardı. Belə olan halda Həcər necə ərə gedə bilərdi?
Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, onların bir qız övladı da olub. Əhmədlə Xəlil mübarizəni dağlarda davam etdiriblər. Lakin qız kiçik olduğundan Həcər nənəmlə birlikdə qalırmış.
Nənəm xəstəlikdən dünyasını dəyişib. O öldükdən sonra iki oğlu Türkiyəyə gəlib. Amma qızın başına nə gəldiyindən, onun sonrakı taleyi haqda dəqiq heç nə bilmirik. Babam onun ermənilər tərəfindən qətlə yetirildiyini deyirdi. Danışırdı ki, onlar Nəbinin qisasını qızından alıblar. Amma bu haqda dəqiq məlumata malik deyilik”.
Mehmet bəyin sözlərinə görə, Həcərin erməniyə ərə getməsi haqda böhtanlar məqsədli kampaniyadır: “Erməniyə qarşı döyüşmüş şəxs düşmənə necə ərə gedə bilər? Bu, iftiradır, böhtandır, yalandır. Niyə Həcərə sahib durmuruq? Nə üçün belə çirkin kampaniya aparanları susdurmursunuz?
Axı nə üçün tariximizi rusun, erməninin öhdəsinə buraxırıq? Bu insanlar bizim üçün savaşmadılarmı?”
Bu işi onların öhdəsinə buraxdığımızdan Həcərin də həyatını o cür ləkələyiblər: “Mən artıq bu böhtanlardan iyrənirəm. Qaçaqçılıq hərəkatının fəal üzvü, qəhrəman qadın haqda belə demək şərəfsizlikdir. Axı Həcər bir vaxtlar Nəbinin mübarizə apardığı, Azərbaycan xalqının düşməni sayılan erməniyə niyə ərə getməliydi? Həcər kimi qadın bunu necə edə bilərdi? İki gənc oğlu olan, yaşlı qadın belə addım atardımı? O, Nəbi ilə 20 ildən çox çiyin-çiyinə mübarizə aparıb”.
Müsahibim bildirdi ki, indi onun Həcərə böhtan atan ermənipərəst “araşdırmaçıları” susdurmaq imkanı yoxdur: “Təəssüf ki, Azərbaycandan çox uzaqlardayam. Əgər orada yaşasaydım, Həcərə böhtan atan ünsürlərin cavabını verərdim.
Oğlanlarının yaşı 15-dən çox idi. Əhmədin oğlu – babam həmişə deyirdi ki, atam dağlarda savaşırdı”.
İndi Həcərlə Nəbinin nəslinin onlarla davamçısı Türkiyədə yaşayır: “Onlarla əlaqə saxlayıram. Hər biri bütün bunlardan narahatlıq keçirdiyini bildirir. Təəssüf ki, son günlər Azərbaycanda da Həcər barəsində böhtanlar yayımlanır. Biri yazır ki, guya erməniyə ərə gedib. Digəri onların övladının olmadığını iddia edir. Bu yalanlar ortaya çıxanda 50-yə yaxın insan mənə zəng etdi, məktub yazdı. Xahiş etdilər ki, bu məsələlərə aydınlıq gətirim. Bütün bunlara heyrətləndim. Bizim xalqın düşmənləri qadına böhtan atırlar, bizimkilər isə buna şərik çıxırlar. Axı bu qadına niyə ləkə yaxırlar? Ondan nə istəyirlər?”
Nəbi və Həcər haqqında dolğun məlumatları atasından və babasından aldığını deyən Mehmet Elturan Nəbiylə Həcərin nəvəsinin 90-cı illərdə dünyadan köçdüyünü bildirdi: “Babam Mehralı 1991-ci ildə 80 yaşında vəfat etdi. Lakin bu yaş da dəqiq deyildi, təxmini rəqəm idi. Çünki o vaxtlar vəziyyət fərqli olduğundan sənədlər it-bata düşüb, qeydiyyat olmayıb. Həmin səbəbdən də babamın yaşı dəqiq deyildi.
Babam danışırdı ki, atası Əhməd bəylə acı günlər yaşayıblar. Xəstəliklər, erməni qətliamları onun şahidi olduğu şeylərdir.
Yeri gəlmişkən, maraqlı faktı nəzərinizə çatdırım: nənəmin – yəni Əhmədin həyat yoldaşının doğum günü 1859-cu il kimi qeyd edilib. Sənədlərdə qeyd edilib ki,1926-cı ildə onun övladı olub. 1859-cu ildə anadan olmuş qadın 1926-cı ildə dünyaya “uşaq gətirir”. Guya 67 yaşında. Axı bu ola bilməz. Deməli, köhnə tarixlə yeni tarix qarışıb”.
Nəbi və Həcər haqqında nənəsi və babasından, valideynlərindən eşitdiklərini danışan Mehmet Elturan vurğuladı ki, SSRİ Türkiyə üçün qapalı olduğundan Türkiyə də bu imperiya üçün qapalı idi: “1992-ci ildə Türkiyədə vəzifəyə təyin olundum. 2000-ci ildə Türkiyə Silahlı Qüvvələrinin rəsmisi kimi Azərbaycana səfər etdim. Sizin ordunun, Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının qonağı oldum. Bakıda generallara dedim ki, Azərbaycan mənim vətənimdir. Babalarım burada yaşayıblar. Həmin vaxtlar gördüm ki, Nəbinin, Həcərin Azərbaycanda heykəlləri, fotoları var. “Atları yəhərləyin” filminə də Azərbaycanda baxdım. Onların həyatı haqqında çəkilən filmdə guya övladlarının olmaması vurğulanır. Təbii ki, bu, yalandır. Lakin filmin sovet dövründə çəkildiyini də nəzərə almalıyıq. Bakıda olanda mənə dedilər ki, həmin dövrdə filmi qəsdən belə çəkdilər ki, kimsə ermənilərə qan uddurmuş Nəbinin nəvə-nəticələri ilə maraqlanmasın”.
Ermənilər “Atları yəhərləyin” filminin çəkilişinə, ssenarisinə müdaxilə ediblər, təzyiq göstəriblər: “İndi yağdırılan böhtanlar təkcə onlara deyil, həm də bizə qarşı yönəlib”. (Karabakhmedia.az)
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
9 dekabr 2025 12:25
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Lökbatanda dəhşətli yanğın: 4 nəfər ölüb, 2-si uşaqdır (YENİLƏNİB)
5 dekabr 2025 11:16
- Xəzər dənizi ikiyə bölünəcək – Alimdən DƏHŞƏTLİ PROQNOZ
24 noyabr 2025 22:35
- Bakıya ilk avtomobili o gətirib - TARİXİ FOTO
22 noyabr 2025 12:38
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 2025 17:47
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
