Dünyada inqilab edən azərbaycanlı gənc
Müsahibə22 yanvar 2019 14:04
Tural Xuduyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər
Tural Xuduyev... O, Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. İxtirası ilə dünyada azərbaycanlı gənc alim kimi məşhurlaşıb. Hətta həmyerlimizin qatıldığı komanda ilə birlikdə gördüyü işlər dünyada tanınmış "Applied Optics’’ jurnalında dərc edilib. Belə ki, elmi karyerasını Massaçusets Texnologiya İnstitutunda davam etdirən T.Xuduyevin də iştirak etdiyi komanda bükümlü nanokabellərin işıq keçirməsini 20 faiz artırmağa nail olub. Bu ixtira sayəsində bükülü (əyri) klassik nanokabellər işiği 20 faiz daha çox udaraq 50 faiz yer sahəsinə qənaət edəcək. Biz də həmyerlimizlə ixtirası haqqında söhbətləşdik.
Əvvəlcə müsahibimizi tanıyaq...
Tural Bakıda anadan olub. İlk təhsilini Bakıda 275 saylı məktəbdə aldıqdan sonra orta təhsilini Şirvan özəl türk liseyində davam etdirib. Məktəb illərindən mühəndis olmağı qarşısına məqsəd qoyan müsahibimiz iştirak etdiyi fizika olimpiadalarından medallarla qayıdıb. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra bakalavr təhsilinə Hacettepe Universiteti "Atom enerjisi mühəndisliyi” fakültəsində davam edib.
Deyir ki, atom enerjisindən istifadə texnologiyasının Azərbaycanda tətbiq olunması ən böyük arzularından olub: "Atom enerjisinin əhəmiyyətini bir cümlə ilə belə ifadə edə bilərəm: 1 kiloqramlıq uranium ilə əldə etdiyimiz enerji 10 min kiloqramlıq neft və ya 14 min kiloqramlıq kömürdən əldə olunan enerji ilə eyni miqdardadır. Bu texnologiyanın Azərbaycanda tətbiq oluna bilməsi arzularımdan biri idi və bunun üçün lazım olan texniki informasiyaya sahib idim. Mənim təhsil aldığım fakültə Türkiyədə ən çətin bitirilən fakültələrdəndir. Bu fakültə hər il 3-4 məzun verir. Hətta ilk ilin sonunda bir çox tələbə çətinliyə görə ya universiteti tərk edir, ya da fakültə dəyişir. Buna baxmayaraq, mən ilk ilin sonunda fakültə birincisi seçildim, ortalama balım çox yüksək olduğu üçün rektorluq, dekanlıq tərəfindən xüsusi hədiyyələrlə təltif olundum.
İlk ixtiram
Gənc alim fakültəni uğurla bitirdiyi üçün magistr təhsili almadan doktoranturaya qəbul olub: " Bilkənt Universitetinin nəzdində olan Milli Nanotexnologiya Araşdırma Mərkəzində magistr təhsili almadan birdəfəlik doktorantura təhsilimə davam etdim. İlk uğurlu nailiyyətim kilometr uzunluğunda nanostrukturları çox asan bir metodla əldə etməyim oldu və bir çox elmi xəbər saytları bu ixtiranı vacib xəbər kimi verdi. Daha sonra Türkiyənin bütün televiziya və qəzetlərində əks olundu”.
Turalın ikinci ixtirası Amerikada konfransda məşhur alimlərə məruzə edilib: "Növbəti işim qara rəngli bir maddənin nanokiçiklikdə istənilən fərqli rəngə çevrilə biləcəyini göstərdiyim tədqiqat idi. Bunun nəticəsi həm prestijli Amerika jurnalında dərc olundu, həm də Amerikada əhəmiyyətli konfransda alimlərə məruzə edildi. Hətta bu konfransdan sonra bir sıra jurnalların redaktorları bu mövzunun gələcəyi haqqında müsahibə götürüb öz jurnallarında dərc etdilər. Doktorantura təhsili müddətində 10-a yaxın elmi məqaləm dərc olundu, Amerika və Avropa ölkələrində 50-dən çox konfransda iştirak etdim. Bu nəticələrimə görə hətta Avropanın 50 ən önəmli tədqiqatçısından biri olaraq Venesiyada "Qlobal problemlər və bu problemlərin nanotexnologiya ilə həlləri” mövzusunda tədbirə dəvət aldım. Birdəfəlik doktorontura təhsilinin minimum 5 il olmağına baxmayaraq, yüksək nəticələrə görə 4 ilə bitirdim və fəlsəfə elmləri doktoru dərəcəsini əldə etdim”.
Dünyaya səs salan kəşf
Dünyaya səs salan sonuncu ixtirası haqqında məlumat verən müsahibimiz deyir ki, bu ixtira əsaslı dəyişikliklərə səbəb ola bilər: "Sonuncu tədqiqatımız nanotexnologiyada çox əhəmiyyətli hesab edilən silindirşəkilli nanostrukturlardan daha güclü enerji toplama qabiliyyəti olan spiralvari sistemin mövcudluğunu ortaya qoyur. Bununla nəinki istifadə olunan materiala və sahəyə qənaət etmiş oluruq, eyni zamanda əldə olunan enerjinin miqdarını artırmaq da mümkün olur. Spiral şəklindəki strukturlar işığın xüsusi rezonans effekti ilə udulmasına və bu şəkildə daha yüksək güc əldə edilməyinə kömək olur. Bu texnologiya xüsusilə öz-özünü enerji ilə təmin edən və insanın üzərinə inteqrasiya edə bilən bütün kiçik və orta sistemlər üçün çox önəmlidir. Məqaləmiz dərc olunduqdan dərhal sonra Amerika Fizika İnstitutu və Amerika Optika Cəmiyyəti bizim ixtiranı bütün dünyaya çatdırmaq istədiklərini bildirdilər. Beləliklə, məqaləmiz məşhur agentliklərə, xəbər kanallarına yol açdı”.
"Korun görmə qabiliyyəti bərpa oluna bilər”
Gənc alimin sözlərinə görə, irəli sürdükləri mexanizm artıq tədqiqat qruplarında istifadə edilməyə başlayıb: "Elmi cəhətdən baxılanda, bu platforma nəinki işığın udma qabiliyyətini artırmaq üçün, hətta spiralvari nanostrukturların digər fiziki xüsusiyyətlərini anlamaq üçün yeni qapılar açır. Praktiki cəhətdən baxıldıqda, bu ixtira optik və elektronik sistemlərə tətbiq oluna bilər. Məsələn, indiki ən yaxşı kompyuterlərdə istifadə edilən elektronik tranzistorların 10 nm kiçikliyində olduğunu düşünsək, artıq daha kiçiyə enmənin çətin olduğunu deyə bilərik. Ancaq alternativ olaraq optik tranzistorlar ortaya çıxmağa başlayır ki, bunlar işıq sürətindən faydalanaraq prosesi daha tez bir şəkildə həll edə bilər. Kompyuterdə milyardlarla tranzistor olduğunu düşünsək, optik tranzistorların kiçik və enerji cəhətdən sərfəli olmağı lazımdır, ancaq indiki optik tranzistorlar buna uyğun deyil. Bizim ixtiramız bu sistemləri çox yığcam və enerji cəhətdən sərfəli edə bilər. Digər maraqlı tətbiq sahəsi bu funksional strukturların insan paltarından enerji əldə etmək sistemi olaraq da qurula bilməsidir. Məsələn, günəş enerjisinin miqdarı onun düşdüyü sahə ilə əlaqəlidir və insan bədəninin sahəsi telefona enerji yükləmək üçün kifayət edə bilər. Beləliklə, nəinki telefonu güclə təmin etmək, hətta daha çox güc tələb edən elektronik alətləri də enerji ilə təmin etmək mümkün ola bilər. Bundan əlavə, işıq dedektorları da digər tətbiq edilə biləcək sahələrdən biridir. Məsələn, görə bilməyən insanın gözünə bizim işığa həssas nanostrukturları yerləşdirdiyimizdə, ölü sinir hüceyrələri bunlarla qıcıqlana və insanın görmə qabiliyyəti bərpa oluna bilər. Bu və ya buna bənzər tətbiq sahələrində hər zaman enerji sıxlığının yüksək olduğu sistemlərə ehtiyac var və bizim bu tədqiqatla əldə etdiyimiz nəticələr bunu təmin edə biləcək potensialdadır”.
Texnologiya inqilabı, danışan paltarlar…
Müsahibimiz deyir ki, nanotexnologiya 21-ci əsrin texnologiya inqilabı olaraq gözlənilir. Bu texnologiya ilə dünyada mövcud olan demək olar, bütün sağlamlıq, enerji, qida, ekologiya məsələləri həll oluna bilər: "Bu sahənin önəmi ondadır ki, burada qlobal problemlərə daha real yaxınlaşmaq mümkündür. Məsələn, xərçəng xəstəliyinin müalicəsi üçün bioloq təkbaşına deyil, kimyaçı, fizik, elektronik mühəndisi bir yerdə işləyərək xəstəliyə həll yolları tapmağa çalışır. İnsan beynini anlamaq üçün, sadəcə, həkimlər deyil, elektronik mühəndislər, kompyuter mühəndisləri kimi fərqli sahələrin insanları da iştirak edir. Necə ki maddənin ən kiçik hissəsi atomdur, fiziki, kimyəvi və ya bioloji hadisələrin cərəyan etdiyi ən kiçik ölçü də nanokiçiklikdir. Yəni bu kiçiklikdə maddə kontrol edilə bilsə, yuxarıda sadalanan istənilən problemə həll tapıla bilər. Hazırda dünyada bu sahə üzrə qızğın bir mübarizə gedir. Bu texnologiyaya olan marağımın səbəbi nanodünyadakı zənginliyi ortaya cıxarmaq motivasiyasıdır”.
Müsahibimiz deyir ki, hazırda Massaçusetes Universitetində AFFOA adlı yarım milyard dollar dəyərində dünya əhəmiyyətli layihə üzərində işləyirlər: "Universitetdəki qrupumuzun səyi ilə yeni proyekt üzərində işləyirik. Belə ki, fiber texnologiyalı polimer materialları ilə yeni kəşflər üzərində işləyirik. Çox materiallılıq xüsusiyyətinə malik və tikişə uyumlu fiberlər ortaya çıxarırıq. Yəni sapın fiberlərdən olduğunu düşünək. Bu o deməkdir ki, insan paltarı hərəkətlə, səslə, günəş enerjisi ilə, istilikdən, insan dərisi ilə sürtünmədən enerji yığa biləcək və bu fiber batareyalarla enerjini saxlayacaq. Bundan əlavə "görmə”, "eşitmə”, "danışma”, "hiss etmə” qabiliyyətinə malik ola biləcək, kirlənməyəcək, rəng dəyişdirə biləcək, eyni paltar qışda isti, yayda sərin saxlayacaq. Ən əsası da insan sağlamlığını daim nəzarət altında saxlaya biləcək. Bu kəşf inqilab mahiyyətində olacaq”.
"Yüksək mərtəbədə olmalıyam”
Müsahibimiz sonda gələcək planlarından da danışdı. Deyir ki, əsas məqsədi öz tədqiqat qrupunu qurmaqdır: "Bir sonrakı addımım indi durduğum yerdən bir mərtəbə yüksək olmalıdır və hər zaman yuxarıya doğru getməliyəm. Bunun üçün öz tədqiqat qrupumu qurmağa çalışacam. Nanotexnologiyanın dərinliklərinə girməyə və hədəflərimə doğru getməyə çalışacam. Bundan əlavə, Azərbaycan gəncliyinin elmə həvəsini artırmağı çox istəyirəm və bunun üçün lazımı səyləri göstərməyi qarşıma məqsəd qoymuşam.
Mənbə: "Kaspi" qəzeti
Oxşar xəbərlər
- COP29: Bakıda 70 min nəfərlik tədbir
3 may 2024 18:53
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Həmid Herisçi AYB-nin üzvü oldu
2 may 2024 10:36
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
1 may 2024 22:21
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
1 may 2024 11:53
Xəbər lenti
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
Video & Fotoqalereya
Video
Fotoqalereya