AMEA və "Sipark İnşaat"ın alimlərə tikilən binada satdıqları mənzillərin planı üzə çıxdı
Reportaj23 yanvar 2019 12:57
Prezident İlham Əliyevin sərəncamı ilə AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış alimlər üçün tikilmiş binanın 55 mənzili AMEA və "Evrostroy-S” MMC (indiki adı indiki adı "Sipark İnşaat") tərəfindən adı siyahıda olmayan şəxslərə satılıb.
Bu barədə Qaynarinfo-ya AMEA-nın Aspirantlar yataqxanasında məskunlaşmış sakinlər məlumat veriblər.
Sözügedən şikayət məktubunu təqdim edirik:
"AMEA-nın cüzi maaşı ilə bir ömür yataqxanada yaşayan sakinlərin həyatının dəyişməsi üçün möhtərəm Prezidentimizin humanistlik göstərərək verdiyi göstəriş hələ də kağız üzərində qalır. Əsasən son iki ildə AMEA və "Evro Stroy-S” MMC tikinti şirkətinin Bakı şəhər Şərifzadə 12 ünvanında yerləşən yataqxananın sakinlərinin mənzil almaq hüququnu pozaraq, onları evsiz qoyub dövlət orqanlarının qapılarında süründürürlər. 20 ildən artıq yaşadığımız həyəti darmdağın edib yerində 5 bloklu 4 bina tikib milyonlar qazanan şirkət və AMEA rəhbərliyi bizim mənzillərimizi mənimsəyib. Yataqxana sakinlərinin köçürülməsi üçün nəzərdə tutulmuş 2 blokdan 128 mənzildən ibarət binanı öz aralarında sövdələşərək satışa çıxarıblar. Sakinlərin bir qismini qanunla onlara aidiyyat olmayan binada mənzillə təmin edib, bir qisminə isə şəhərdən kənarda Masazırdan, Xırdalandan, Buzovnadan daha az sahəli mənzillər təklif ediblər və bəzilərinə də daha irəli gedərək mansard qatlardan mənzil verib, bu minvalla bizi də evsiz qoyublar.

Həyata keçirdikləri bütün bu qanunsuz əməllərinə qanuni don geyindirərək cəmiyyətdəki nüfuzları sayəsində hamını bu yalanlarına inandırıb, dövlət başçısının qərarını heçə sayaraq öz oyunlarını oynayırlar. AMEA rəhbərliyi bağlanmış müqavilənin səriştəsiz olduğunu addımbaşı qeyd etməkdən yorulmur. Guya orada mənzil sayı göstərilməyib, guya 16 mərtəbəli binaya lazımi sayda mənzil yerləşdirmək olmazdı.
Cəmiyyəti buna inandırmağı bacaran AMEA bizim səsimizi bunun kimi yüzlərlə bəhanələrlə kəsir. Amma bu gün AMEA-nın iç üzü yavaş-yavaş açılır. Məlum olur ki, doğurdan da tikilən birinci və ikinci bloklar bizim üçün tikilib, ancaq AMEA rəhbərliyi "Evro Stroy-S” MMC tikinti şirkəti ilə birlikdə mənzillərin (cəmi 128 mənzil) bir qismini satıb (55 mənzil), qalanını (76 mənzil) isə yavaş-yavaş satışa çıxarır. Maraqlıdır ki, bu günə qədər etdiyimiz müraciətlərə AMEA rəhbərliyi şirkətin lazımi qədər mənzil vermədiyini iddia edirdi. Bəs AMEA rəhbərliyi və şirkət 128 mənzili nəyə əsaslanıb güvənərək bu günə qədər gizlədib? AMEA-nın şirkət lazımi sayda mənzil verməyib iddiasına qarşı şirkət nümayəndəsi də AMEA-ya 200 mənzilin verildiyini iddia edirdi. (1 və 2 blok 128 mənzil, kənarda, mansardda və 5-ci blokda 71 mənzil).

Maraqlıdır ki, Məhkəmələrdə belə AMEA rəhbərliyi iddia edir ki, 1 və 2 blokun sakinlər üçün tikildiyindən guya xəbərləri yoxdur və əgər belədirsə, o binanı şirkət özü mənimsəyib. Az qala dünyaya car çəkib özünü humanizmin simvolu kimi göstərən AMEA rəhbərliyi böyük günahlarını kiçik oyunları ilə ört-basdır edir. Bir vaxtlar bar-bar bağırırdılar ki, yataqxananın süpürgə otağına qeydiyyatı olub kirayələrdə yaşayan 100-lərlə əməkdaşının mənzilə ehtiyacı var. Niyə bu gün boşalan otaqlara onları deyil, yataqxanaya qeydiyyatı olmayan şəhərdən kənarda şəxsi mənzilləri olan əməkdaşlarını yerləşdirir və reklam da edir ki, illik kirayə müqaviləsi bağlayıb qeydiyyatsız yaşayacaqlar. Burada da AMEA-nın qanunsuz əməlləri əsasdır, çünki əslində bu yataqxana 2012- ci ildən söküntüyə gedib, olmayan binaya necə qeydiyyatla sakin yerləşdirmək olar ki?"
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
3 fevral 2026 13:46
- Bakıda binada blok çökdü: Sakinlər evdən çıxa bilmirlər (VİDEO)
30 yanvar 2026 12:14
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 2026 21:18
- İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
10 yanvar 2026 13:09
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
7 yanvar 2026 14:07
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
7 yanvar 2026 13:51
Xəbər lenti
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
