Qızı Vaqif Səmədoğlunun gizlinlərini açdı: “Atam mənə az dəstək verdi”

Məndən soruşsalar ki, o kimdir, barmaqları caz qoxan şair deyərəm. Çünki hər misrası mənim üçün təkrarsız və həzz dolu caz improvizəsidir. Onu anlamaq da, anlatmaq da hər ürəyin işi deyil.
Xalq şairi, sevimli cazmen 80 yaşlı Vaqif Səmədoğlunu onun döyünən ürəyi Nigar xanımın dilindən eşitdik.
Publika.az-ın müsahibi sevimli şairimizin qızı Nigar Vaqifqızıdır.
– Nigar xanım, hiss edirəm ki, intellektual təbəqə Vaqif Səmədoğlu yaradıcılığına daha çox meyil edir. Özünüz və atanızla bağlı ilk xatirələrinizdən danışaq?
– 7 yaşımadək atamla birgə yaşamışıq. Sonra valideynlərim ayrıldılar. Atam evimizlə üzbəüz binada yaşayan nənəm Xavər xanımın yanına köçdü. Bibim Aybəniz xanım da bizimlə eyni binada yaşayırdı. Aybəniz xanımın dəstəyini, sevgisini həmişə dərindən hiss etmişəm. Onun simasında özümə çox yaxın dost qazandım, və bu sonadək dəyişmədi. Həftəsonları onun evində qalırdım. Tətillərdə birgə bağ evinə, sanatoriyalara gedərdik. Bəlkə də bibimin yaxından iştirakı olmasaydı, atamla bağlarımız zəifləyərdi. Bilirsiniz də, çox vaxt valideynlər ayrılanda övladların da atası ilə ünsiyyəti səngiyir. Amma bibim buna imkan vermədi. Tez-tez Aybəniz xanımla birgə Şüvəlandakı bağ evinə gedərdik. Orada atamın öz otağı vardı. Həmin otaqla bağlı o qədər isti xatirələrim var ki… Qapıdan içəri girən kimi özümü atamın dünyasının sahibi hiss edirdim. Çox qəribə hiss idi. Başqa heç kimə o otağa girməyə icazə vermirdim. Orada atamın fotoaparatları, velosipedi, qeyd dəftərləri, qələmləri vardı. Bütün əşyalarını səliqəyə salırdım, divarların qoxusunu içimə çəkirdim. Ancaq o məqamda atamı yanımda hiss edirdim. Baxın bu hiss mənə onunla ünsiyyətin aclığını unutdururdu.
– Kiçik bacınız da atanıza sizin qədər vurğun idi?
– Valideynlərim ayrılanda bacımın üç yaşı vardı. Buna baxmayaraq atamla çox gözəl münasibətləri olub. Amma mən bacımı atama çox qısqanırdım. Həmişə anam bizi atamgilə yola salanda, deyirdim, qoy, bacım evdə qalsın. Sanki atamın mənə olan məhəbbətinin, diqqətinin bölünməyini istəmirdim. Əlbəttə uşaq idim, indi bunu etməzdim.
– Vaqif Səmədoğlunun şeirləri də övladları ilə böyüyüb…
– Mən deyərdim ki, özü ilə birgə yaşa dolublar. Hətta gənc yaşda yazdığı şeirləri oxusam, dərhal anlayaram ki, onları atam yazıb. Çünki üslubu, fəlsəfəsi özünəxas idi. Onun şeirlərində çox ağır məna yükü yatır. Bir dəfə oxumaqla dərk etmək çətindir. Hətta sizə bir sirr açım, mən atamın şeirlərini başqalarının yanında oxuya bilmirəm. Həmin an emosiyalar məni boğur, kövrəlirəm.
– Atanızın qəlbinin içini oxuyursunuz…
– Bəli. Onun həmin an nələri düşündüyünü təxmin edirəm. Ürəyinin, ruhunun ağrısını özümdə hiss edirəm.
– Zahirən də ona çox bənzəyirsiniz…
– Həm üzdən, həm də xarakterimin bir sıra cəhətləri ilə atama çox oxşayıram. Hərdən onu tanıyan insanlarla söhbət eləyəndə, deyirlər, bizə elə baxma. Deyirəm, necə? Deyirlər, atan kimi o qədər qəmli, ağır baxışların var ki, kədərlənməmək olmur.
– Nigar xanım, müqayisəni sevmirəm. Amma bəzən eşidirəm ki, insanlar Vaqif Səmədoğlu ilə Səməd Vurğunu tərəziyə qoyurlar. Vaqif bəyin çəkisi daha ağır gəlir…
– Səməd Vurğun bir zirvədir. İndi sizinlə nəvə kimi danışmıram. Babamdan danışanda həmişə məktəb illərimi xatırlayıram. Azərbaycan dili dərsliyimizin ilk səhifəsində babamın “Azərbaycan” şeiri vardı. Hər dəfə də dərsə “El bilir ki, sən mənimsən” misraları ilə başlayırdıq. Həmin an mütləq sinif yoldaşlarımdan kimsə qalxıb deyirdi ki, Səməd Vurğun Nigarın babasıdır. Müəllimimiz də hər dəfə dərsi saxlayıb mənə dönürdü ki, Nigar, düz deyirlər? Hər dəfə inkar edirdim ki, yox, yalan deyirlər.
– Səbəb?
– Bilirdim ki, babam böyük şəxsiyyətdir, məşhur şairdir. Ona görə utanırdım etiraf edim ki, Səməd Vurğunun nəvəsiyəm. Amma yaşa dolduqca babamla qürur duymağa başladım. Onunla nəvə yox, bir Azərbaycan vətəndaşı kimi fəxr edirəm. Onları müqayisə etmək mümkün deyil, yanlışdır. Çünki yaradıcılıqları fərqlidir. Atamın şeirlərindəki lirika, fəlsəfə Səməd Vurğun yaradıcılığında yoxdur. Tamamilə fərqli şairlərdir.
– Vaqif Səmədoğlu fəlsəfəsi hansı klassiklərdən qidalanırdı?
– Düşünürəm ki, o, fəlsəfə atamla birgə doğulmuşdu. Onun çox gözəl yumor hissi də vardı. Bu, bizim hamımızda var.
– Şair ailəsinin üzvləri sözlə oynamaq bacarığından məhrum olsa, günah sayılar…
– (gülür)
Ətrafımızdakılar da buna Vəkilov yumoru deyirlər. Amma bu, o demək deyil ki, atam həmin zarafatları hansısa kitabdan oxuyub, sonra bacısına, qardaşına, övladlarına ötürüb. Bu, genetik mirasdır.
– O zaman şairliyi də sizə miras qalıb…
– Haradasa 20 il əvvəl rusca şeirlər yazırdım. Özü də sırf şeir yazmaq xatirinə yox, iş masasında çalışdığım anda fikrimə misralar gəlirdi. Tez vərəqə köçürdürdüm. Bir qovluğum vardı, şeirlərimi içərsində saxlayırdım. Günlərin bir günü anladım ki, nə isə etməliyəm. Bir neçəsini anama göstərdim. Oxuyub soruşdu ki, bunları kim yazıb. Dedim, mən. Öncə inanmadı, sonra dedi ki, atana göstərməlisən. Zəng vurdum ki, ata sizə gəlirəm. Həyat yoldaşı Nüşabə xanımla atamın evinə çatanda, qovluğu ona uzatdım. Dedim, bax, mən şeir yazıram. Öncə oxu, bəyənməsən, heç nə demədən, qovluğu özümə qaytar.
– Sizə bildirəcəyi irada hazır deyildiniz?
– Düşünürdüm ki, ondan irad eşitsəm, kədərlənəcəm. Ona görə xahiş etdim ki, heç nə deməsin. Sakitcə gedib kresloda oturdu, siqaret yandırdı. Qovluğu açıb ilk şeiri oxumağa başladı. Biz də Nüşabə xanımla çay içirik. Bütün diqqətim atamın üzərindədir. Hətta ilk şeiri bir neçə dəfə oxudu. Sonra ikinci siqareti yandırıb, digərlərini oxudu. Sonra qovluğu bağlayıb öz otağına getdi. Nüşabə xanım və qızı Mirvari ilə söhbət edirik. Haradasa bir saat sonra atam otağından çıxıb yanımıza gəldi. Dedi, Amatya, sənə bir söz demək istyirəm. Cavan vaxtı yazdığım şeirləri oxumadığından əmin olmasaydım, düşünərdim ki, sən mənim şeirlərimi oğurlayıb ruscaya tərcümə etmisən. Amma sən onları heç yerdə görə bilməzdin. Dedim, indi bu, nə deməkdir? Dedi, gəl bu şeirləri çap etdirək. Yəqin ki, utandığımdan razı olmadım. Amma düşünürəm ki, o təklifi indi etsəydi, şübhəsiz razılaşardım. Yazmağa heç vaxt fasilə vermədim. Hətta bir ara sosial şəbəkələrdə çox fəal idim. Hamıdan gözəl fikirlər alırdım. Bir dəfə Günel Anarqızı mənə dedi ki, sən yazmalısan, ola bilər ki, ədəbiyyat sənsiz çox şey itirir. (gülür) Bilmirəm, bəlkə bir gün yazılarımı çap etdirməyə qərar verəcəyəm.
– Amatya – maraqlı təxəllüsünüz var.
– Tarixi daha da maraqlıdır. Anam hamilə olanda, atam qarışıq hamı elə bilib ki, oğlan doğulacaq. Bilirsiniz də, çox vaxt kişilər ilk övladlarının oğlan olacaqlarını gözləyirlər. Və mən doğuluram. Elə xəstəxanada həkim atama xəbər verir ki, qızı dünyaya gəlib. Atam da, təəccüblə sual verir ki, “a malçik?” yəni “bəs oğlan?”. O vaxtdan adım qalır, Amalçik, Amatya… Atam məni Amatya deyib çağırardı.
– Vaqif Səmədoğlu jurnalistlərin müsahibə istəyini heç vaxt geri çevirməzdi. Amma onların heç biri sizin onunla etdiyiniz müsahibə qədər doğma deyil.
– Atam artıq xəstə idi. Bir gün dedim ki, səninlə müsahibə etmək istəyirəm. Hətta buna müsahibə demək doğru olmaz, biz söhbət edirdik. Mən yazırdım, o danışırdı, yorulurdu, otaqdan çıxırdı, yenə yanıma qayıdırdı. Bir dəfə soruşdu ki:
– Doğulmağa başqa cür necə tərif verərsən?
– Anadan olmaq
– Bəs aborta?…
– Anadan ölmək.
(kövrəlir)
– Gəlin, bir az da yumorundan danışaq…
– Hərdən bir həftədən çox zəngləşmirdik. Telefonuma mesaj yazırdı. Salam, Amatya, necəsən? Mən də yaxşıyam. Xəbər etmək istəyirəm ki, artıq Jitomir şəhərindən dönmüşəm. Bakıdayam. Görüşə bilərik. Hər dəfə də şəhərlərin adı yenisi ilə əvəzlənirdi. Bir dəfə də “Disput.az” forumunda onunla bağlı “Zəmanəmizin liriki” adlı mövzu açılmışdı. İnsanlar atama suallar verirdi, o isə cavablayırdı. Çox maraqlı mövzulara toxunurdular. Mən də söhbəti izləyirdim. Atama sual yazdım. Sonda isə “N. V. Siz qızı” imzasını qoydum. O, da sualımı cavablandırıb sonda “sizi çox istəyən V. S. Siz papası” yazmışdı. Hətta mənim haqqımda rus dilində bu sözləri demişdi: “Bəli, mənim ən sevimli varlığım, qızım şeir yazır. Amma rus dilində yazır. Sovet vaxtı bu uca dildə yazmaq mümkün idi. Çünki sovet şairi deyilən anlayış vardı. İndi o yoxdur. Heç bilmirəm ona nə tövsiyə edim. Amma qızım çox istedadlıdır. Bəlkə nə vaxtsa, azərbaycanca yazmağa qərar verəcək. Axı bu dil onun qəlbində gizlənib. Baxmayın da, axı o mənim qızım, Səməd Vurğunun nəvəsi, Yusif Səmədoğlunun qardaşı qızıdır. Molla Pənah Vaqifsə onun ulu, ulu, ulu, ulu, ulu, ulu babasıdır”.
Bir hadisə də yadıma düşdü: Atam haqda film çəkilirmiş. Atam, nənəm və bibim Səməd Vurğunun ev muzeyində bir epizodda çəkilməli olurlar. Masa ətrafında otururlar. Ssenariyə görə çox şən əhvalda söhbət etməlidirlər. Sanki bir az da çəkiliş həyəcanı təsir edir, hər üçü ciddi görkəm alır. Rejissor motor deyir, atam ortamı yumşaltmaq üçün siqaret qutusunu çıxardıb anasına uzadır ki, Xavər (anasına adi ilə müraciət edərdi) çəkirsən? Nənəm də deyir, sən nə danışırsan? Beləcə gərginlik aradan qalxır, gülməyə başlayırlar.
– Atanız atasını necə xatırlayırdı?
– Çox tolerant insan kimi… Bir dəfə qızımla atamgilə getmişdik. Qızım da o vaxtlar davamlı bir mahnını dinləyirdi. Mən də atama şikayət etdim ki, artıq başım ağrıyır, eyni mahnıya nə qədər qulaq asmaq olar. Dedi, heç babana bənzəməmisən. O, çox tolerant insan idi. Yusiflə bütün gün caza qulaq asırdıq. O vaxtlarsa, caz qadağan olunmuşdu. Çünki yeni janr idi, çoxu anlamırdı. Amma o, heç vaxt övladlarının seçiminə müdaxilə etmədi demədi, caz yox, aşıq musiqisi dinləməlisən. Vaqif bəy bu tolerantlığı mənə də aşılayırdı.
– Nigar xanım, hər kəsi taleyi bir qələmdən yazılır. Vaqif bəy 3 dəfə evli olmuşdu. Necə düşünürsünüz, bir qadınla kişinin birgə yaşaması üçün rəsmi nikah vacib şərtdir?
– Qadınla kişinin bir kağıza imza atması sabah qarşı tərəfin digərini atıb getməyəcəyindən sığortalamır. Münasibətlərdə əsas olan məhəbbət və hörmətdir. Bu hisslərin vəhdəti ölənədək itmirsə, demək seçiminiz doğrudur. Çünki istənilən rəsmi sənəddən daha etibarlıdır. Sevgi insanları bir-birinə zəncirlərlə bağlayan möhür deyil. İmza isə yalnız sevdiyin şəxsin adı ola bilər. Anam atamın yaradıcılığını çox yüksək dəyərləndirir. Onlar ayrılandan sonra da bir-birinə qarşı dərin hörməti qoruyub saxlamışdılar. Günü bu gün də Vaqif Səmədoğlu haqda hazırlanan bütün verilişlərin ilk izləyicisi anam olur. Deyir, o, mənim üçün dünyanın ən istedadlı şairidir. Sualınıza gələndə isə, əlbəttə, düşünürəm ki, şair də, rəssam da, mühəndis də mütləq ailə qurmalıdırlar. Sadəcə yaradıcı insanların bizim dünya ilə yanaşı öz aləmləri var. Bunu qəbul etmək lazımdır.
– Vaqif Səmədoğlunun həyatındakı bütün qadınlar onu çox sevirdi.
– O, da qadınlarını çox sevirdi.
– Ananızla ayrılandan sonra heç görüşürdülər?
– Biz bir həyətdə yaşayırdıq. Bəlkə də təsadüfən görüşmüşdülər, amma ümumiyyətlə yox…
– Nigar xanım, söhbətinizdən də anladım ki, valideynləriniz, babanız çox humanist insan olublar. Bəs özünüzün düzgün övlad yetişdirməklə bağlı formulunuz varmı?
– 17 yaşlı bir qızım var. Tam əminliklə deyirəm ki, o mənim ən yaxın dostumdur. Mən də həmçinin, onun bütün addımlarından xəbərdaram, dəstəkləyirəm. Məktəb illərimizi xatırlayıram. Bütün səhvlərimizin baş rejissoru bizi “sevən” və sevməyən rəfiqələrimiz olurdu. Əmin olun, anadan, bacıdan yaxşı rəfiqə yoxdur. Hətta bu yaşda öz problemlərimi bacımla bölüşürəm. Danlasa da, bilirəm ki, canı yandığı üçün edir.
– Deyirlər, valideynlərimizi özümüz seçmirik. Gəlin, etiraf edək, atanızın hansı xüsusiyyətini dəyişdirmək istərdiniz?
– Qətiyyən istəməzdim. Valideynlərimin hər ikisindən kainat qədər razıyam. Amma bir məqam var. Onu sizinlə bölüşəcəyəm. Həmişə bir filmə baxanda, kişi obrazı görürdüm. Düşünürdüm ki, kaş ki, ona bənzər ya dayım, ya da oğlum olardı. Özümü kifayət qədər güclü və özünə yetən insan sayıram. Amma mən qadınam. İstənilən qadının ömrü boyu çiynini dayaya biləcəyi qəhrəmana ehtiyacı var. Düşünürəm ki, atam bu dəstəyi mənə gərəkdiyindən az verdi. Söhbətimizin əvvəlinə qayıdıram. Məhz bu səbəbdən onun otağında saatlarla vaxt keçirdib qoxusunu içimə çəkirdim. Ancaq o məqamda özümü şahzadə kimi hiss edirdim.
– Onun sevgisinə ac qaldınız?
– Doymadım…
- Ermənistan Rusiyaya NOTA verdi
5 iyul 2025 00:44
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
4 iyul 2025 19:44
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
3 iyul 2025 14:27
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
3 iyul 2025 09:46
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
1 iyul 2025 22:10
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16