İlham Əliyevin yardımı ilə bərpa olunan məscidin açılışı oldu
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə gəlib.
QMİ-nin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nümayəndə heyətini Beslan hava limanında RF Şimali Osetiya – Alaniya Respublikasının rəsmiləri – Parlament sədrinin müavinləri Aslanbek Qutnov və Batraz Bilaonov, baş nazirin müavini Axsarbek Fadzayev, millətlərarası əlaqələr naziri Aslan Tsusiyev, Şimali Osetiya-Alaniyadakı Azərbaycanlılar Konqresinin rəhbərliyi və digər rəsmilər qarşılayıb.
Nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunmuş Muxtarov məscidinin açılışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edib. 1908-ci ildə Azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilmiş, Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binası Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin dövlət başçımıza müraciətinə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bərpa olunub.
Vladiqafqaz Milli Elmi kitabxanasının binasında keçirilən Konfransın əvvəlində Azərbaycan və osetin rəqsləri ifa olunub. Tədbirin keçirildiyi binanın foyesində Murtuza Muxtarovun portreti və tikdirdiyi məscidin iri ölçülü şəkli, Azərbaycan-Şimali Osetiya əlaqələrini əks etdirən fotolar nümayiş etdirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov Azərbaycan ilə Şimali Osetiya arasında tarixi dostluq, ənənəvi mənəvi əlaqələr barədə ətraflı məlumat verdi. Müfti H. Qatsalov çıxışını Qafqaz Şeyxülislamı A.Paşazadənin Azərbaycan və Qafqaz xalqları qarşısında tarixi xidmətlərinin geniş təhlili ilə davam etdirdi, onu xalqlarımızın ən yeni tarixində ən taleyüklü zamanlarda davamlı qəhrəmanlıq nümunələri nümayiş etdirmiş dəyərli şəxsiyyət kimi səciyyələndirib.
Öz çıxışında Şeyxülislam A. Paşazadə bildirib ki, bu gün Vladiqafqazda memarlıq incisi sayıla biləcək Muxtarov məscidinin minarələri fəxrlə ucalır. Azərbaycan xalqının ləyaqətli oglu Murtuza Muxtarov tərəfindən inşa edilmiş, Azərbaycan-Şimali Osetiya xalqları arasında mənəvi vəhdət rəmzi olan bu məscid uzun əsrlər boyu Azərbaycan və Qafqaz xalqları arasında dostluq və qardaşlığımızı simvolizə edən mənəviyyat abidəsi olaraq qalacaqdır.
QMİ sədri prezident İlham Əliyevin Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Vladiqafqazdakı Muxtarov məscidinin bərpası üçün müraciətinə diqqətlə yanaşaraq yardım göstərdiyini və bunun nəticəsinin bu gün gözlərimiz önündə yenidən qurulmuş, öz əvvəlki gözəlliyini özünə qaytarmış nəfis məscid binasında təcəssüm etdiyini fəxarətlə vurğuladı. Ölkəmiz daxilində və ölkə hüdudlarından kənarda dini-mənəvi mədəniyyət abidələrinə qayğı və himayəsini əsirgəməyən dövlət başçımızın qlobal miqyasda multikulturalizm, İslam Həmrəyliyi ideyalarının fəal müdafiəçisi kimi çıxış etdiyini, tarixi, dini-mənəvi, milli mədəni və ümumbəşəri irsə yüksək diqqət nümayiş etdirdiyini xüsusi vurğulayan QMİ sədri bu işlərin ölkəmizdə davamlı olaraq həyata keçirildiyini və Azərbaycan Prezidentinin bu ili Azərbaycanda dahi İslam mütəfəkkiri, Şərqin humanist filosofu İmadəddin Nəsiminin şərəfinə Nəsimi ili elan etdiyini Konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Çoxmillətli və çoxkonfessiyalı Rusiya Federasiyasında ənənəvi dinlər, o cümlədən, İslam dininin ardıcılları üçün bütün lazımi şəraitin yaradıldığını bildirən QMİ sədri Vladiqafqazdakı tədbiri də bu baxımdan gözəl nümunə kimi dəyərləndirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Qafqazda millətlərarası dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi vurguladıqlarını vurğulayan Şeyxülislam A. Paşazadə sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının bu yöndə bundan sonra da səy göstərəcəyini bildirib.
Vladiqafqazdakı Muxtarov məscidinin ərsəyə gəlmə tarixinə dair nadir arxiv sənədləri Azərbaycan xalqına minnətdarlıq əlaməti olaraq Şeyxülislam A. Paşazadəyə təqdim olunub.
Bundan sonra Azərbaycanlılar Konqresinin fəxri prezidenti Şahin Məmmədov Şeyxülislam A. Paşazadəyə Kongres adından xüsusi təşəkkürnaməsini və xatirə hədiyyəsi olaraq Vladiqafqaz məscidinin yağlı boya ilə işlənmiş tablosunu təqdim edib.
Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Şimali Qafqaz müftiləri, tanınmış elm və din xadimləri iştirak etdilər. Bütün çıxışlarda Azərbaycan-Şimali Osetiya xalqları arasında dostluq qardaşlıq münasibətlərinin bariz nümunəsi olan Muxtarov məscidinin mövcudluğunu və onun böyük ehtiramla bərpa və yenidənqurmasının reallaşması yüksək dəyərləndirildi. Şimali Osetiya Müftisi H. Gatsalov yekun çıxışında Prezident İlham Əliyevə dərin təşəkkürlərini ifadə etdi və Azərbaycanın dövlət başçısının Qafqaz xalqlarına ehtiramlı münasibətindən xeyli məmnun olduqlarını və bunu olduqca yüksək dəyərləndirdiklərini xüsusi vurğuladı. Şimali Qafqaz Müftiləri Koordinasiya Mərkəzinin sədri İsmayıl Berdiyev də öz çıxışında Prezident İlham Əliyevə Qafqaz müftiləri adından minnətdarlığını ifadə edib.
Daha sonra Şimali Osetiya-Alaniya Respublikasının rəhbəri Vyaçeslav Bitarov Şeyxülislam A. Paşazadə başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul edib. QMİ sədri Şeyxülislam A. Paşazadənin dini lider olaraq fəaliyyətinin Qafqaz bölgəsi üçün olduqca dəyərli olduğunu vurğulayan V. Bitarov bunun nümunəvi əhəmiyyətinə diqqəti çəkib.
QMİ sədri səmimi qəbula və yüksək səviyyədə tədbirlərə görə minnətdarlığını respublika rəhbərinə bildirib və bu istiqamətdə işlərin davamlı olmasının vacibliyinə diqqəti çəkib. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin qayğısı sayəsində yenidən qurulmuş Muxtarov məscidinin xalqlarımız arasında mənəvi dostluq abidəsi kimi önəmini yüksək qiymətləndirərək, gələcəkdə Vladiqafqazda Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin adını daşıyacaq məktəb binasının ucaldılmasını da arzu etdiyini bildirib.
QMİ sədri Şimali Osetiyadakı Azərbaycan diasporunun xalqlarımız arasında dostluq və əməkdaşlığın dərinləşməsi işinə verdiyi töhfələri xüsusi vurğulayıb və onların fəaliyyətindən məmnun olduğunu bildirib.
Görüşdə Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyev Azərbaycan-Şimali Osetiya arasında mədəni-mənəvi əlaqələrin inkişaf etdirilməsi zərurətindən, habelə iqtisadi sahədə qarşılıqlı investisiya yatırımlarının genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Görüşün sonunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
Vladiqafqazdakı görüş və tədbirlərdə Azərbaycan nümayəndə heyəti tərkibində Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Cavanşir Paşazadə, Hikmət Məmmədov, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak ediblər.
.jpg)
.jpg)
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 2026 11:22
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
