Marketlərdə soda yoxa çıxıb: İşbazlar aktivləşib, zavod bağlanır
İdman27 yanvar 2019 11:54
Son 2 həftədir ki, Azərbaycanda çay sodasının marketlərdə satışdan yoxa çıxması ilə bağlı məlumatlar yayılır. Mətbəxdə bir çox qida məhsullarının hazırlanmasında və bəzən də müalicələrdə insanlar üçün vacib olan bu məhsul qısa müddətdə iri marketlər şəbəkəsindən tutmuş xırda məhəllə mağazalara kimi yoxa çıxıb.
Çay sodasından şirniyyat və un məmulatları bişirilməsində istifadə edən, eləcə də bəzi müalicəvi prosedurlar məqsədilə daxilə qəbul edən insanlar bu vacib məhsulun yoxa çıxmasından təşvişə düşüblər.
Hazırda sosial şəbəkələrdə çay sodası əldə 2-3 manata satılır. Elanlarda sodanın məhdud sayda olması da vurğulanır. İnsanlar 1.20 qəpiyə olan sodanın qiymətinin süni olaraq qaldırılmasına etiraz etsələr də, çoxları bir daha o sodadan tapa bilməyəcəyindən qorxaraq, hardasa kimlərdəsə ehtiyatda qalmış sodanı baha qiymətə almağa razıdır.
medicina.az bildirir ki, sovet dövründən tanınan məşhur Soda markasının vətəni Başqırdıstanda bikarbonat natriumun çıxarıldığı mədənlərdə təbii ehtiyatlar tükənmək üzrədir. Kompaniyanın yeni soda mənbələri tapması və mədənlər qazması üçün 5-7 il vaxt lazımdır. Hazırkı soda ehtiyatı 2020-ci ilə kimi qənaət etməklə çata bilər. Buna görə zavod istehsalı minimuma endirir.
Ola bilər ki, bundan sonra MDB ölkələrinə artıq Başqırdıstan zavod istehsalı soda yox, başqa ölkələrdə istehsal olunmuş alternativ marka soda idxal olunsun.
Ona görə Azərbaycanda da ötən illər idxal olunmuş soda satışdadır və zavodun bağlanması barədə məlumatlar alıcıların daha çox soda almasına və bəzi işbazların da sodanı satışdan yığışdıraraq, əldən satmasına təkan verib.
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sodanın yoxa çıxması ilə bağlı alıcılardan birliyə çoxlu şikayət və zənglərin olduğunu bildirib.
"Hesab edirik ki, sodanın defisiti idxalçıların sövdələşməsi və süni yaratdığı ajiotajdır. Bu ucuz məhsulun belə qəhətə çəkilməsi normal deyil. Buna heç bir ciddi səbəb də yoxdur. Tələbin artdığını görüb bundan istifadə edən bəzi qruplar aktivləşərək süni qiymət artırır.
Ola da bilər istehsalçı yaxın vaxtda markanı, qablaşdırmanı, qiyməti dəyişsin. Bundan xəbər tutan işbazlar satışda olan sodanı yığışdırıb. Düşünürəm ki, ölkəyə həmin marka sodanın gətirilməsində problem yaradılmamalıdır. Yaxın günlərdə satışda sodanın lazımi miqdarda olacağını gözləyirik”.
Eyyub Hüseynov sodanın müalicəvi təsiri barədə fikirlərin elmi əsasının olmadığını bildirib.
"Çox insanlar ona dərman kimi baxır. Amma soda hansısa xəstəliyi və ya xərçəngi müalicə etmir. Bir qutu soda bir neçə il yalnız müəyyən qida hazırlanmasında, uzağı diş, boğaz qarqarasında istifadə edilə bilər. Belə bir ucuz məhsulun süni yoxa çıxarılması yolverilməzdir. Yəqin ki, məsələnin həlli istiqamətində tezliklə işlər görüləcək”.
Oxşar xəbərlər
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 2025 00:28
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Marketlərdə SAXTA QARA ÇÖRƏK - DİQQƏTLİ OLUN
8 dekabr 2025 00:02
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Mikoyan: Müsəlman hara, general olmaq hara - Həzi Aslanovun QƏTLİ
21 noyabr 2025 21:22
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Burada qadınlar deyil, kişilər -gəlin- olur Fotolar
13 noyabr 2025 10:20
- Ramiz Mehdiyevin Memarlıq İttifaqını ələ keçirməsinin tarixçəsi - Məşhur memar sirləri açdı
11 noyabr 2025 09:26
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
5 noyabr 2025 22:19
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
Xəbər lenti
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
