Kəmaləddin Heydərovun Londondakı mülklərinin siyahısı (FOTOLAR)
Günün sitatı28 yanvar 2019 15:04
İngiltərədə Kəmaləddin Heydərova məxsus çoxsaylı şirkətləri oğlanları Nicat və Taleh idarə etdiyi aşkarlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkədə məlumat paylaşıb.
Jurnalist bildirib ki, hansısa səbəblərdən nazir son 1-2 il ərzində onların adlarını şirkətlərin rəsmi təsisçiləri sırasından çıxarıb və bununla guya Britaniyadakı biznesinə son qoyduğu görüntüsünü yaratmağa çalışıb. Nazir bu ölkədəki pullarını uzun illərdən bəri oğlanlarına biznes işlərində kömək etmiş tərəfdaşlarına etibar edib. Böyük ehtimalla Heydərovu bu addımı atmağa vadar edən son vaxtlarda hakimiyyətlə aralarında yaranan soyuq münasibətlərdir. Yəni, uzun illər hakimiyyətə xidmət edən K.Heydərov artıq ona etibar etmir, günün birində vəzifəsini və Azərbaycandakı iqtisadi imperiyasını itirəcəyini anlayır, vaxtında xaricdəki biznesini göz qabağından yığışdırmağa üstünlük verib. Kəmaləddin Heydərovun İngiltərədəki biznesini etibar etdiyi ən sadiq dostu 1963-cü il təvəllüdlü Britaniya vətəndaşı xanım Gillian RALSTON JORDAN-dır. Əslində kifayət qədər cazibədar görünən Gillian xanım daha əvvəldən Gilan Holdinq sahibinin biznesinin böyük qismini öz kölgəsində gizlədib. Hazırda o, Taleh və Nicat Heydərovların adına olan 5 şirkəti idarə edir. Bloombergin məlumatına görə, xanım Jordan 25 ildən çox idarəçilik təcrübəsinə malikdir, Şotlandiya Krallıq Bankının rəhbərinin müavini olmaqla yanaşı, Bermuddakı offşor şirkətlərinin meneceri olaraq fəaliyyət göstərir.
Məlum olub ki, indiyədək Heydərov qardaşlarının adına İngiltərədə 12 şirkət və cəmiyyət qeydiyyatdan keçirilib:
AZERBAIJAN GERMAN CONSULTANCY COMPANY LIMITED (şəhadətnamə nömrəsi 06859927, 26 mart 2009-cu ildə təsis edilib, 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
AZERBAIJAN CARPETS LIMITED
(şəhadətnamə nömrəsi 06860002, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
UEI CAY LIMITED
(şəhadətnamə nömrəsi 06860070, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
UEI RESTAURANTS GLOBAL FOOD LIMITED
(şəhadətnamə nömrəsi 08645712, 12 avqust 2013-cü ildə ildə təsis edilib, 11 oktyabr 2016-cı ildə qapadılıb)
Qeydiyyat ünvanı: 15 Queen Anne Gate, London, England.
UEI REAL ESTATE LIMITED
(şəhadətnamə nömrəsi 07196786, 19 mart 201-cu ildə təsis edilib, 30 avqust 2016-cı ildə qapadılıb)
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UEI RESTAURANTS LIMITED
(şəhadətnamə nömrəsi 07325381, 26 iyul 2010-cu ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 15 Queen Anne Gate, London, England.
UEI CASPIAN CAVIAR LIMITED
(şəhadətnamə nömrəsi 06860019, 26 mart 2009-cu ildə təsis edilib, 25 mart 2013-cü ildə qapadılıb)
Qeydiyyat ünvanı: 2 Queen Anne Gate, London, England.
CAFE BAKU LIMITED
(şəhadətnamə nömrəsi 07808904, 26 mart 2011-ci ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UEI PROPERTY (UK) LIMITED
(şəhadətnamə nömrəsi 07573289, 22 mart 2011-ci ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
UNITED ENTERPRISES INTERNATIONAL LIMITED
(şəhadətnamə nömrəsi 06716004, 6 oktyabr 2008-ci ildə ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
AZERBAIJAN JUICES LIMITED
(şəhadətnamə nömrəsi 06860062, 26 mart 2009-cu ildə ildə təsis edilib, fəaliyyətdədir). Şirkət xanım Jordana və onun rəhbərlik etdiyi JTC şirkətlər qrupuna həvalə edilib.
Qeydiyyat ünvanı: 7th Floor 9 Berkeley Street, London, England.
THE EUROPEAN AZERBAIJAN SOCIETY
(şəhadətnamə nömrəsi 06635743, 2 iyul 2008-cj ildə ildə təsis edilib, fəaliyyətini dayandırmaq üçün müraciət edilib).
Qeydiyyat ünvanı: Griffins Tavistock House South, Tavistock.
QAYA REAL ESTATE 04.29.2010-cu ildə Londonda 07239249 nömrəsi ilə təkrar qeydiyyata alınıb. Brook Street 67 ünvanında yerləşir. Şirkət Heydərov tərəfindən satın alınana qədər Source One Limited adı ilə fəaliyyət göstərib. 2015- ci ildə gəliri 2 080 104 funt-sterlinq (2.732.085,3375 dollar) olub. 2016-cl ildə dövriyyəsi 8 807 735 funt-sterlinq, yəni 11.563.190,8561 dollar təşkil edib.
Bunlar Heydərovların üzdə olan şirkətləridir. Maliyyə hesabatlarına görə onlardan yalnız UEI RESTAURANTS LIMITED şirkəti daha ciddi aktivlərə sahibdir. 2016-cı ilin maliyyə hesabatına görə bu şirkətin kapital və rezervləri 10 milyon 770 min funt sterlinq həcmindədir. Bu o deməkdir ki, əvvəlki illə müqayisədə 500 min funt sterlinq artıb. Bu şirkət Londonda Heydərovlara məxsus BAKU RESTAURANT-ı idarə edir. Bu restoran Londonda kifayət qədər bahalı məkanlardan sayıır. Burda14 funt sterlinqdən başlayan qiymətlərlə kabab, 35 funta nərə balığı kababı, hətta 100 funta qara kürüdən dadmaq olar.
Sloana Streetdəki Bakı kafesi də Heydərovlara aiddir. Bura daha çox bar-qəlyanxana kimi tanınır və CAFE BAKU LIMITED şirkti tərəfindən idarə olunur. Kapitalı 700 min dollara yaxındır.
AZERBAIJAN JUICES LIMITED şirkətinin aktivləri isə bundan bir qədər artıqdır. 2015-ci ilin tədiyyə balansına görə 800 min funt sterlinqdən bir qədər artıq. Sənədlərə görə Taleh və Nicat Heydərovların yaşadıqları ünvan 13 Albert Hall Mansions, Kensington Gore, London olaraq göstərilir. Bu ünvanda 4 otaqlı evlərin qiyməti 6,5-7 milyon funt sterlinqdən başlayır.
Oxşar xəbərlər
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
30 yanvar 2026 12:20
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Azərbaycan və İsrail prezidentləri görüşdü - Fotolar
21 yanvar 2026 16:43
Xəbər lenti
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 16:43
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
Video & Fotoqalereya
Video
Fotoqalereya



















