“Əgər jurnalistlərin yazdığı yazılar oxucuya çatmırsa...”
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının yanvarın 31-də keçirilmiş iclasında Fondun 2019-cu ilin II rübü üçün KİV-lərə maliyyə yardımı müsabiqəsinin elanında qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə dəyişikliklərin edilməsi bəzi media qurumlarında və sosial şəbəkələrdə reallığı əks etdirməyən yanlış mülahizələrə səbəb olub.
Fondun icraçı direktoru Vüqar Səfərli Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərarla bağlı Trend-ə geniş açıqlama verib. Bu dəyişikliklərin yeni dövrün obyektiv tələbindən irəli gəldiyini vurğulayan icraçı direktor bildirib ki, Fondun fəaliyyətdə olduğu 10 il müddətində Müşahidə Şurası qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı şərt və meyarlara dövrün tələbindən irəli gələn dəyişikliklər edib:
"Fond yeni yaranarkən KİV-lərə maliyyə yardımının ayrılması üçün müəyyənləşdirilmiş başlıca şərtlərdən biri də qəzetlərin gündəlik tirajının minimum 1500, gündəlik satış və abunəsinin cəminin isə minimum 500 olması idi. Sonrakı mərhələdə qəzetlərin daha da inkişaf etdirilməsi zərurəti ilə bağlı bu şərtlərə yenidən baxıldı. 2011-ci ildə gündəlik satış və tiraj müvafiq olaraq 750 və 2000, 2014-cü ildən etibarən isə yayım 1000, tiraj 2500 müəyyən edildi. Göründüyü kimi, son 5 ildə - 2014-cü ildən Fondun Müşahidə Şurası KİV-lərə maliyyə yardımı müsabiqəsinin şərtlərində tiraj və yayımla bağlı heç bir dəyişiklik etməyib. Lakin internet mediasının sürətlə inkişaf etdiyi hazırkı mərhələdə Fondun maliyyə yardımı ayırdığı qəzetlərin istər məzmun və forma, istərsə də keyfiyyət baxımından müasir tələblərə cavab verməsi üçün şərtlərə yenidən baxılması zərurəti yaranmışdı".
İcraçı direktor Fondun Müşahidə Şurasının son iclasında müsabiqə şərtlərinə edilmiş dəyişikliklər barədə də ətraflı məlumat verib: "Fondun Müşahidə Şurasının son iclasında qəbul olunmuş qərara əsasən, 2019-cu ilin II rübündə Fondun KİV-lərə maliyyə yardımı müsabiqəsində yalnız son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Eyni zamanda, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün minimum tirajın 3000, minimum satış və abunənin 1500 nüsxə olması nəzərdə tutulur".
V.Səfərli bildirib ki, Fond maliyyə yardımı ayırdığı qəzetlərin rəhbərlərinə hələ 2018-ci ilin ortalarında yeni ildən tiraj və yayımın minimum həddi ilə bağlı şərtlərə yenidən baxılacağı xəbərdarlığını edib: "Məqsəd hansısa qəzetin bağlanması yox, internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə rəqabətə davamlı, ictimai-siyasi proseslərə, ictimai rəyə təsir imkanları olan çap mediasının formalaşdırılmasıdır. Əlbəttə, 2019-cu ilin II rübündə hansı qəzetlərin Fonddan maliyyə yardımı alacağı müsabiqənin yekununda - mart ayının sonlarında bəlli olacaq. Bunun üçün həmin qəzetlərin müsabiqə edilən gündən sonrakı iki ayda, yəni fevral-mart aylarında müəyyənləşdirilmiş yeni şərtlər çərçivəsində nəşri tələb kimi qoyulub. Əlbəttə, istisna olunmur ki, bu şərtlərə əməl etmək imkanında olmayan aztirajlı və yayımı məhdud qəzetlər maliyyə yardımından kənarda qala bilərlər".
Fondun icraçı direktoru qeyd edib ki, 2019-cu ilin II rübündə tirajı və yayımı müəyyənləşdirilmiş tələblərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması obyektiv reallıqdan irəli gələn qaçılmaz qərar olacaq: "Müəyyən edilmiş şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması onların fəaliyyətinin effektsizliyi ilə bağlı ola bilər. Biz istəyirik ki, qəzetlərin yaradıcılıq məhsulları daha rahat və asan formada öz oxucularını tapsın. Əgər jurnalistlərin yazdığı yazılar oxucuya çatmırsa, makulaturaya pul xərcləməyin heç bir mənası yoxdur. Əlbəttə, biz maliyyələşdirilməsi dayandırılan aztirajlı KİV-lərin yaradıcı və texniki heyətinin işsiz qalmasının və ixtisara düşməsinin qarşısını almaq məqsədilə həmin KİV-lərin elektron versiyasına dəstək verəcək, onların oxunaqlı internet qəzetinə çevrilməsinə çalışacağıq".
İcraçı direktor onu da bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əlyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun və obyektiv şəkildə çatdırılması üçün Fondun əcnəbi dillərdə nəşr olunan media qurumlarına da maliyyə yardımı göstərməsi nəzərdə tutulub: "Fondun başlıca məqsədlərindən biri də ondan ibarətdir ki, Azərbaycanın həm daxildə, həm də xaricdə təbliğatının gücləndirilməsi, yaşanan proseslərin daha dolğun formada dünya ictimaiyyətinə çatdırılması məqsədilə internet qəzetlərin xarici dillərdə elektron variantının yaradılmasına və yayımına dəstək verək. Bir sözlə, Fond hansısa qəzetlərin bağlanması və onlarda çalışan yaradıcı-texniki heyətin ixtisara salınmasına deyil, əksinə, onların fəaliyyətinin müasir informasiya texnologiyalarına və virtual informasiya məkanına uyğunlaşdırılmasına, fəaliyyətlərinin daha dolğun və səmərəli olmasına çalışır. Bu, 2019-cu ildə Azərbaycanda möhtərəm Prezidentimizin həyata keçirdiyi idarəçilik sisteminin təkmilləşdirilməsi, dövlət idarəçiliyinin effektivliyinin, dinamikliyinin və mobilliyinin artırılması kursuna tam uyğundur. Düşünürük ki, Fondun elan etdiyi yeni şərtlər çap mediasının inkişafında da yeni mərhələnin başlanğıcı olacaqdır".
Vüqar Səfərli sonda onu da bildirib ki, hazırda Fondun qəzetlərə ayırdığı maliyyə yardımının böyük bir hissəsi onların qəzet kağızı, mətbəə xərcləri, daşıma və yayım xərclərinə sərf olunur: "Odur ki, aztirajlı və çox məsrəfli qəzetlərin internet versiyasının inkişaf etdirilməsinə dəstəyin verilməsi daha səmərəli nəticələr verəcəkdir".
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 2026 16:18
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 2026 11:37
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- Fidan Abbasova: Susmayacağam – mənə qarşı qurulan çirkin kampaniyanın arxasında kimlərin dayandığını açıqlayıram
22 aprel 2026 11:44
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Atalıq testindən qaçış, NARKOTİK damğası - Mikayıl İsmayılovun gəlininin işi qaranlıq məcraya sürüklənir
17 aprel 2026 14:00
- Rusiyada deportasiya dalğası gözlənilir
17 aprel 2026 00:12
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
