Qaraçay-Çərkəz Respublikasının rəhbəri Balaxanı Sənaye Parkında
Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, qonaqlara Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən bu Zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür. Qonaqlar ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. 2017-ci ildə istifadəyə verilmiş və investisiya məmləği 40,3 milyon manat təşkil edən Balaxanı Sənaye Parkında qeydiyyata alınmış 15 rezidentdən 7-i artıq fəaliyyət göstərir. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Qeyd olundu ki, hazırda müəssisələrdə 400-ə yaxın işçi çalışır və yeni layihələrin reallaşdırılması hesabına işçilərin sayının 650-ə çatdırılması nəzərdə tutulur. Qonaqlar həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda da olublar. Məlumat verilib ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlər barədə qonaqlara məlumat verən sədr Etibar Abbasov qeyd edib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş 2.8 mln. m3 dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib. Qaraçay-Çərkəz Respublikasının rəhbəri “Təmiz Şəhər” ASC-nin fəaliyyətini yüksək qiymətləndirib, tullantıların idarəolunması sahəsində Azərbaycan təcrübəsinin öz ölkəsində tətbiqinin faydalı olacağını vurğuladı.
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
5 mart 2026 13:53
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
