“Prezident “mən xidmət edirəm” mesajı verir”
Gənc fəal Bəxtiyar Hacıyev son aylar Prezident İlham Əliyevin müdaxiləsindən sonra müsbət həll olunan məsələlərə münasibət bildirib. O, eyni zamanda ölkə başçısının şəhid ailələri və gənclərlə görüşü ilə bağlı təəssüratını bölüşüb.
“Qafqazinfo” sözügedən yazını təqdim edir:
“Gənclər günü ilə bağlı prezident İlham Əliyevin gənclərlə görüşündən mətbuatda gedən məlumatları oxudum. İllər əvvəl belə görüşlərdən birində mən də iştirak etmişdim və ölkə başçısına Azərbaycanda elm və təhsil, texnologiyaya dəstək olacaq elm olimpiadalarından biri IJSO-nun Azərbaycanda keçirilməsi ilə bağlı təklif vermişdim. O, bir neçə sual verdi, düşündü, Azərbaycan gənclərinin təkcə idmana yox, elm və təhsilə, innovasiyalar və texnologiyalara istiqamətləndirilməsinin vacibliyini nəzərə aldı və bu olimpiadaya Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı tapşırıq verdi.
.jpg)
Bu il keçirilən görüşdə də ölkə başçısının əsas mesajlarından biri gənclərin ictimai nəzarəti gücləndirməli olduqları barədə idi. Ümumiyyətlə, yanvar ayında baş vermiş bir neçə məsələdə müşahidələrimiz onu göstərir ki, ölkə başçısı ictimai nəzarətə üstünlük verir, gənclərin tənqidlərini, irad və təkliflərini dinləyir, xüsusilə də sosial şəbəkələrdə qaldırılmış məsələlər dərhal öz həllini tapır. Məsələn, Mehman Hüseynova qarşı açılmış cinayət işi ilə bağlı gənclər sosial şəbəkələrdə narazılıqlarını bildirdilər, ölkə başçısı məsələyə öz tövsiyəsi ilə münasibət bildirdi, Mehman Hüseynova qarşı açılmış cinayət işinə xitam verildi.

Son bir ay ərzində ölkə başçısının bir prezidentdən daha çox bir insan kimi, öz mənəvi tərəflərini mətbuata və ictimaiyyətə göstərməsi müsbət haldır. İstər Mehman Hüseynova münasibətdə, istər şəhid ailələri ilə görüşdə şəhid atasına öz əlləri ilə su təqdim etməsi zamanı, istər şəhid anasının ayağa qalxmasına imkan verməyərək, şəhid anasına dəyər verərək, onun yanına getməsi, istərsə də gənclərin təltif edilməsi mərasimində fiziki məhdudiyyətli gəncin yanına yaxınlaşaraq onu təltif etməsi olduqca müsbət görüntülərdir. Bu isə, vətəndaşların, xüsusilə gənclərin ölkə başçısına münasibətinə müsbət töhfə verir.

Bəzən müxtəlif qurumlar, ayrı-ayrı insanlar düşünürlər ki, tənqidçi gənclər ölkədə qarışıqlıq yaratmaq istəyirlər, yaxud onların hansısa ambissiyaları var. Ancaq ölkə başçısının dəfələrlə ictimai nəzarətə çağırış etməsi, burada xüsusi ilə gəncləri ictimai nəzarətdə özünün ən birinci yardımçıları kimi görmək istədiyini deməsi onu göstərir ki, prezident İlham Əliyev cəmiyyətdə baş verən qüsurları ört-basdır etməyə, tənqidi səsləri boğmağa çalışanları yox, tənqid edilən məsələlərin üzərində düşünüb həll etməyə çalışan insanları dinləyir.
Bundan əlavə, onun rəsmi postunun verdiyi protokol qaydalarından zaman-zaman kənara çıxaraq, insani tərəflərini göstərməsi, şəhid ailələrinə, əlillərə, döyüşçülərə və digər insanlara yaxınlaşaraq onlara diqqət göstərməsi, siyasi baxımdan “mən xidmət edirəm” mesajı verir.

Sadaladığım son bir neçə nümunə bir vətəndaş kimi mənim üçün də xoş görüntülər idi. Əgər gənclər gördükləri qüsurları dilə gətirib, ifadə etdikdə onları dinləsələr, problemlər ard-arda həll olunsa, ölkə rəhbəri də qeyd etdiyi kimi “gənclər ictimai nəzarət məsələsində mənim yardımçılarım olmalıdır, mən gəncləri bu məsələyə diqqət yetirməyə dəvət edirəm” deyərək özünün rəsmi statusunu yox, insani tərəflərini nümayiş etdirirsə, bu, ölkə rəhbəri üçün də, xalq üçün də, dövlətimizin gələcəyi üçün də çox yaxşı seçimdir”.
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
- İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - Məni dərindən sarsıtdı
26 aprel 2026 11:28
- Trampın olduğu tədbirdə atışma
26 aprel 2026 10:04
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 2026 22:58
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 2026 19:24
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 2026 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 2026 11:46
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 2026 11:37
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 2026 10:10
- Çexiyanın baş naziri Azərbaycana səfərə gəldi (FOTO)
26 aprel 20:32
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 16:27
- Hücumçu hədəfinin Tramp olmadağını açıqlayıb - Foto
26 aprel 11:36
- İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - Məni dərindən sarsıtdı
26 aprel 11:28
- 20 yaşlı soydaşımız Ukrayna uğrunda şəhid oldu -FOTO
26 aprel 10:13
- Trampın olduğu tədbirdə atışma
26 aprel 10:04
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
24 aprel 21:14
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
