Nazirlərin mənimsədiyi milyardlar əllərindən alınıb problemli kreditlərə yönəlməlidir
Azərbaycanda vəzifədən çıxarılan bir sıra yüksək vəzifəli sabiq məmurların var-dövləti, gözqamaşdıran sərvətləri haqda məlumatlar yeni deyil. İllərdir ki, ölkə mətbuatında bu haqda yazılar dərc olunur, xəbərlər tirajlanır. Sabiqlərin əksəriyyəti məhz vəzifədə olduqları illərdə varlanıb, biznes imperiyası qurublar. Bu gün vəzifələrini itirsələr də, dövləti talamaqla əldə etdikləri mal-mülklərinin böyük əksəriyyətini qoruyub saxlaya biliblər. Dünyanın dörd bir tərəfində gəlir gətirən obyektləri, hotelləri, ticarət mərkəzləri bu gün də var.
Aydındır ki, sabiqlərin biznesinin əsasını büdcədən talanan milyardlar təşkil edir. İlkin kapital xalqdan oğurlanan vəsaitlə təşkil olunub, doymadan yeyiblər, xaricə transfer ediblər. Bu gün də şad-xürrəm yaşayırlar.
Sabiq nəqliyyat naziri Ziya Məmmədov, onun qudası – sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, sabiq vergilər naziri Fazil Məmmədov, sabiq müdafiə naziri Səfər Əbiyev və başqalarının büdcədən çırpışdırdıqlarının “sərhədləri” son dərəcə genişdir. Ziya Məmmədovun, Heydər Əsədovun əsasən Türkiyədə böyük biznesləri, hotelləri, tekstil fabriklərı, Fazil Məmmədovun, Səfər Əbiyevin Avropa ölkələrində hotelləri, zavodları, Eldar Mahmudovun, onun həbsdə olan qudası Cahangir Hacıyevin Böyük Britaniyada şirkətləri haqda bu günə qədər məlumatlar yayılıb, təkzib edilməyib. Sabiqlərin bizneslərinə dair reyestrlərdən çıxarışların surətləri belə həmin yazılara əlavə olunub. Mətbuatda sabiq məmurların varidatları haqda məlumatlardakı rəqəmləri üst-üstə gəlsək, bir neçə 10 milyardı aşan rəqəmlər ortaya çıxar.
Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, işdən çıxarılan məmurların əmlaklarının əllərindən alınması mümkündür: “Biz də eşidirik ki, sabiq məmurlar xaricdə özlərinə mal-mülk alır, ölkədən pullarını çıxarıb xaricə daşıyırlar. Bu məlumatlar yoxlanılmalı, ictimaiyyətə bu haqda xəbər verilməlidir. İctimaiyyət bu məlumatların əldə olunmasında çox maraqlıdır. Çünki bu, xalqın puludur, mənimsənilib, yeyilib, xaricə daşınıb. Burada müvafiq hakimiyyət orqanlarının məsuliyyəti var. Əhaliyə ilkin olaraq məlumatlar verilməli, araşdırma aparılıb-aparılmaması deyilməlidir. Pulların xaricdən geri qaytarılması üçün addımlar atılmalıdır. Həmin pullarla xalqın qaz, işıq, su və s. kommunal xərcləri, tibb xərcləri, kredit borcları və bu kimi çoxsaylı problemlərini həll etmək mümkündür. Elə ölkə daxilində də sabiq nazirlərin qiyməti milyonlarla ölçülən mülkləri var. Onların mülklərinin əllərindən alınması çox yaxşı olardı, amma bir şərtlə ki, həmin mülklər qanunla alınmalı və hərracda satılıb pullar büdcəyə qaytarılmalıdır. Məmurların xaricdəki əmlakları üzərinə həbs qoyulması da çox asan məsələdir”.

Əsabəli Mustafayev deyir ki, hazırda Londonda Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan bir məhkəmə çəkişməsi davam edir. Söhbət Eldar Mahmudovun qudası Zamirə Hacıyevanın Londonda istintaqa cəlb edilməsindən gedir: “Aydındır ki, həmin əmlaklar, xərclədiyi pullar Zamirə Hacıyevanın özünün olsaydı, o, məhkəmədə dərhal bu haqda ifadə verib mənşəyini göstərə bilərdi. Amma xanım Hacıyeva aylardır ki, məhkəməyə xərclədiyi pullarla bağlı sənəd təqdim edə bilmir. Azərbaycanda onun həyat yoldaşı Cahangir Hacıyevə qarşı da olduqca ciddi ittihamlar var. Söhbət 4 milyard 700 milyon manat pulun mənimsənilməsindən gedir. Belə bir vaxtda Zamirə Hacıyevanın Londonda 10 il ərzində xərclədiyi milyonlarla dolların mənbəyi hansı biznes ola bilər? Azərbaycan dövləti onların Londondakı əmlaklarına həbs qoyulub satılmasını və pulların dövlət büdcəsinə qaytarılmasını tələb edə bilər. Bunun üçün hüquqi mexanizm mövcuddur. Digər məmurlarla bağlı da eyni addımlar atılmalıdır. Birincisi, məhkəmə hökmü ilə göstərilməlidir ki, həmin məmurların əmlakı müsadirə olunsun. Müsadirə barədə məhkəmə hökmü olandan sonra qanun yol verir ki, həmin əmlaklar satılmaq üçün hərraca çıxarılsın. Hərracda satıldıqdan sonra əldə edilən vəsait dövlət büdcəsinə yönləndirilir. Dövlət büdcəsindən xalqın problemlərinin həlli üçün həmin vəsaitlər ayrılmalıdır”.
Hüquqşünas deyir ki, bəzən dövlət əmlakını, vəsaitlərini talamış məmurların öz adına demək olar ki, rəsmi heç bir əmlak olmur: “Bakıda ”Trump Tower” tikiləndə hamı bilirdi ki, hoteli tikən Ziya Məmmədovdur. Bu gün həmin hoteli Ziya Məmmədovdan almaq üçün uzağa getmək lazım deyil. Oğlu Anar Məmmədovun Trampın şirkətinə addan istifadə üçün ödədiyi pulun məbləği ilə bağlı məlumatlar var. Trampın şirkətinə sorğu verilir və cavab alınır. Bundan sonra digər hüquqi addımlar atılır və bu və ya digər obyektin kimə məxsus olması təsbit olunur. Yəni çox ciddi istintaq aparmadan belə sabiq nazirlərin mal-mülkləri haqda məlumat toplayıb həmin əmlakların xalqa qaytarılması istiqamətində addımlar atıla bilər”.
Əsabəli Mustafayev deyir ki, hökumətin belə məsələlərə diqqət etməsi vacibdir:“Bu pullar xalqındır. Bakıətrafı kəndlərdə, rayonlarda xalq qaz-işıq pulunu ödəyə bilmir. Sabiq nazirlərin ətrafı 5 min dollarlıq şampan içir, ən bahalı maşınlarda gəzir, pulları sağa-sola səpələməklə məşğuldurlar. Həmin xərclənən pullar Azərbaycan xalqının kisəsindən – dövlət büdcəsindən oğurlanıb. Bu gün Azərbaycanda heç bir nazir gəlir deklarasiyası vermir. Gəlir deklorasiyası yoxdursa, hər gün bir əmlak alan nazirə də demək olmur ki, ay balam, axı sənin məvacibin 2 min manatdır, sən 10 milyonluq mülkü hansı hesabdan alırsan? 100-200 min manatlıq maşınları əlcək kimi hansı hesabdan dəyişirsən? Məmurlar deklorasiya versələr, məlum olacaq ki, illik gəlirləri heç 20 min dolları aşmır, amma illik xərcləri azı 2 milyon dolları aşır”.
Hüquqşünas bu addımların tezliklə atılmasının vacib olduğunu da vurğulayıb.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, sabiq məmurların əmlaklarının, mal-mülklərinin “milliləşdirilməsi” olduqca vacib məsələdir: “Azərbaycanda yerli məhkəmələrin qərarları yetərlidir ki, belə əmlaklar müsadirə olunsun və auksion vasitəsilə satılıb problemli kreditlərə, bir çox digər sosial məsələlərə xərclənsin. Amma ölkədən çıxarılan vəsaitlərlə bağlı vəziyyət bir qədər qəlizdir. Bu istiqamətdə çox ciddi iş aparılmalıdır, dövlətin dəstəyi ilə xüsusi hüquqşünaslar qrupunun yaradılmasına ehtiyac var. Həmin qrup beynəlxalq məhkəmələrdə iddialar qaldırmalı, beynəlxalq hüquq çərçivəsində müvafiq məhkəmə qərarlarının verilməsinə nail olunmalıdır”.
Natiq Cəfərli deyir ki, bu gün vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 700 milyon manatdır. Kredit alanlar arasında imkansızlıq ucbatından borcunu ödəyə bilməyənlərin sayı kifayət qədərdir: “Bu adamlar Azərbaycan vətəndaşlarıdır, hansılar ki, dollarla kredit götürüblər, 2 devalvasiyadan sonra həmin borcları ödəyə bilməyiblər. Dövlət məhkəmələr vasitəsilə sabiq nazirlərin əmlaklarını müsadirə edib, banklara təhvil verə, 1 milyard 700 milyon manat problemli krediti bağlaya bilər”.
Natiq Cəfərli deyir ki, keçmiş məmurların məhkəmələrə çıxarıldıqda şantaja keçə biləcəkləri də göz altına alınmalıdır: “Məhkəməyə çıxarılanda məmur deyə bilər ki, vəsaitləri oğurlayanda ona nəzarət etməyiblər, təkbaşına etməyib. Yerli məhkəmələrdə belə şantajlara əhəmiyyət verilmədən bu proses mütləq gerçəkləşdirilməlidir. Bu, Azərbaycanda korrupsiyanın kökünü kəsmək üçün olduqca vacib qərar ola bilər”.
Natiq Cəfərli adları sadalanan nazirlərin əmlaklarının müsadirəsindən əldə ediləcək məbləğlərin 1 milyard 700 milyon manatı dəfələrlə üstələyəcəyini deyir:“Çox böyük məbləğdə vəsaitləri bu yolla büdcəyə qaytarmaq, xalqın problemlərinə xərcləmək olar. Araşdırmalar, məhkəmə qərarları da mütləq olmalıdır ki, bu gün də vəzifədə olan, həmin oğurluqlara ”göz yuman” şəxslər də müəyyən edilərək cəzalandırılsınlar. Cəza mühiti olmalıdır ki, başqa məmurlar bir daha xalqın cibinə girmək, büdcəni talamaq haqda düşünməsinlər”.
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
9 fevral 2026 12:46
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
3 fevral 2026 13:46
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 2026 16:49
- Sədrin kabinetində keçirildiyi deyilən əməliyyatla bağlı - Partiyadan açıqlama
19 yanvar 2026 17:10
- Deputat öz yerinə onu təyin etdi
12 yanvar 2026 18:53
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
