Qroznının ilk fəxri vətəndaşı baş verənlərlə bağlı bəyanat verdi
Mədəniyyət16 fevral 2019 18:04
Fevralın 14-ü Rusiyanın paytaxtı Moskva şəhərində həmyerlilərimizlə çeçenlər arasında qarşıdurma yaranıb. Qarabağ qazisi, Çeçenistan Milli Qəhrəmanı, paytaxt Qroznının ilk fəxri vətəndaşı Arif Məhərrəmov baş verən hadisə ilə əlaqədar öz fikirlərini "Facebook" profilində paylaşıb.
Qaynarinfo xəbər verir ki, o, qeydə alınan hadisənin nifaq toxumu səpmək isətəyənlər tərəfindən qərəzli olaraq baş verdiyini deyib.
"Çeçenistanın Prezidenti Ramzan Kadırov Cənabına, Nazirlərinə, həmçinin Parlament üzvlərinə, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə, Dövlət və ictimaiyyət nümayəndələrinə ünvanladığım bəyanat!
Son zamanlar xüsusi sifarişlər əsasında Xalqımızın Milli dəyərlərinə və Vətənimizin mənafeyinə narahatçılıq yaratmaq istəyənlərin Azərbaycan xalqı və Çeçen Xalqı arasında ədavət yaratmağa cəhd edənlərə qarşı narahatçılığımı bildirməyimlə, hər iki Xalq arasında mənfi niyyətlər əsasında Beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışmalarına qəti surətdə etirazımı bildirirəm. Azərbaycan xalqı uzun illərdən bəri Dünya Xalqları və Qafqaz Xalqları arasında - erməni xalqı istisna olmaqla hər zaman sülh, dostluq,mehribançılıq şəraitində yaşayıb. Qonaqpərvərliyimizlə tanınan və Qafqazlılıq adət ənənələrimizi inkişaf etdirən Xalqıq. Amma Qafqaz bölgəsində bizim Milli irsimizə qənim çıxan, Vətən ərazilərimizə basqın edərək havadarlarının köməyi ilə torpaqlarımızı xaincəsinə mənimsəyərək, Xalqımızı dəfələrlə terror hücumlarına məruz qoyublar. Biz də öz Vətən ərazilərimizi işğaldan azad etməyi haqqımız olaraq Xalqımızı qorumağı özümüzə borc bilirik. Bəyanatımın məqsəd səbəbi budur ki,bu yaxınlarda Çeçen əsilli bir şəxs Azərbaycan Xalqını təhqir etməsinin Xalqımın mənafeyindən narahat olanlar tərəfindən tənbeh edilməsi təzyiqlərlə deyil, hər iki Xalqın nüfuz sahiblərinin böyüklüyü əsasında izah edilərək yarana bilən narahatçılığa dərhal özbaşına məhkəmə qurmaqdan yayınaraq, dostluq qardaşlığı əsasında barışıq yaratmaqla xoşagəlməz vəziyyətə son qoyulmalıdır. Amma barışıq yaratmaq əvəzinə öz başına qurulan məhkəməyə və haqsızlıq edənə tərəfdaşlıq edərək qızışdırıcı mövqedə olanların fəaliyyətlərinin mövcudluğuna öz təəssüf hissimi bildirirəm. Amma hər kəsi tam əmin edirəm ki, hər iki Xalqın Milli irsimizin dəyərləri çox yüksək olduğundan kimlərsə Xalqımızı pisləməklə sifarişlər əsasında qəsd-qərəzlə ədavət toxumunu səpə bilməz..Xalqiarımızın mənafeyini təhqir edən və ədavət yaratmağa cəhd edən kimlər varsa tam əmin olun ki, şəxslər Azərbaycan və Çeçen Xalqını təmsil etmək iqtidarında ola bilməz. Ona görə ki, bizim Azərbaycan Türk mənşəli Xalqlardan olduğumuza görə soy kökümüz əsasında Qafqaz Xalqları və əsasəndə Çeçen Xalqı ilə hər zaman dostluq - qardaşlıq mövqeyimiz sarılmaz dərin Qafqazlılıq ənənələrimizə bağlıdır. İllər öncə bir Çeçen döyüşçüsu də "Vesti” proqramında Azərbaycan Xalqının ümumən adını çəkərək mənfi fikirlər söylədiyinə görə mən özümə borc bilərək onun üzr istəməsinə nail olmağım barədə həm Azərbaycan və Çeçenistanın Rəhbər orqanları, həm də ictimaiyyəti məlumatlıdır.1994 - 1996 illərdə Çeçenistanın Azadlıq mübarizəsi ərəfəsində Azərbaycan və Türkiyə yaralıların müalicəsində,partlayışlardan zərər çəkən uşaqlara tibbi və hər cürə yardımlar etməyimizlə qardaşlıq borcumuzu yerinə yetirdik. Mən Azərbaycan Prezidentinin və Silahlı Qüvvələrinin Fəxri təqaüdçüsü olmaqla yanaşı,Çeçenistan Paytaxtının ilk Fəxri Vətəndaşı,həmçinində Çeçenistanın Millət Qəhrəmanı olaraq hər kəsi tam əmin edirəm ki, biz Azərbaycan və Türk Xalqları hər zaman Qafqaz Xalqları ilə tarixi doğmalıq köklərimiz mövcud,olduğundan dəyərlilik üzərində qurulan münasibətimiz əbədi və sarsılmazdır!”.
Qeyd edək ki, baş verən olaydan sonra Azərbaycan Prezdentinin köməkçisi, Prezdent Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əli Həsənov bu kriminal hadisəyə sosial-etnik xarakter verilməsinə qarşı çıxmış, Azərbaycan və Çeçen xalqlarını dost və qardaş kimi səciyyələndirib. Həmin açıqlamadan sonra Çeçenistan naziri Cumbulat Umarov hadisənin araşdırılması və davanın səbəbkarlarının tapılması barədə tapşırıq verib.

Oxşar xəbərlər
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
Xəbər lenti
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
