Qoşqar Təhməzli xaricdə biznesinin olmasını təsdiqlədi
Maraqlı19 fevral 2019 17:41
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli özü barədə KİV-lərdə gedən məlumatlarla bağlı açıqlama verib.
Agentlik sədri unikal.org-a açıqlamasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə yazılanlarda hər hansı bir problem olmadığını deyib:
"Mən, cənab Prezidentin fərmanı ilə bu vəzifəyə təyin olunmuşam. Bu vəzifəyə təyin olunmamışdan 15 il öncə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Mən, Beynəlxalq bizneslə məşğulam. Özüm də ixtisasca həkiməm. Nəinki sadalanan ölkələrdə, digər ölkələrdə də tibbi innovasiyalarla, tibbi layihələrin tətbiqi ilə, tibbi sektorda müəssisələrin qurulması ilə, labarotoriyaların təchiz olunması ilə, lal-kar uşaqların reabilitasiya məsələləri ilə məşğul olmuşam, o cümlədən də Avropada. Bu barədə də rəsmi məlumatlar gedib. Mən 2017-ci ilə qədər iş adamı olmuşam, bununla da fəxr edirəm. Dünyanın bir sıra ölkələrində iri şirkətlərin təmsilçisi olmuşam. İş adamı olmaq qəbahətdir? Eyni zamanda, Qarabağ müharibəsi veteranıyam. Qarabağda sağlamlığını itirmiş qardaşlarımızın reabilitasiyasına kömək etmişəm. Bu işlərdə bir qəbahət varmı? Mənim təyinatım olanda rəsmi məlumat getmişdi ki, illərdir özəl bizneslə məşğul olmuşam. Mən fəxr edirəm ki, öz əməyim və zəhmətimlə biznes sahəsində, tibbi sahələrdə öz işimi qurmuşam".
Qeyd edək ki, Qoşqar Təhməzlinin xaricdəki biznesi ilə bağlı faktları araşdırmaçı jurnalist Cavanşir Həsənli təqdim edib. C. Həsənli yazısında bildirib ki, agentlik rəhbərinin əsasən biznesi Slovakiyanın paytaxtı Bratislava şəhərindədir. O, qeyd edir ki, ölkənin qida təhlükəsizliyinə cavabdeh olan cənab Təhməzlinin Slovakiyadakı "Saffran S.R.O." şirkəti hotel və mehmanxaları tekstil və hamam aksessuarları ilə təmin edir (şirkətin saytı: http://saffran.sk).
Agentlik rəhbərinin Bratislavada şirkətin məhsullarını təqdim edən satış mərkəzi də fəaliyyət göstərir. (Saffran S.R.O 2016-cı ilin noyabrın 11-də Bratislava ədliyyəsində 50 574 256 saylı şəhadətnamə ilə qeydiyyata alınıb.) Qeydiyyat ünvanı: Špitálska 53 Bratislava – mestská časť Staré Mesto 811 01.
Şirkət 5000 avro nizamnamə kapitalı ilə Bakı şəhəri Orucəliyev küçəsi 9/12, mənzil 40 -da qeydiyyatda olan Təhməzlinin öz adına rəsmiləşdirilib.
Yazıda Qoşqar Təhməzlinin Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edildikdən sonra Slovakiyadakı biznesini yaxın adamı olan Cavidan İmanovun (80%) və Belarusiya vətəndaşı, Minsk sakini Svitlana Palamarchukun (20%) və adına keçirdiyi qeyd olunur.
Bildirilir ki, Saffran S.R.O.-nun fəaliyyəti Slovakiya ilə məhdudlaşmır. Təhməzlinin şirkəti Avropa şirkəti adı ilə Ukrayna bazarına da daxil olub.
Nizamnamə kapitalı 21 miyon Ukrayna qrivnisi olmaqla bu ölkədə də qeydiyyata alınan şirkətin Ukraynadakı ofisi Solomensky, Vadim Hetman küçəsi 27 ünvanında yerləşir və Palamarchuk Svetlana Valentinovna tərəfindən idarə olunur.
Saffran S.R.O. agentlik rəhbərinin yeganə şirkəti deyil. Cənab Təhməzovun Gürcüstanda Universal Medikal Group şirkəti fəaliyyət göstərır. Şirkət 2011-ci ilin dekabrın 22-də Tiflisin regional Bako Saburtalo vergi müfəttişliyində B11184596 saylı şəhadətnamə ilə qeydiyyata alınıb. Şirkətin 50 faizlik hissəsi agentlik rəhbərinə, 50 faizlik hissəsi isə Türkiyə vətəndaşı Oqtay Öztürkə aiddir.
Cənab Təhməzlinin Türkiyədə də biznesi var. Agentlik rəhbəri TOSGO GROUP MEDİKAL İNŞAAT VE TURİZM SANAYİ TİCARET LİMİTED ŞİRKETİni hələ 2014 -cü ilin mayın 5-də İstanbulda qeydiyyatdan keçirib.
Ünvan: ATAKENT MAH. 220. SOK. İSTANBUL SARAYLARI 12.BLOK D:5 HALKALI KÜÇÜKÇEKMECE – KÜÇÜKÇEKMECE / İSTANBUL / TÜRKİYE.
Şirkət tibbi avadanlıqların, kosmetik vasitələrin və tekstil məhsullarının istehsalı və satışı ilə məşğuldur.
Azərbaycanda da Qoşqar Təhməzlinin biznesi var. Bakı şəhəri Molla Cümə küçəsi 103b -də yerləşən Medeks Ltd 2006-cı ildən fəaliyyətdədir.
Onun haqqında "Vikipediya”da verilən məlumatda bildirilib ki, müxtəlif tibbi lahiyələr həyata keçirən Q.Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərib : ”2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında "Ən yaxşı top-menecer” adına layiq görülüb”.
Oxşar xəbərlər
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Prezident Azərbaycan və Gürcüstan DİN-ləri arasındakı sazişi - Təsdiqlədi
28 yanvar 2026 21:14
- Prezident Sumqayıt Sənaye Parkında açılışlar etdi (YENİLƏNİB)
27 yanvar 2026 12:20
- Prezident MİQ-in ödənişli olmasını - Təsdiqlədi
15 yanvar 2026 18:10
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
