Abutalıbovun ən yaxın kadrının işdən çıxarılma səbəbləri...
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktorunu işdən çıxarıb.
“Yeni Müsavat” bildirir ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi meriyanın o zamankı rəhbəri Hacıbala Abutalıbovun sərəncamı ilə 2005-ci ilin oktyabrında yaradılıb. Belə ki, Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin bazasında Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi yaradılıb.
Birlik Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Birliyin tərkibinə “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Su quyularının İstismarı və Təmiri xidməti idarəsi də daxildir.
Ötən ilin noyabrında E.Əzizovun sərəncamına əsasən Vaqif Novruzova sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdi. Bildirilirdi ki, bu cəza tədbiri Bakı şəhərində yaşıllıqların vəziyyəti, o cümlədən parklara zəif qulluq göstərilməsi ilə əlaqəlidir. E.Əzizov tərəfindən bununla bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vəziyyət dəyişməyib.
Məlumdur ki, E.Əzizov hələ Bakı Şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edəndə şəhər təsərrüfatının müxtəlif sahələrində hökm sürən vəziyyəti araşdırmaq üçün komissiyalar yaradıb. Və belə komissiyalardan biri də yaşıllaşdırma təsərrüfatı və yaşıllıqlarla bağlı vəziyyəti araşdırıb. Nəticədə məlum olub ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəhbərliyi Bakı şəhərində qanunsuz şəkildə qiymətli ağacları qıran şəxslərə qarşı ciddi tədbirlər həyata keçirməyib, yaşıllıqların qorunması üçün lazımi işlər görməyib, ting ağacların yetişdirilməsi istənilən səviyyədə olmayıb. Həmçinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə idarələrində adı olan, amma işə çıxmayan onlarla şəxs müəyyənləşib.
Vaqif Novruzov BŞİH-də idarə rəhbəri olsa da, oliqarx-məmur hesab edilirdi. Çünki illərdir yaşıllaşdırma işləri üçün ayrılan milyonlar onun əlində cəmləşirdi.
Vaqif Novruzov Naxçıvan daxili işlər nazirinin müavini, general Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov uzun müddət Naxçıvan Şəhəri Polis İdarəsinin rəisi olub, 2013-cü ilin payızında nazir müavini təyin edilib. 2013-cü ilin iyununda prezidentin sərəncamı ilə general-mayor rütbəsi alıb.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sabiq sədrinin daha bir qardaşı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini, həmin rayonda 2015-ci ildə yanan və azı 17 adamın ölümünə səbəb olan bina işinə görə həbs edilən Qəzənfər Novruzovdur. Qəzənfər Novruzov Binəqədidən öncə Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini olub. Binəqədidə işlədiyi müddətdə isə rayon sakinləri arasında ən çox narazılıq edilən məmurlardan biri olub. İşdən çıxarıldıqdan sonra onun ölkədən qaçdığı barədə xəbərlər yayılmışdı.
Q.Novruzovun daha bir qardaşı Məhərrəm Novruzovun isə bir neçə il əvvəl Abşeronun sosial müdafiə fondunun rəhbəri vəzifəsində çalışdığı deyilirdi.
V.Novruzov uzun illərdir ki, həmin postu tuturdu və Hacıbala Abutalıbovun komandasının ən odioz fiqurlarından biri hesab olunurdu. Yada salaq ki, 2001-ci ilin yanvar ayından BŞİH başçısı olan Hacıbala Abutalıbov ötən ilin aprelində prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılıb. O, baş nazirin müavini təyin edilib. Hacıbala Abutalıbovun 17 illik mer dönəmində BŞİH-in tabeliyində olan müəssisələrdə, eləcə də Yaşıllaşdırma Təsərrüfatı Birliyi baş verən korrupsiya ilə bağlı ölkə mətbuatında çoxsaylı məlumatlar dərc edilib. Noyabrın 15-də BŞİH rəhbəri təyin edilən Eldar Əzizov meriyada köklü kadr dəyişikliklərinə başlayıb. Hacıbala Abutalıbov tərəfindən vaxtilə vəzifəyə təyin edilən xeyli kadrı işdən uzaqlaşdırıb.
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Şamaxıda zəlzələ oldu
22 fevral 2026 10:47
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
