Əlyazmalar İnstitutunda Xocalı faciəsi anılıb
Əlyazmalar İnstitutunda Xocalı faciəsi anılıb
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli xalqımızın başına gətirilən faciələr barədə məlumat verib. O bildirib ki, Milli Məclis Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevral ayının 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. İndiki dövrdə bu qərarın nəticəsi kimi Azərbaycan dövləti Xocalı soyqırımı haqqında həqiqətləri olduğu kimi dünya dövlətlərinə, geniş ictimaiyyətə çatdırılması üçün uğurlu siyasət yürüdür, əməli addımlar atır. Aybəniz Əliyeva-Kəngərli bu sahədə cənab prezident İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın, “Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətini xüsusi olaraq qeyd edib.
Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov tarix boyu sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan xalqının başına gətirilən faciələrdən bəhs edib. O, müasir dünyada hələ də açıq, aydın faktları gözardı edən, ermənilər tərəfindən xalqımızın başına gətirilən bu misli görünməmiş soyqırıma biganə yanaşan anti-humanist qüvvələrin az olmadığını bildirib. O, qeyd edib ki, bütün bu ədalətsizliklərə baxmayaraq dövlətimiz Qarabağ müharibəsi, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün məqsədyönlü və ardıcıl siyasət yürüdür.
Fil.ü.f.d., tanınmış jurnalist, Xocalı faciəsinin canlı şahidi Yusif Bağırlı öz xatirə və təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. O, Xocalı aeroportunun komandanı, Azərbaycanın milli qəhrəmanı Əlif Hacıyevin şəhərin dinc əhalisini xilas etmək üçün göstərdiyi şücaət və rəşadətdən bəhs edib.
İnstitut əməkdaşları Təranə Cavadova və Şöhrət Səlimbəyli Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra institutunun Gənc alim və mütəxəssislər şurasının sədri, fil.ü.f.d. Aytən Quliyeva söz alıb və tarixi qəhrəmanlıq səhifələri ilə dolu olan bir ölkənin gənc vətəndaşı olmaqla fəxr etdiyini bildirib. O, bir gənc alim kimi ölkə rəhbərliyinin erməni qəsbkarlarına qarşı məqsədyönlü siyasətini daim izlədiyini və bu yolda əlindən gələni etməyə hazır olduğunu qeyd edib.
Sonda çıxış edən İnstitutun elmi katibi, dosent Əzizağa Nəcəfzadə tarixi keçmişimizə ətraflı şəkildə nəzər salıb və Xocalı söyqırımı zamanı mənfur düşmənə qarşı şücaətlə mübarizə aparan döyüşçülərimizdən, eləcə də bu hadisələri işıqlandıran dəyərli həmvətənlərimizdən danışıb.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı
21 yanvar 2026 16:49
- 73 yaşlı Əli Abbasov bu sahədə çalışacaq
10 yanvar 2026 21:05
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
2 yanvar 2026 12:10
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 2025 21:44
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Laçının işğaldan azad edilməsindən 5 il ötür
1 dekabr 2025 11:24
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 2025 22:51
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
