“Nar” abunəçilərin internetə olan tələbatını tam ödəyir
Ölkənin ən gənc mobil operatoru olan “Nar”, abunəçilərinin yüksəksürətli internetə olan gündəlik tələbatını ödəmək istiqamətində strategiyasını uğurla davam etdirir.
Şirkətin mətbuat xidmətindən NUH.az-a verilən məlumata görə, bu məqsədlə mobil operatorun təqdim etdiyi məhsullarla abunəçilər geniş və yüksəksürətli 4G şəbəkəsindən yalnız mobil telefonlarında deyil, ev və ofislərində də yararlana bilərlər. “Nar”-ın yüksəksürətli internetə çıxış imkanı verən “Qutu”, “Nar Wi-Fi” və “Nar MiFi” məhsulları ölkənin telekommunikasiya bazarında böyük maraqla qarşılanıb. Belə ki, son 1 ayın nəticələrinə əsasən, “Qutu” istifadəçilərinin sayı 50%, “Nar Wi-Fi” istifadəçilərinin sayı 22%, “Nar MiFi” istifadəçilərinin sayı isə 40% artıb. Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi hər 3 məhsul abunəçilərə innovativ xidmətlərdən yararlanaraq hər zaman onlayn olmağa və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə etməyə imkan verir.
“Nar”-ın Kommersiya direktoru Qəhrəman Kazımovun sözlərinə görə, “Nar” təqdim etdiyi məhsul və həllərlə abunəçilərin gündəlik həyatlarına rahatlıq gətirən telekommunikasiya şirkətinə çevrilib: “Nar” olaraq bu istiqamətdə təqdim etdiyimiz məhsullar müasir dövrün tələblərinə, abunəçilərin ehtiyac və istəklərinə uyğundur. Müştəriyönümlü brend strategiyamıza əsaslanaraq, “Nar” bundan sonra da təqdim etdiyi məhsul və həllərlə müştərilərinin gündəlik həyatlarında etibarlı tərəfdaş olmağı hədəfləyir.“
Qeyd edək ki, “Nar Wi-Fi” yeni mənzilə, ofisə və ya bağ evinə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün ən münasib məhsuldur. “Nar Wi-Fi” sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə (LTE / 4G) çıxış əldə edir.
Mobil operatorun təqdim etdiyi digər məhsul - “Nar MiFi” ilə abunəçi olduğu yerdən asılı olmayaraq, hər zaman onlayn olur və sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edir. “Nar MiFi” cihazını istifadəçi istənilən yerə apara və interneti dostları və yaxınları ilə asanlıqla paylaşa bilər.
“Nar”-ın təqdim etdiyi “Qutu” isə Azərbaycanın rabitə bazarında ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi ilə “Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
