- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
Azərbaycandan çıxarılan 5 milyardın sahibi bilindi
İdman3 mart 2019 18:29
Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Vidadi Əliyev şahid qismində ifadə verib. Şahid bildirib ki, onu işə Malik Əliyev dəvət edib:
"Maliklə daha əvvəl bank sahəsində işləyərkən tanış idik. Həmin ərəfədə işsiz idim. O da məni işə dəvət elədi. Mənə dedi ki, işim pulları saymaq və saxta olub-olmamasını yoxlamaqdır".
Kassir işləyən Vidadi Əliyev suallara cavabında deyib ki, işi sadəcə pulları mədaxil etmək olub. O deyib ki, çıxarılan pullardan xəbəri olmayıb.
Hakim xatırladıb ki, cinayət işi materiallarında görünür ki, təkcə "Elektromaş" MMC-nin adına 2014-cü il 29 oktyabrında müxtəlif məbləğlərdə 10 milyona yaxın pul köçürülüb.

Hakim həmin məbləğləri xatırladıb. Məlum olub ki, təkcə həmin gün 978 min, 97 min, 2 milyon, 234 min, 233 min, 363 min, 403 min, 931 min, 293 min, 390 min, 385 min, 765 min və digər məbləğlər mədaxil edilib.
O da məlum olub ki, elə gün olub ki, 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb. Məlumata görə, həmin məbləğlərin V.Əliyev tərəfindən götürülməsi və mədaxil edilməsi ilə bağlı sənəd də imzalanıb.
Bununla da Malik Əliyevin rəhbərliyi ilə bu şəbəkə "AGbank"ın ofisində icarədar kimi ofis götürərək bank kimi fəaliyyət göstərib. Bununla da onlar fəaliyyətlərinə bank görüntüsü yaradıblar. Daha sonra həmin pullar nağdlaşdırılaraq ölkədən çıxarılıb.
Bütün bu əməliyyatlar 2013-2015-ci illərdə həyata keçirilib və ümumi olaraq 5 milyard 500 milyon manat xaricdə olan ayrı-ayrı şirkətlərin hesablarına köçürülərək ölkədən çıxarılıb. Məbləğlər 9 ayrı şirkət adına qəbul edilib. Bu şirkətlər də təqsirləndirilən şəxslərin adına açılıb.

Azərbaycan Beynəlxalq Bankının "Nəqliyyat" filialının direktoru olmuş Kənan Orucov məhkəmədə şahid qismində ifadə verib.
Xatırladaq ki, K.Orucov Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə birlikdə milyonların mənimsənilməsi ittihamı ilə hakim qarşısına çıxarılmışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı ildə çıxardığı hökmdə K.Orucov şərti cəza almışdı. Həmin hökmlə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ötən prosesdə Malik Əliyev 2013-cü ilə qədər "Röyalbank’’da işlədiyini deyib.
Təqsirləndirilən Əliyev də bu işdə Əlican adlı Türkiyə vətəndaşının adını çəkib.
"Rüfəti tanıyırdım. Mənə dedi ki, türkiyəli bir iş adamının yanında işləyir. Mal gətirir, dövriyyəsi böyükdür. Bildirdi ki, pul köçürmə əməliyyatlarında problemlər olur. Məndən işləməyi təklif elədi. Həmin ərəfədə işsiz olduğum üçün razılaşdım. Bank işlərini bildiyim üçün bu işi qəbul elədim. İlk maaşım 300 dollar idi. Sonra isə 1400 manat almağa başladım. Bizə "Azəriqaz Bankın" "Xətai" filialında ofis verildi. Əməliyyatlar, pul köçürmələr orada həyata keçirilirdi. Mən müqavilələrin düzgün olub-olmadığını yoxlayırdım. İş çox olduğu üçün Vidadi, Ülkər və Arzunu da işə dəvət etdim. Onlar mənim əvvəlki iş yoldaşlarım idi"- deyən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Deyib ki, heç bir şirkəti olmayıb və bu işdə sadəcə ötürücü rolunu oynayıb.
Malik Əliyev "Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, ittihama əsasən, "Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb.
Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.
Rüfət Vəliyev özünü "Provision Group”, "İmpeks+”, "Blast”, "Qalaksi A”, "Asin Co. LTD”, "Primo A” və "İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.
A.Mövsümov onlar üçün "AGbank”ın Xətai filialında otaq ayırıb. M.Əliyev "Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.
İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb.
Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Rəsmi ittihama görə, M.Əliyev "Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, "İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, "Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, "Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, "Asin Co. LTD” vasitəsilə 79 milyon manat, "Primo A” MMC vasitəsilə 213,5 milyon manat, "İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Ümumi məbləğ 5 milyard 500 milyon manatdır.
Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər. Onlar hansısa təzyiqlərdən qorxaraq bunu gizlədirlər. Yoxsa, gün ərzində milyonlar daşıyan adamın pulların əsl sahibini tanımaması nə qədər inandırıcıdır?
Musavat.com bu işlə bağlı eksklüziv məlumat əldə edib. Məlumata görə bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub. Eldar Mahmudovun oğlu Anar Mahmudovun ofşor hesablara sahib olması barədə dəfələrlə məlumatlar dərc etmişik.

Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon bir gündə ölkədən çıxarılmışdı. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı.
30 milyon Dominikan Respublikasında qeydiyyatda olan "Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb. Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğdir.

Pulların həqiqətən də Eldar Mahmudova aid olmasını sübut edəcək bir neçə məqamı qeyd edək. Pulları ölkədən çıxaran şəbəkə "AGbank"ın ofisində himayə olunub. O zaman "AGbank"ın sədri Çingiz Əsədullayev idi. Əsədullayev Eldar Mahmudovun dostu idi. Mahmudov vəzifədən qoyulduqdan sonra Əsədullayev deputatlıq mandatını və digər vəzifələrini də itirdi.
Digər bir məqam isə pulların böyük hissəsinin ölkədən Azərbaycan Beynəlxalq Bankının müxtəlif filiallarından çıxarılmasıdır. O zaman isə Beynəlxalq Bankda Eldar Mahmudovun qudası Cahangir Hacıyev sədrlik edirdi...
Mənbə: Musavat.com
Oxşar xəbərlər
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
- Ramiz Mehdiyevin qardaşı oğlu ilə bağlı ŞOK DETALLAR
1 dekabr 2025 11:47
- Dünyanın ən balaca atı — FOTO
28 noyabr 2025 00:14
- ARAZ supermarketlər şəbəkəsi -Zəfər xatirələri- sənədli filmini təqdim edib
24 noyabr 2025 11:31
- Mikoyan: Müsəlman hara, general olmaq hara - Həzi Aslanovun QƏTLİ
21 noyabr 2025 21:22
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 2025 14:25
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 2025 00:38
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 2025 22:05
Xəbər lenti
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 01:05
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 00:36
- Seçkilərə hazıram… –Zelenski Trampa cavab verdi
09 dekabr 23:22
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
09 dekabr 21:43
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
09 dekabr 21:06
- Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu
09 dekabr 20:20
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
09 dekabr 20:01
- Namizəd Səfərov saxlanıldı
09 dekabr 19:52
- AZAL-ın təyyarə qəzası ilə bağlı SON DƏQİQƏ: Qazaxıstan AÇIQLAMA YAYDI
09 dekabr 15:06
- Dekabrın 10-da Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
09 dekabr 14:17
- İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri oldu (YENİLƏNİB)
09 dekabr 13:49
- Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə
09 dekabr 12:38
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
09 dekabr 12:25
- Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
09 dekabr 12:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
