Xadimə və fəhlələrin adına 200 min dollar kredit götürülüb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə şahid qismində Gülputa İspərova ifadə verib.
O bildirib ki, "İntertekstil" şirkətində xadimə vəzifəsində çalışıb.
Şahid qeyd edib ki, şirkətin rəhbər şəxsi olan İlham Ağaverdiyev işçilərdən Beynəlxalq Bankın sənədlərinə qol çəkməsini istəyib: "Biz avtobusla Bakıya gəlib, sənədlərə qol çəkdik. Sonra oğluma toy edəndə banka müraciət etdim. Dedilər ki, adıma 250 min manat kredit var. Mən də evə getdim. Bakıya gələndə heç yolpulumuzu da vermədilər".
Məhkəmədə elan olunub ki, İspərovanın adına Beynəlxalq Bankdan 200 min dollar kredit ayrılıb, hazırda 90 min manat faiz borcu qalıb.
Daha sonra "İntertekstil" şirkətidə usta kimi çalışmış Etibar Babayev dindirilib. O qeyd edib ki, İlham Ağaverdiyevin istəyi ilə banka aparılıb, sənədə qol çəkib: "Özümə kredit götürmək istəyəndə adıma 200 min dollar kedit ayrıldığını öyrəndim. Təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilovu tanıyıram, ora hərdən gəlirdi".
Şahid Ramiz Allahverdiyev də "İntertekstil" şirkətində çalışdığını, banka aprılıb, adına kredit götürüldüyünü söyləyib. O, şirkətdə D.Xəlilovu tanıdığını deyib: "Düzdü, banka getməyə bilərdim. Lakin qorxurdum ki, məni işdən çıxardarlar. Ona görə də dediklərinə əməl etdim".
Prosesdə şahid Fərman Bağırov da ifadə verib. Onun sözlərinə görə, "İntertekstil" şirkətində sürücü kimi çalışan zaman şirkətin rəhbər şəxsi İlham Ağaverdiyev onları Bakıya gətirib, Beynəlxalq Bankdan kredit sənədlərinə qol çəkdirib: "Aradan bir müddət keçəndən sonra öyrəndim ki, adıma bankdan 200 min dollar pul götürülüb. Sənəddə rəqəmləri görmədim. Sadəcə, qol çəkməyimi istədilər. Dedilər ki, fabrik tikilməlidir, pul lazımdır. Ona görə də sənədlərə imza atdım. Bu şirkət sanki cəngəllik idi".
Suallara cavab verən F.Bağırov söyləyib ki, kredit sənədlərə qol çəkməkdən imtina edə bilməyib: "Axı mən imtina etsəydim, kollektiv mənə necə baxacaqdı?"
Şahid qismində dindirilən "İntertekstil" şirkətinin işçisi olmuş Mikayıl Cəlalov deyib ki, Beynəlxalq Bankdan adına 200 min manatlıq kredit götürülüb. Bu şahid də qeyd edib ki, şirkətin rəhbər şəxsi İlham Ağaverdiyevin istəyi ilə Bakıya gəlib, bankda sənədlərə qol çəkib.
Təqsirləndirilən Mahir Qafarov gözündən əməliyyat olunacağını deyib və məhkəmədən bir neçə günlük vaxt istəyib. Digər təqsirləndirilən Samir Hacıyev isə bir neçə gün bundan əvvəl əməliyyat olunduğunu, hazırda səhhətinin normal olduğunu söyləyib.
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
- TƏCİLİ! Ramiz Mehdiyevin qızı ilə bağlı qərar verildi
8 dekabr 2025 11:47
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Prezident Qırğızıstan nümayəndə heyətini qəbul etdi - Fotolar
7 dekabr 2025 13:35
- ƏBƏLFƏS Qarayevin BİZNES İMPERİYASI : Hotel, balıq, neft... (SİYAHI)
6 dekabr 2025 14:03
- Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
3 dekabr 2025 20:38
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
