Mətanət-A şirkətinin prezidentinə ağır ittihamlar: Məni gorov götürüb... (VİDEO)
Reportaj7 mart 2019 19:27
Şirkət isə bu ittihamları rədd edir
"Mətanət-A" tikinti şirkətinin prezidenti Elxan Bəşirov dayısının mülklərini və bütün sərvətini əlindən alıb.
Bu barədə Qaynarinfo-ya şirkət rəhbərinin dayısı oğlu Altay Bayramov məlumat verib. O, E.Bəşirovun onun ailəsinə qarşı qərəzli olduğunu və bu səbəbdən illərdir ki, onlara zülm etdiyini deyib:
"Uzun müddət "Mətanət-A" şirkətində çalışmışam və son işim şirkətin cənub bölgəsinin satış təmsilçisi olub. 2015-ci ildə atam Ərəstun Bayramovun (Elxan Bəşirovun dayısı) Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən ərazidə istirahət mərkəzi tikməsi Elxan Bəşirovda ailəmizə qarşı nifrət hissi oyadıb. Belə ki, onun həmin ərazidə olan bütün torpaqları almaq məqsədi var imiş. Atamın ona, "yerin pulunu ver, götür", deməsi Elxan Bəşirovu daha da qəzəbləndirib. Bu hadisədən sonra Bəşirovun qara mühasibatlığını aparan qardaşım Ziyatay Bayramov işdən qovulub və mənimlə əsl müharibəyə başlayıb".
Elxan Bəşirov
Şikayətçinin sözlərindən belə çıxır ki, şirkət uzun illər vergidən yayınıb.
Altay Bayramov bildirib ki, Elxan Bəşirovun saxladığı qoçu dəstəsi onu girov götürərək şirkətin "Luxen Plaza"da yerləşən satış ofisində hədə-qorxu ilə müxtəlif sənədlərə qol çəkməyə məcbur ediblər.
"Elxan Bəşirov qoçuları vasitəsilə mənə məxsus sənədləri, şəxsi netbukumu, Xırdalan şəhərində yerləşən evimizin sənədlərini, işlədiyim müddət ərzində apardığım iş hesabatını və şirkətdə 12000 manat depozitimin olmasını təsdiq edən sübutları ələ keçirib. Girovluqda olduğum zaman Elxanın mühafizə rəisi Yalçın İbayev məni başımdan vuraraq, xəstəxanalıq edib. Bəşirovun hədələrindən qorxub səsimizi çıxarmırdıq, amma indi əlimizdə heç nəyimiz qalmayıb. 2016-cı ildən bu günə qədər Xırdalan şəhəri, H.Aslanov küçəsi 90 ünvanında yerləşən evimiz Elxan Bəşirovun girovluğundadır və Elxanın qoçu dəstəsi bizi evimizə daxil olmağa qoymur".
Şikayətçi bununla bağlı videomaterial da göndərib. Həmin videomaterialı təqdim edirik:
Məsələ ilə bağlı "Mətanət-A" şirkətindən Qaynarinfo-ya bildirilib ki, rəhbərlik haqqında deyilənlər həqiqətə uyğun deyil və Altay Bayramov şirkətə külli miqadarda ziyan vurduğu üçün işdən çıxarılıb:
"Bayramov Altay "Mətanət-A” şirkətində satış təmsilçisi kimi işlədiyi dövrdə külli miqdarda mənimsəmə əməli törədib. Bu, Bayramov Altayın özünün iştirakı ilə, müştəri izahatları ilə, müstəqil auditor rəyi və Bayramov Altayın özünün izahatı ilə təsdiqlənib. Həmin tarixdən bəri, Bayramov Altay Ərəstun oğlu mütəmadi olaraq şirkətə dəyən zərərin əvəzini ödəyəcəyini bildirsə də, dəymiş ziyan indiyədək ödənilməyib. Ona görə də, Bayramov Altay Ərəstun oğlunun vəzifəsindən sui-istifadə etməklə yol verdiyi mənimsəmə əməllərinə hüquqi qiymət verilməsi və "Mətanət A” şirkətinə vurulmuş ziyanın aradan qaldırılması üçün iş Bakı şəhər Prokurorluğuna göndərilib. "Mətanət–A” şirkətinin hüquqi ünvanı Bakı şəhərində yerləşir. Bu faktı Vergilər Nazirliyinin rəsmi saytından da dəqiqləşdirə bilərsiniz. Ona görə işə qanunvericiliyə uyğun olaraq Bakı şəhər Prokurorluğunda baxılmalıdır.
Həmin şəxsin öz qanunsuz əməllərini aradan qaldırmaq əvəzinə "Mətanət-A” şirkətinin rəhbərliyi, həmçinin öz vəzifələrini icra edən dövlət orqanları haqqında qarayaxma və böhtan xarakterli heç bir əsası olmayan iddiaları tamamən əsassızdır".
Oxşar xəbərlər
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
Xəbər lenti
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
