“3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilsin”
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərini hökumətə təqdim edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə mərkəzin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir: “ Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir.
Təklif etdiyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır.
3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir.
Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşaqları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdlr.
Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir.
Bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır”.
İqtisadçı həmçinin sözügedən illik məbləğin ödənilməsi yollarını da təklif edib: “Əvvəla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğulluq proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik”.
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 2026 14:32
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
