“Nar”ın direktoru İKT sammitində çıxış edib
“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke Mərkəzi və Şərqi Avropa ölkələrinin 3-cü Sofia İnformasiya Texnologiyaları Sammitində məruzəçi kimi iştirak edib.
Şirkətin mətbuat xidmətindən NUH.az-a daxil olan məlumata görə, dünyanın aparıcı İT və telekommunikasiya şirkət rəhbərlərinin iştirakı ilə martın 7-də keçirilən ənənəvi tədbirdə İKT sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında danışılıb. Azərbaycan telekommunikasiya sahəsini sammitdə təmsil edən “Azerfon”un baş icraçı direktoru Q.Panke müasir dövrdə rəqəmsal tranformasiya mövzusunda çıxış edib və rəqəmsal transformasiyanın telekommunikasiya şirkətlərinə verdiyi üstünlüklər barədə ətraflı danışıb. Böyük maraqla qarşılanan çıxışında Q.Panke bildirib: “Rəqəmsal transformasiyanın bir neçə əsas aparıcı istiqaməti var. Birincisi, getdikcə daha çox insanın smartfonlardan istifadə edərək daha çox rəqəmsal xidmətlərdən xəbərdar olmasıdır. İkincisi, qarşılıqlı rəqəmsal əlaqədir; Müştərilər birbaşa olaraq öz xidmət operatorları ilə əlaqə saxlamaq istəyir və bu mənada biznes sifariş, çatdırılma və xidmətin tam avtomatlaşdırılmasını dəstəkləyir. Növbəti istiqamət 5G texnologiyasının tətbiqidir. Böyük həcmli məlumatların yüksək sürətlə ötürülməsi, məlumat mübadiləsi zamanı yaranan gecikmələrin minimal səviyyəyə endirilməsi yeni rəqəmsal tətbiqlərin və xidmətlərin yaranmasına imkan verəcək. Bu da bütün sahələrin rəqəmsal transformasiyasına təkan verəcək”. Q.Panke rəqəmsal transformasiya prosesinin gələcəkdə “Nar”-da tətbiqi strategiyası üzərində intensiv çalışıldığını vurğulayb.
Qeyd edək ki, Q.Panke sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 ildən artıq təcrübəyə malikdir. O, Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb.
Qeyd edək ki, 3-cü Mərkəzi və Şərqi Avropa ölkələrinin İKT Sammitində yeni bazar trendləri, texnoloji nailiyyətlər, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Forumda Mərkəzi və Şəqi Avropa ölkələri ilə yanaşı, Yaxın Şərq, Türkiyə, Qafqaz regionundan İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərin rəhbərləri və baş icraçı direktorları, eyni zamanda şəbəkə operatorları, IXP (Internet exchange point), ISPs (Internet service provider), OTTs (Over the top), təhlükəsizlik və digər həll provayderləri sahəsində 300-ə qədər mütəxəssis iştirak edib. Sammitin keçirilməsində məqsəd aparıcı telekommunikasiya şirkətlərinin rəhbərlərini bir araya gətirmək, qarşılıqlı təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqla, inkişaf edən telekommunikasiya mənzərəsində gəlirliliyi artırmaq üçün strategiyalar irəli sürməyə şərait yaratmaqdır.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
