“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti AppLab proqramının növbəti məzunlarını elan edib.
NUH.az məlumatına görə, 2018-2019-ci illər ərzində “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək üçün təşkil edilmiş tədbirdə “Run2Help”, “Bilik.al”, “Madebyaz” və “Balta” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın mühüm rolu haqqında danışıblar. Gənc developeralərə “Bakcell” şirkətindən xüsusi sertifikatlar təqdim olunub.
“Biz görürük ki, Azərbaycanın gəncləri çox böyük bir potensiala malikdirlər. Mən əminəm ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə bilər. Bakcell fəxr edir ki, ölkənin ən innovativ məkanlarından biri olan “AppLab” Mərkəzindəki şəraitdən yararlanan komandaların yaratdığı mobil tətbiqetmələr və məhsullar müxtəlif platformalar üzərindən yüklənir və artıq istehlakçılar tərəfindən aktiv şəkildə istifadə olunur. Bu, bizim fəaliyyətimizin effektiv olmasının bariz nümunəsidir və biz “AppLab” iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur duyuruq”,- deyə “Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib.
Qeyd edək ki, “Bakcell” ölkədə startapların inkişafına yönəlmiş layihələrinin həyata keçirilməsini dəstəkləyən ilk şirkətlərdən biri olub. “AppLab” proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
Ötən ilin sonunda İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə imzalanmış müqavilə çərçivəsində “Bakcell” ilə İNNOLAND startaplar üçün inkubasiya proqramını birlikdə həyata keçirirlər. Buna görə də “AppLab” artıq Akselerasiya Mərkəzi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, AppLab Akselerasiya Proqramına ərizə qəbulu açıq elan edilib. Daha öncə “AppLab”da inkubasiya prosesini uğurla başa çatdırmış “Run2Help” layihəsi isə artıq “AppLab” Akselerasiya Mərkəzinə qəbul olunub.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan “Bakcell” şirkəti yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələri dəstəkləməyə davam edəcək.


- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! (YENİLƏNİB)
2 fevral 2026 11:11
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
