- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
Spikerin Moskvada yeni əmlakları aşkarlandı – Milyonlarla dollarlıq evlər
Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə 2014-cü ildə keçirdiyi əməliyyatla bağlı bu yaxınlarda yayılan məlumatlar gündəmin əsas müzakirə mövzularından biri olaraq qalır. Yayılan məlumatlardan belə məlum oldu ki, həmin ünvanda yerləşən “Kapriz” adlı sauna-striptiz klub Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsusdur.
Təqdim olunan sənədlərdən də həmin obyektin Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirildiyi ortaya çıxdı. Daha dəqiqi, real bazar dəyəri 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edən striptiz klubun təsisçisinin Milli Məclisin sədrinin həyat yoldaşına məxsus “Arizarum Qrup” MMC olduğu məlum olub.
Rusiya polisinin xanım Əsədovaya məxsus klubda əməliyyat keçirməsinin səbəbi isə orada narkotik maddələrin satılmasına dair şikayətlər olub. Əməliyyat zamanı bu faktın təsdiqini tapdığı, hətta videoçəkiliş aparıldığı, KİV üçün reportaj hazırlandığı da məlum olub.
Ancaq 2014-cü ildə baş verən bütün bu faktların, məlumatların hansı şərtlərlə gizlədildiyi, qarşılığında nə istənildiyi və eləcə də indi niyə dövriyyəyə buraxıldığı sirr olaraq qalır.
Təbii ki, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərlik edən bir şəxsin ailə üzvlərinin başqa ölkənin paytaxtında dəyəri 10 milyonlarla ölçülən obyektləri hansı pulla və niyə aldığı, öz obyektində belə bibırçılıqların baş verməsinə nədən imkan verdiyi də ictimaiyyəti düşüdürən başqa suallardır…
Ancaq qəribə də olsa ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan, 100 minlərlə insanın heyrətlə izlədiyi bu məlumatlara hələ də nə Oqtay Əsədovun özü, nə də ailəsi hər hansı aydınlq gətirməyib.
Düzdür, açıqlama verənlər də olub. Ancaq ictimaiyyət nə Milli Məclisin mətbuat xidmətinin iddiaların yalan olduğu üçün reaksiya vermədiklərinə dair uğursuz açıqlamasını, nə də deputat Fəzail Ağamalının “Oqtay müəllim spikerdir deyə onun ailəsi acından ölməlidir? Sahibkarlığın nəyi pisdir?” kimi tragikomik “arqumentini” bu rəzaləti izah etmək üçün yetərli hesab etməyib.
Hamı Oqtay Əsədovdan cavab gözlədiyi bir vaxtda, spikerin ailə üzvlərinin Moskvadakı əmlaklarına dair yeni məlumatlar yayılıb. Belə ki, Moskvadan Zaur Əliyev adlı şəxsin azadlıq.info-ya verdiyi məlumatdan, göndərdiyi sənədlərdən və fotosübutlardan belə aydın olur ki, spiker Oqtay Əsədovun ailəsi son bir neçə ildə Rusiyada daşınmaz əmlaka külli miqdarda vəsait yatırıb.
“Sabiq bankir Cahangir Hacıyevin həyat yoldaşının Londondakı məsrəfləri haqda məlumatlar Azərbaycan və dünya basınında tüğyan edəndən sonra Oqtay Əsədovun da bu istiqamətdən “nəfəsi açıldı”. Məlum oldu ki, spikerin həyat yoldaşı ərinin siyasi ranqı və çəkisi, digər göstəricilərini də üzərinə alaraq, sabiq bankirin həyat yoldaşını çaya susuz aparıb, susuz da geri qaytarar”, – deyə yazan müəllif, bildirir ki, Zemfira Əsədovanın Moskvadakı hüquqi və sosial ünvanlarından biri də “Triumph Palace”da ( “Zəfər Palas”) yerləşir.
“Triumph Palace” və ya “Triumf Palas” deyilən yer Moskvada ən hündür yaşayış binasıdır. Daha dəqiqi, böyük bir kompleksdir. Həm də yalnız Rusiyanın deyil, Avropanın da ən yüksək yaşayış binasıdır. Çardağı ilə birgə hündürlüyü 214 metr, qülləsi ilə birlikdə isə 264 metrdir.
“Avropanın bu ən hündür yaşayış kompleksindən əlimizdə bəzi sənədlər var. Bu sənədlər təsdiq edir ki, Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədova bu binada iki lüks mənzilin sahibidir. Bunlardan birinin dəyəri təxminən 2-2,5 milyon dollardır. O birinin dəyəri isə 5-6 milyon dollara qədər yüksək ola bilər. Məsələ burasındadır ki, bu kompleksdə mənzillərin sayı mərtəbə yüksəkliyinə görə dəyişir. Nə qədər hündürdürsə, o qədər bahadır. Zemfira xanımın aldığı mənzillərdən biri Triumf Palasın 12-ci (65 nömrəli mənzildir), o biri isə 37-ci mərtəbəsində (372 nömrəli mənzil) yerləşir” – məlumatda bildirilir.
Əsədovların binadakı qonşuları da məşhur simalardır: “”Triumf Palas” ünvanını seçən spiker ailəsi əlbəttə, aristokratiyanı nəzərə alaraq bunu edib. Atalar necə deyib, “Ev alma, qonşu al”! Amma əgər həm ev, həm də qonşu almaq kimi bir lüksün varsa, bundan ötrü yetərincə pulun, üstəlik, bir …. respublikasının parlamentinin spikeri kimi qüdrətli ərin varsa, o zaman qonşuları da, keşniş kimi, dəstə ilə ala bilərsən. Zemfira xanım Əsədova da belə qonşuları, özü də dəstə ilə alıb: məşhur aktyor Oleq Tabakov, müğənnilər MakSim, Dima Bilan, top ulduz Lolita və digərləri…”
Məlumatda mənzillərdən birinin quruluşu barədə də məlumat verilib: “372 saylı mənzilin quruluşu barədə hələlik bilgimiz yoxdur, ümid edirik, yaxınlarda olacaq. Amma 65 saylı nisbətən daha aşağıda olduğu üçün əyilib baxmaq olur. Bu mənzilin pəncərələri üzü Kremlədir (gərək əlin də, ətəyin də, yönün də böyüklərə tərəf olsun), pəncərələr döşəmədən tavana qədərdir, çox otaqlıdır, 250 kvadrat metr sahəsi var.
Mənzildə fitnes və kitabxana (etiraf edək ki, kitabxanada yalnız qalın cildli və yaraşıqlı cildlərinə görə seçilmiş kitablar düzülüb), spa-otaq, hətta kinoteatr belə var. Yeri gəlmişkən, Oqtay müəllimin bu kinoteatr azarının hardan gəlmə olduğunu anlamaq olur. Onun Bakı ətrafındakı bütün rezidensiyalarında kinoteatr mütləq və mütləq nəzərə alınır.
Mənzildə böyük salonun bir divarı boyu dünyanın məşhur şərab markalarından olan “Petrus” nümunələrindən ibarət kolleksiya düzülüb.
Şahidlərin” dediyinə görə, spikerin bu “Triumf Palas”dakı 65 saylı “kiçik” mənzilinin mebel təchizatına təxminən 1,2 milyon dollar xərclənib. Mənzil barokko üslubunda işlənib, cilalanıb…”
Məlumatda həmçinin o da bildirilir ki, Əsədovlar Rusiyada böyük biznes imperiyası qurublar: “Taunhauslar, kotejlər, mənzillər, dükanlar, avtoyuma mərkəzləri, striptiz klublar və saunalar, restoranları var. Rusiya ilə yanaşı Əsədovların Türkiyədə, Avropanın bir necə ölkələrində milyonluq mülk və biznesləri var”.
Müəllif özəl mənbələrə istinadla Oqtay Əsədovun və ümumiyyətlə Əsədovlar ailəsinin 2010-11-ci illərə qədər Rusiya ilə seyrək bağlılıqları olduğunu, bütün sahib olduqlarını sonrakı illərdə əldə etdiklərini iddia edir. “Niyə Moskva” sualı isə yenə açıq qalır.
Ümid edirik ki, Oqtay Əsədov bu dəfə çıxıb bütün iddiaları cavablandıracaq.
Vaqif
AzPolitika.info
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 2025 11:38
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 2025 22:12
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
