Son 100 ildə adını dəyişən ölkələr (SİYAHI)
Mədəniyyət25 mart 2019 11:30

Coğrafi adlar müntəzəm şəkildə öz adını bu və ya digər səbəbdən dəyişir. Məsələn, Qazaxıstanın paytaxtı Astana şəhəri tarixdə 4-cü dəfə adını dəyişərək bundan sonra Nur-Sultan adlanacaq.
Tək şəhərlər deyil, bütöv ölkələr də adını dəyişir. Sonuncu dəfə ötən il Makedoniya Respublikası Yunanıstanla çoxillik mübahisələrə son vermək və NATO-ya üzv olmaq üçün adını "Şimali Makedoniya Respublikası”na dəyişib.
Bu və ya digər səbəbdən adını dəyişmiş ölkələrin siyahısını təqdim edirik.
Şri-Lanka/Seylon
Seylonu hələ XVI əsrdə portuqallar Şri Lanka adlandırmışdılar. Bu toponim adada çoxluq təşkil edən "sinqal” xalqının adından yaranmışdı. Portuqallardan sonra Şri Lankaya hollandlar, daha sonra isə britaniyalılar gəlmişdi. Buna baxmayaraq, ada öz adını dəyişməmişdi.
Hind-Kitay yarımadasının digər ölkələrindən fərqli olaraq, Şri Lanka heç vaxt Böyük Britaniyaya nifrət etməmişdi. Çünki müstəmləkə dövründə ada ciddi iqtisadi inkişafa nail olmuşdu.
1948-ci ildə Şri Lanka Britaniya İmperiyasının tərkibində müstəqillik qazandı. 70-ci illərdə nəhayət Seylon adası Şri Lankaya çevrildi. Əvvəlcə, "Şri Lanka Respublikası” adlanan ölkə 1978-ci ildə "Şri Lanka Demokratik Sosialist Respublikası” adlanmağa başladı. Buna rəğmən, istər Qərbdə, istərsə də Şri Lankanın özündə "Seylon” adı geniş istifadə olunurdu.
2005-ci ildə Şri Lankanın prezidenti Racapaksa seçildi. Dövr çox ağır idi: ölkədə sinqallar (ölkə əhalisinin 60%-i) ilə tamillər (əhalinin 10%-i) arasında müharibə gedirdi. Milli qarşıdurmanı dayandırmaq üçün prezident Racapaksa xalqları birləşdirmək üçün "Seylon” adından rəsmən imtina etdi.
Esvatini Krallığı/Svazilend
Daha bir toponim dəyişikliyi 2018-ci ilin aprelində Svazilend dövləti ilə bağlı olub. Belə ki, yerli dildə bu ad "svazilərin torpağı” anlamını verir. Lakin kral III Msvati Böyük Britaniyadan müstəqil olmasının 50 illiyi münasibətilə ölkəsinin adını Esvatini Krallığına dəyişdi. O bunu Swaziland adının ingiliscə Switzerland (İsveçrə) adı ilə oxşar olmasını və xarici ölkə vətəndaşlarının bundan çaş-baş qalmasını əsas gətirmişdi.
İran/Persiya
İran (arilər ölkəsi) öz ölkələrini qədimdən belə adlandırsa da, sakinlərin çoxunu farslar təşkil edirdi. Hələ qədim yunanların Persiya adlandırdığı ölkə digər millətlər tərəfindən də belə adlandırılmışdı. 1935-ci ilə qədər Persiya belə adlansa da, Rza şah Pəhləvi ölkəni İran adlandırmağa başladı.
1959-cu ildə Rza şah həm İran, həm də Persiya adlarının paralel olaraq işlədilməli olduğunu desə də, 1979-cu il İran İslam İnqilabından sonra rəsmi sənədlərdə yalnız bu ad qaldı.
Kambodca Krallığı/Kampuçiya
XX əsrin ortalarından başlayaraq Asiyanın cənub-şərqində yerləşən bu ölkənin adı 5 dəfə dəyişib. 1953-cü ildə Kambodca Krallığı adlanan ölkə Fransadan müstəqillik qazanmışdı. 1970-ci ildə kral Sianuk devrilmiş, hakimiyyətə isə antikommunist və ABŞ əleyhidarı Lon Nola gəlmişdi. Bundan sonra, ölkənin adı Kxmer Respublikasına çevrilmişdi. Bu addım etnik səbəbdən atılmışdı – ölkə sakinlərinin çox bu xalqa məxsus idi.
1975-ci ildə "qırmızı kxmerlər” hakimiyyətə gəldikdən sonra ölkənin adı "Demokratik Kampuçiya Respublikası"na çevrildi. Lakin 1979-cu ildə Vyetnamla müharibədən və hakimiyyət dəyişikliyindən sonra vyetnamlı müttəfiqlər ölkənin adını Demokratik Kampuçiya Respublikasına dəyişdilər. 1989-cu ildə konstitutsion dəyişikliklərdən sonra ölkə Kambodca Respublikası adlandırıldı.
Ölkə əvvəlki adına - Kambodcaya yalnız 1993-cü ildə geri döndü. Ölkədə monarxiya bərpa edildi və dövlət Kambodca Krallığı adlanmağa başladı.
İordaniya/Transiordaniya
1921-ci ilin aprelində Millətlər Liqasının Böyük Britaniyadan aldığı mandat əsasında Fələstin ərazisində Transiordaniya Əmirliyi yaradıldı. Bu Əmirlik 1946-cı ildə tam müstəqillik qazandı. 1948-1949-cu il İsrail-Ərəb münaqişəsindən sonra Krallıq adını dəyişərək İordaniya Haşimi Krallığı qısaca, İordaniya adlanır.
Myanma Respublika İttifaqı/Birma
1948-ci ildə ingilislərdən müstəqillik qazanmış Myanma ilk vaxtlar Birma adlanırdı. Bu toponim də ölkədəki milli çoxluğun adından götürülüb. 1974-cü ildə ölkə sosialist kursu götürdü və Sosialist Birma Respublikası İttifaqı adlanmağa başladı.
Birma adındakı problem onunla bağlı idi ki, ölkə əhalisinin çoxunu təşkil edən birmalılar özlərini bama adlandırırdılar və Birma sözünü bəyənmirdilər. XX əsrin 80-ci illərində hərbi diktatura qorulduqdan sonra bir çox toponimlər, o cümlədən ölkənin adı da Myanma İttifaqına çevrildi. (Modern.az)
Oxşar xəbərlər
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
5 sentyabr 2025 17:09
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
5 sentyabr 2025 01:00
- Prezident səfiri geri çağırdı
4 sentyabr 2025 21:46
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
4 sentyabr 2025 10:39
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
3 sentyabr 2025 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
3 sentyabr 2025 14:36
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
3 sentyabr 2025 12:22
Xəbər lenti
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22
Video & Fotoqalereya
Video
Fotoqalereya