“Tetrasklin” satandan xilaskar olmur…
Novruz Bayramı ilə bağlı Prezident İlham Əliyev tərəfindən əfv edilən keçmiş səhiyyə naziri Əli İnsanov demək olar günün “gündəm”idir.
Nə var ki, həbsdən çıxdığı gün bir qədər acıqlı danışıb, daha doğrusu, nəsə deyib. Bu açıqlama da dönüb olub “böyük” siyasi şou… Guya ki, Əli İnsanov bununla siyasi mesaj verib ki, “gəlir”…
İnsanovun bu formatda, iddialı danışıq tonu köhnə mətbuata tanışdı. Tədbirlərdə jurnalistləri adam hesab etməyən, təhqir edən, az qala üzünə tüpürən İnsanov indi dönüb olub mətbuatın mələyi. Az qalıb ki, bəziləri onu “Azərbaycanın xilaskarı” elan edə…
Açığı bu günə kimi mətbuatın nədən konfet düzəltdiyinin şahidiyik və indi də eyni ssenari Əli İnsanov üçün hazırlanır. İnsanovdan o qədər doğru -yalnış yazacaqlar ki, olacaq əsl siyası xadim. Bu da tanış ssenaridir. Bəzilərinin, eləcə də müxalifətin “heç kimdən” “heç kim” qayırmasının hamımız şahidiyik. Bir iki müsahibə, yalan-doğru siyasi hay-küy vəssalam, oldu siyası xadim.
Oxudum ki, guya İnsanov iyun ayına kimi siyasi partiya və ya hərəkat yaradacaq. Guya görüşlərə başlayıb, filankəslərlə görüşüb, nəyisə müzakirə edib.
Əcəba, Əli İnsanovu dəstəkləyənlər doğrudanmı inanırlar ki, gələcək ONUNladır? Əli İnsanov bizə nə verib? Bundan sonra da nə verəcək? İnsanovun zamanında səhiyyə sistemindəki dilənçiliyi nə tez unutduq. Deyir Azərbaycan uçurumun dibindədir. Hardadır o uçurum? Əgər uçurum varsa, milləti o uçurumdan İnsanovmu çıxaracaq…? Cəfəng siyası gediş, məntiqsiz siyası addımlar və insanovsayağı boş cəfəgiyyat. Vəssalam, başqa heç nə də olmayacaq.
Daha bir incə məqam… Əcəba, Əli İnsanov prezidentmi olmaq istəyir, yoxsa 14 ilin ağrısını çıxartmağa çalışır? Nazir kreslosundan həbsxanaya gedib 14 il həbs həyatı yaşayan adamda ancaq onu həbs edənlərdən açıq çıxmaq arzusu ola bilər. Bu arzu ilə xalqı sevmək, xilas etmək arzusu arasında böyük fərq var.
Ola bilsin ki, bu günkü bəzi redaktorlar və ya yeni nəsil jurnalistlər İnsanovu tanımasın, onu məzlum, xilaskar, cəfakeş hesab etsin. Unutmayın, o, sadəcə həmin Əli İnsanovdur. Səhiyyə sisteminin anasını ağladan, korrupsioner, bir kasıba, məzluma, xəstəyə yardım etməyən, onu saymayan bir İnsanov… Onun zamanında xəstəxanalarda xəstələrə adi “tetrasklin”(qarnağrı) dərmanını pulla satırdılar. İndi deyir mən xilaskaram….
Mənim bir təklifim var. Mətbuat onunla bağlı xəbərlərə veto qoysun. Heç bir xəbərini tirajlamayaq.
Bununla da hansı daşın altında hansı ilanların yatdığı bəlli olsun. Həm də özü desin, özü də eşitsin.
Ehtimal ki, İnsanov məlum siyası gedişləri etməklə müxalif düşüncəli insanları ətrafına toplamağa cəhdlər edir.
Bu cəhdlərin fonunda müəyyən xarici qüvvənin dəstəyini də almağa çalışır. Bəllidir ki, müəyyən qüvvələr Azərbaycandakı sabitliyi pozmaq, öz siyasi fiqurunu yaratmaq üçün illərdir çabalayır.
Tükənən və inamsız müxalifətdən fərqli bir qüvvənin ortaya çıxması həmin qüvvələrin işinə də yaramış ola bilər. Bu konteksdə müəyyən məqamlarda İnsanov faktorundan bəlkə də yararlanmaq kimlərinsə işinə yarayar…
Amma hərçənd ki, o qüvvələr də kimə dəstək verməyin doğru olduğunu yaxşı bilir.
Odur ki, “İnsanov və xalq” birliyini kənara qoyun. Bu heç zaman baş verməyəcək. “İnsanov hərəkatı” Azərbaycanda ancaq vətəndaş qırğınına gətirib çıxara bilər. Bu isə heç bir azərbaycanlıya xeyir gətirməz.
Əslində İnsanov özü də əla anlayır ki, xalq onu dəstəkləməyəcək. Heç kim ona inanmayacaq və onu lider kimi qəbul etməyəcək. Sadəcə o indiki hakimiyyətdən 14 ilin ağrısını, acığını çıxarmağa çalışır. Məncə o həkim olaraq yaxşı bilir qarın ağrısını necə sağaltmaq olar. Yəqin ki, Əli İnsanovun “siyası şou”su qısa vaxtlarda bitəcək. Çünki, indi ” şou”nun deyil, ciddi siyasi, iqtisadı islahatların dövrüdür. “Ağ inqilab” gələcək vəd edir, Əli İnsanov isə vətəndaş müharibəsi… Xalq isə birincini seçir… İnsanlar yaşamaq istəyir, Əli İnsanov.
Ədil Hüseynli
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- Tı kto takoy, Rasim Balayev? Səni adam edən mən olmuşdum – Şeyx Əbdül Mahmudovla ŞOK MÜSAHİBƏ
9 yanvar 2026 20:03
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 2025 16:51
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 2025 11:30
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
29 dekabr 2025 17:33
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 19:01
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 16:43
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
