“Sobsan Boya” Şamaxıda insanları torpaqsız qoyub - Prezidentə müraciət
Region6 aprel 2019 11:31
Azərbaycanda qeyri-neft sektorunun - xüsusilə kənd təsərrüfatının inkişafı məqsədilə son illərdə bir çox proqramlar qəbul edilib, iri layihələr reallaşdırılıb. Kənd təsərrüfatı sahəsində çalışanların əməyinin stimullaşdırılması üçün dövlət tərəfindən subsidiyalar ayrılır, kreditlər verilir. Prezidentin xüsusi nəzarətində olan bu sahədə artıq ilkin uğurlar qazanılıb.
Təəssüf ki, Şamaxıdan aldığımız şikayət məktubunda göstərilən faktlar bunun tamamilə əksini göstərir. Belə ki, Şamaxı şəhər C.Məmmədquluzadə küçəsində yaşayan Niftalıyev Babası Dünyamalı oğlu mülkiyyət hüquqlarının tapdalanmasından, əmlakı olan torpaq sahəsinin zorla əlindən alınmasından şikayətçidir.
Şikayətçi bildirir ki, artıq 20 ildən çoxdur onların istifadəsində olan torpaq sahələri saxta sənədlərlə "Sobsan Boya” şirkətinə satılıb və etdikləri şikayətlərə heç kim məhəl qoyulmur. Şəhriyar qəsəbəsi ərazisində yerləşən və kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi maraqlar müqabilində tamamilə saxta sənədlər hazırlamaqla qanuni istifadəçilərindən alınaraq, "Sobsan Boya” şirkətinə verilib. İş o yerə çatıb ki, hətta vəfat edən şəxsin də adına saxta etibarnamə hazırlanıb və bu yolla torpaqların şirkətə verilməsi "qanuniləşdirilib”. Görünən odur ki, deyəsən Şamaxıda dövrümüzün yeni Şeyx Nəsrullaları peyda olub və ölən adamın adından etibarnamə alveri də edirlər. Özü də bu sənədi Rusiyadan gətirərək belə cinayətə imza atırlar.
Şikayətçi bildirir ki, istifadələrində olan 15 ha torpaq sahəsindən uzun illərdir kənd təsərrüfatı məqsədilə istifadə edirlər. Bu torpaqlar neçə-neçə ailənin dolanışıq mənbəyidir. Burada taxıl, meyvə ağacları əkilir, kənd təsərrüfatının inkişafı məqsədilə işlər görülür. Lakin, "Sobsan Boya” şirkəti sadə insanların dolanacaq yeri olan torpaqlarda süni göl yaradır, tikili inşa etdirmək üçün betontökmə işləri aparır. Yəqin ki, Şamaxıda kənd təsərrüfatı o qədər inkişaf edib ki, artıq əkinə yararlı torpaqlarda göl vurulur, ev tikilir. Dövlətin, Prezidentin kənd təsərrüfatına göstərdiyi diqqətə belə cavab verənlər də var!
83 yaşlı Babası Niftalıyev bildirir ki, istifadə etdikləri torpaqların onlara məxsus olduğunu sübut edən sənədləri olmasına baxmayaraq, nədənsə vəfat edən şəxsin "etibarnaməsinə” daha çox etibar edirlər. Dirilərin torpaq hüququnu ölülərin əliylə pozanlara isə hələ ki, "dur” deyən yoxdur. Qəribəsi odur ki, "Sobsan Boya” şirkətinin əməkdaşları torpağın qanuni sahiblərinə hədə-qorxu gəlir, hətta özlərini "Mehriban xanımın adamları” kimi qələmə verirlər. Yəqin ki, onlar cənab Prezidentin, Mehriban xanımın Şamaxıya son səfərlərindən xəbərsizdirlər və onların hər zaman kimin yanında olduqlarını bilmirlər!
"Sobsan Boya” şirkəti Şamaxıda rəngləri tündləşdirməklə çörəyi qara torpaqdan çıxan insanların gününü göy əskiyə büküb. Şikayətçi bildirir ki, şirkətin Cavid adlı əməkdaşı ilə dəfələrlə görüşüb, öz torpaq sahəsindən onlara kommunikasiya xətlərinin çəkilməsi üçün yer ayırıb. Lakin, şirkətin sahibləri ona yalançı vədlər verməklə sonda torpağına sahibləniblər.
Babası Niftalıyev bildirir ki, torpaq sahələrində min-bir əziyyətlə ağaclar əkiblər, onlara qulluq ediblər. Ancaq "Sobsan Boya” şirkəti onların əkdiyi ağacları çıxararaq yerində üzüm əkir. Və eyni zamanda həmin torpaqlarda qanunsuz, süni göl yaratmaqla bir daha Azərbaycan qanunlarını pozmurlar: "Artıq ömrümün ixtiyar çağlarını yaşayıram. Amma bu yaşıma qədər üzləşmədiyim, şahidi olmadığım qanunsuzluqla, fırıldaqla üz-üzə qalmışam. Torpaqlarımızı əlimizdən alanlar, "Sobsan Boya” şirkəti Azərbaycan qanunlarına məhəl qoymurlar. Onların hazırladıqları bütün sənədlər qanunsuzdur - hətta vəfat edən şəxsin də adına etibarnamə hazırlayıblar. Lakin, bütün bunlara baxmayaraq, biz bu gün öz halal torpağımızı əkib-becərə bilmirik. Cənab Prezident, siz hər zaman kəndlinin dayağı, himayədarı olmusunuz. Bizi öz doğma torpaqlarımızda əkin-biçinlə məşğul olmağa, halal çörəyimizi qazanmağa qoymayanlara meydan verməyin. Bizim ümüdümüz sizsiniz!”
Mənbə: Rubrika.az
Oxşar xəbərlər
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
Xəbər lenti
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
