“Qərar qüvvədə qalarsa, yüz min tonlarla kartof məhv olacaq”
İqtisadiyyat9 aprel 2019 12:57

Xəbər verdiyimiz kimi, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 1 kiloqram üçün 2 dollar, kartofda isə 1 dollar rüsum müəyyənləşdirilib.
Soğan və kələmin ixracına rüsum tətbiq olunması razılıqla qarşılansa da, kartofla bağlı atılan addım etirazlara səbəb olub. Cənub bölgəsində faraş kartof yetişdirən fermerlər etirazlarını rayon icra strukturlarına çatdırmaq üçün toplantı belə keçiriblər. Bu etirazlar Nazirlər Kabinetinin kartof ixracına əlavə rüsum tətbiq etməsinə dair qərarının doğru addım olub-olmadığına dair müzakirələrə yol açıb.
Sabiq maliyyə naziri, professor Saleh Məmmədovun məsələ ilə bağlı Musavat.com-a dediyinə görə, kartofun qiymətindəki bahalaşma mövsümi xarakterli olub: "Qiymət artımı mövsüm üçün xarakterik bir haldır: köhnə məhsul bitmək üzrədir, yeni isə bazara çıxmayıb. Bir-iki həftəlik müddətdə çox da yüksək həddə olmayan bahalaşma baş verdi. Bu, hər il baş verən prosesdir. Bunu bilə-bilə Nazirlər Kabinetinin kartofun bir tonu üçün birdən-birə 1000 dollar rüsum təyin etməsi məntiqsiz və heç bir iqtisadi qanunauyğunluğa sığmayan addımdır. Bu qərar meşədən meyvə və giləmeyvələrin yığılmasına cərimə tətbiq olunması qərarı qədər absurd, bütün bazar prinsiplərinə ziddir. Digər tərəfdən, son vaxtlar ölkədə müəyyən qədər iqtisadi fəallıq müşahidə olunur, iqtisadi artım müəyyən qədər sürətlənib. Bu isə istər-istəməz qiymətlərə də artım yönündə təsir edir. Qiymətlərin uzun müddət dəyişməməsi və ya azalması iqtisadi durğunluqdan xəbər verir. İnkişaf etmək istəyiriksə, qiymət artımının da davamlı olacağını nəzərə almalıyıq. Hökumət müəyyən iqtisadi rıçaqlarla bahalaşmanın effektiv həddə saxlamağa çalışmalıdır. Bu rıçaqlar bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmalıdır, əks halda, iqtisadi fəallığı zəiflədəcək.
Başqa bir tərəfdən, qərar prezident İlham Əliyevin müəyyən etdiyi qeyri-neft ixracının dəstəklənməsi siyasətinə, islahatlar kursuna qarşıdır. Bu siyasət qeyri-neft məhsullarının ixracının dövlət tərəfindən bir neçə istiqamətdə dəstəklənməsini nəzərdə tutur: ixracın təşviqi, prosedurların sadələşdirilməsi və sair. İxracat ölkənin valyuta ilə təminatı, qeyri-neft istehsalının stimullaşdırılması deməkdir. Bu qərar isə həyata keçirilən siyasətə qarşı yönəlib və düşünürəm ki, prezident onu dayandıracaq”.
S.Məmmədov bildirir ki, faraş kartof böyük əziyyət və maliyyə tələb edən məhsuldur: "Faraş kartof istixana şəraitində yetişdirilir, çox da baha başa gəlir. Yəni əldə olunan məhsulun maya dəyəri yüksək olur. Bunun əziyyətini və xərcini çəkib becərən fermer-kəndli ümidini ona bağlayır ki, məhsulunu xaricə satıb qoyduğu xərci çıxaracaq, əlavə də qazanc əldə edəcək. Nazirlər Kabinetinin qərarı isə onları nəinki əlavə gəlirdən, həm də qoyduqları vəsaiti geri qaytarmaqdan məhrum edir. Çünki faraş kartof-soğanı uzun müddət saxlamaq qeyri-mümkündür, iki-üç həftəyə məhv olub gedir. Məhsulun yenicə çıxarılmasına başlandığı günlərdə bu qərarın verilməsi istehsalçının gözlədiyi bütün gəlirini əlindən almaq deməkdir. Yüz min tonlarla kartofu Azərbaycan bir neçə həftəyə istehlak etmək gücündə deyil. Buna görə də qərar qüvvədə qalarsa, yüz minlərlə ton məhsul məhv olacaq. Digər tərəfdən, ixrac edilən ölkələrlə əvvəlcədən müqavilələr imzalanıb, onlar məhsul gözləyirlər. Bu məhsulu almasalar, növbəti il bir daha Azərbaycandan nəsə almayacaqlar, beləliklə də fermerlər böyük bir bazarı itirmiş olacaqlar və beynəlxalq etibardan düşmə, kəskin ziddiyyətlər olacaq”.
Professor deyir ki, belə qərarlar məhsul istehsalı planlaşdırılarkən elan olunmalıdır: "Minlərlə fermer işini planlaşdırıb, məhsul istehsal edib. Bu adamlara 5-6 ay əvvəldən məlumat verilməliydi ki, onların da işlərini başqa istiqamətdə qurmağa vaxtları olardı. Məsələn, indi qərarı gələn ilin məhsulu ilə bağlı qəbul etmək mümkündür, əgər bu bütün bazar prinsiplərinə uyğundursa. Məhsul yetişən zaman bu cür qərar verilməsi peşəkar baxımından da qəbuledilməzdir. Başqa bir tərəfdən, ötən ilin istehsal dövründə soğanın qiyməti 10 qəpik idi. Dövlət həmin vaxt daxili istehlakı planlaşdırmaqla, məhsulun bir qismini alıb anbarlarda saxlamalı idi. Bu, həm məhsul yetişdiyi dövr üçün hədsiz ucuzlaşmanın qarşısını almağa imkan verərdi, həm də indiki bahalaşma dövründə bazara məhsulla intervensiya edib qiymətləri tənzimləməyə. Bütün dünya bu yolla gedir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Düşünülməmiş inzibati qərar ciddi siyasi və iqtisadi zərərləri ola biləcək bir addımdır və ümid edirəm ki, dövlət başçısı bu prosesi dayandıracaq”.
Oxşar xəbərlər
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
3 iyul 2025 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
3 iyul 2025 11:23
- Japarov da Xankəndiyə gəlir
3 iyul 2025 10:18
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
2 iyul 2025 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
2 iyul 2025 21:29
Xəbər lenti
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
Video & Fotoqalereya
Video
Fotoqalereya