“Oğlumu qaraçılar qaçırıb diləndirmişdi” - İtkin düşmüş Nihadın anası

Bakıda aprelin 7-də itkin düşüb 3 gün sonra tapılan 11 yaşlı uşağın qaraçılar tərəfindən oğurlanıb dilənməyə məcbur edildiyi iddia olunur.
2008-ci il təvəllüdlü Nihad Mehdiyevin anası Xəyalə Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlunu küçədən qaraçılar qaçırıb: “Oynamaq üçün küçəyə çıxıb, oradan tutub aparıblar. Onu bıçaqla qorxudublar, gecələr onlarla birgə “podval”larda qalıb. Nihad deyir “bıçağı böyrümə dirəyib dedilər ki, get, dilən, bizə pul gətir”. Sonra da məcbur dilənməyə gedib, orada da polislər dilənçi kimi saxlayıb şöbəyə aparıblar. Qaraçılar son bir ildə dəfələrlə uşağımı aparıb diləndiriblər. Hər dəfə oğlumu qarşımda oturdub demişəm, “Nihad, səni kim diləndirir, kim döyür, mənə de”. Hər dəfə də deyirdi, “ana, qorxuram, deyə bilmərəm, məni öldürərlər”. Bundan öncəkilərdə axşamlar evə gəlirdi, bu dəfə 3 gün buraxmayıblar. Mən işdə oluram deyə Nihad evdə nənəsi ilə qalırdı. Oğlumun psixologiyası pozulub, müalicə olunmalıdır. Çölə çıxmağa qorxur, deyir onu yenə aparacaqlar”.
Xəyalə Mehdiyeva bu hadisə ilə bağlı polis əməkdaşlarının hərəkətsizliyindən də şikayətlənib: “Biz uşaq itən gün polisə məlumat verdik, onlar iki gün sonra zəng edib soruşdular ki, “uşağınızı tapmısınız?”, dedim yox. Yoldaşıma demişdilər ki, gedin özünüz axtarın, bəlkə bizdən qabaq tapdınız. Gecə-gündüz biz uşaq üçün gəzirdik. Gördüm onlardan heç bir hərəkət yoxdur, mən də məcbur qalıb mediaya, televiziyalara məlumat verdim. Ondan sonra bəlli oldu ki, axşamdan uşağı Nərimanovda polislər diləndiyi yerdə tapıblar, aparıb qaraçılarla “podval”da saxlayıblar. Məni efirdə görəndən sonra xəbər etdilər ki, uşağınız buradadır. Uşaq tapılandan sonra təkrar efirə çıxdım, bu dəfə də polisdən zəng edib dedilər “niyə efirə çıxırsan?”. Uşaq polisdə neçə dəfə deyib ki, anamı istəyirəm, oğurlanmışam, amma fikir verməyiblər. Polisdə Nihadın şəkli var, amma bilmir ki, tapdığı uşaq itkin düşüb. Nihadı qaçırıb dilənməyə məcbur edənlərlə bağlı da heç bir tədbir görülməyib. Uşağı bölmədən götürəndə bədəni göm-göy idi, polis dedi oynayanda yıxılıb olub. Mən şübhələnirəm ki, Nihadı qaraçılar döyüblər. Qaraçılar bundan əvvəl də Nihadı küçədə tutub deyirmişlər ki, dərsə girsən, səni öldürəcəyik. Nihad deyir “saqqallı bir kişidir, bizə dedi, heç kimdən qorxmayın”. O da məktəb paltarını evdə geyinib gedib məktəbin çölündə dayanıb sinfə girmirmiş. Buna görə də 1 il sinifdə qalıb, 4-cü sinifdə oxumalıdır, amma indi 3-cü sinifdə oxuyur. Bu gün özüm aparıb sinfə salıb qayıtdım”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında vətəndaşın iddialarına münasibət bildirib. O.Mansurzadə deyib ki, X.Mehdiyevin iddiaları həqiqətdən uzaqdır: “Nihad Mehdiyev tez-tez yaxınlıqdakı qonşu uşağı ilə birgə çıxıb şəhərin müxtəlif iri ticarət mərkəzlərinin qarşısında dilənirmiş. Aprelin 7-də həmin qonşu uşağı ilə birgə çıxaraq “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığında yerləşən parkda dilənərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Yetkinlik yaşına çatmayanların Müvəqqəti Saxlanma Yerinə təhvil verilib. Aprelin 8-i axşam anası 12-ci Polis Bölməsinə müraciət edib, ona elə oradaca bildirilib ki, övladınız filan yerdə saxlanılır və gedib təhvil almaları deyilib. Hər iki valideyn uşaqlarını götürdükdən sonra, aprelin 10-da şöbəyə dəvət olunub və onlara övladlarını nəzartədən kənar qoymaları, uşaqların avara və dilənçiliklə məşğul olmaları, təhsildən yayınmalarının yolverilməzliyi izah olunub və onlara xəbərdarlıq edilib.
İzahatında X.Mehdiyeva uşağının itməsindən 2 gün sonra müraciət etməsinin səbəbi soruşulub. O, belə izah edib ki, 11 yaşlı oğlu Nihad adətən gecə saat 3-4 radələrində evə gəlirmiş, bu dəfə isə gəlmədiyinə görə narahat olub. Bu uşaq mütəmadi olaraq şəhərin iri ticarət mərkəzlərinin qarşısında dilənçiliklə məşğul olur, növbəti belə əməllərinin birində saxlanılıb.
Valideynlər bu cür xoşagəlməz halların baş verməməsi üçün nəzarəti gücləndirməlidirlər. Hər iki valideyn uşaqlarının tapılmasına görə polisə minnətdar olmalı, təşəkkür etməlidir. Azyaşlı uşaqların dilənçiliklə məşğul olması valideyn nəzarətsizliyinin nəticəsidir”.
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir -FOTO
29 iyun 2025 17:45
- 8 yaşlı Narinin QƏTLİNDƏ YENİ DETAL - istintaqın gedişatını dəyişə bilər
29 iyun 2025 15:27
- Günel hindistanlı həyat yoldaşından danışdı - FOTO
27 iyun 2025 17:27
- Ağ xalat-lı cəllad - anasına görə SSRİ hərbçilərindən qisas alıb
25 iyun 2025 00:07
- Orta Əsrlərdə Türk Xanədanlarının saray intriqaları və zəhər savaşları
24 iyun 2025 22:55
- Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları VİDEO
24 iyun 2025 08:35
- Misir Mərdanov tapşırdı, Fərhad Bədəlbəyli Rəşid Behbudovun qızına iş vermədi - MÜSAHİBƏ
22 iyun 2025 20:11
- Rusiyanın öz başına gəldi – Dağlıq Altay türkləri ÜSYAN EDİR
22 iyun 2025 11:12
- Axundun qaçırdığı 16 yaşlı qızın atası danışdı: Elçi də göndərmək istədi, razı olmadıq – ÖZƏL
21 iyun 2025 00:08
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12