“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi olub - Foto
Əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq.
Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.
Bundan başqa, bulvar ərasizində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell üçün xüsusi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edə və burada yerləşən böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.
Azərbaycan Qran Prisinə yerli şirkətlərin maraq və dəstək göstərməsindən böyük məmnunluq duyduğunu bildirən BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yeni qurulan əməkdaşlığın gələcəkdə daha da böyüyəcəyinə əminliyini bildirib: “Bildiyiniz kimi bu ilin əvvəlində biz Formula 1 rəhbərliyi ilə Azərbaycan Qran Prisinin 2023-cü ilədək yarış təqvimində qalmasını təmin edən yeni müqavilə imzaladıq. Həmin müqavilə əsasında bəzi kommersiya haqları bizə verilmişdi və biz də bugünkü tədbir sayəsində həmin haqların ilk bəhrəsini görürük.
Bakcell kimi böyük nüfuza sahib yerli şirkətin Azərbaycan Qran Prisinə xüsusi dəstək göstərməyi bizi həqiqətən çox sevindirdi. İnanıram ki, bu gün imzaladığımız müqavilə qısa müddət ərzində hər iki tərəfə böyük faydalar verməklə əməkdaşlığın uzun illər boyunca güclənərək böyüməsini təmin edəcək”.
Tədbirdə Bakcell şirkəti adından çıxış edən şirkətin baş marketinq direktoru Todor Dimitrovski yeni əməkdaşlığın Bakcell üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib: “Bu əməkdaşlıq bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir, Bakı Şəhər Halqası isə Formula 1 təqviminin ən sürətli şəhər trekidir. Azərbaycan Qran Prisi ölkədə idman və iqtisadiyyatın inkişafı və xüsusilə Azərbaycanın dünyada tanıdılması baxımından böyük rol oynayır.
Bakcell da öz növbəsində milli mobil operator olaraq ölkənin inkişafına töhfə verən layihələrə daim dəstəyini göstərir və Azərbaycan üçün mühüm olan tədbirləri dəstəkləyir. Əminəm ki, bu əməkdaşlıq çox uğurlu olacaq və bütün tərəflərə fayda verməklə yanaşı, həm də Formula 1 həvəskarlarına əlavə imkanlar və xoş sürprizlər gətirəcək”.

- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
8 noyabr 2025 12:30
- Ərdoğan Bakıya yola düşdü
8 noyabr 2025 10:56
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
8 noyabr 2025 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
7 noyabr 2025 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
7 noyabr 2025 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
7 noyabr 2025 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
7 noyabr 2025 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
7 noyabr 2025 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
7 noyabr 2025 11:59
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
08 noyabr 12:30
- Ərdoğan Bakıya yola düşdü
08 noyabr 10:56
- Azərbaycanda dördgünlük TƏTİL başlayıb
08 noyabr 10:34
- Türkiyə Netanyahunun həbsinə order verdi
08 noyabr 01:39
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
08 noyabr 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
07 noyabr 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
07 noyabr 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 noyabr 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
07 noyabr 21:56
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
07 noyabr 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
07 noyabr 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
07 noyabr 10:18
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
07 noyabr 02:02
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
07 noyabr 01:51
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
07 noyabr 01:41
- Prezidenti təbrik etdilər - Yenilənib
06 noyabr 23:31
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
06 noyabr 12:43
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
06 noyabr 12:24
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
06 noyabr 12:06
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
05 noyabr 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
05 noyabr 20:55
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
05 noyabr 20:22
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
- Prezident qəbul keçirdi - FOTOLAR
05 noyabr 12:03
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
05 noyabr 11:33
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
05 noyabr 11:24
