Nəsimi məhkəməsinin hakimi şəhid ailəsinə hörmətsizlik edib
Şəxsi feysbuk hesabımda dəfələrlə status yazaraq bəzi səlahiyyət sahiblərini şəhid ailələrini incitməməyə çağırmışdım. Yaxından tanıdığım bir şəhid ailəsinin 4-5 aydır sənəd toplamasına baxmayaraq, hələ də "qan pulu"nu almadıqlarını bildirmişdim. Sənəd toplama prosesinin bundan sonra nə qədər davam edəcəyi də bəlli deyil. Çünki əvvəllər tələb etdikləri sənədlərin yerinə başqa sənədlər istəyirlər. İndi topladıqları sənədlərin əvəzinə gələcəkdə başqa sənəd istəməyəcəklərinə də zəmanət yoxdur.
Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 aprel 2018-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana qısa müddəddən sonra dəyişikliklər etdi. Beləliklə, ölkə başçısı vaxtilə müavinət almış şəhid ailələrinə də birdəfəlik ödəmənin verilməsi barədə rəsmi qərar verərək şəhid ailələrini get-gələ salan, onları incidən məmurların bir bəhanəsini də əllərindən aldı. Bəs həmin məmurlar necə? Süründürməçiliklərindən, vətəndaşları "incitməkdən ləzzət almaq" maniyasından xilas ola bildilərmi? Təəssüflər olsun ki, yox. Bəribaşdan onu da qeyd edim ki, mənim haqqında bəhs etdiyim şəhid Niftalıyev Vüqar Cavanşir oğlunun vərəsələrinin birdəfəlik ödəməni almaq hüququ Fərmandakı dəyişiklikdən əvvəl tanınmışdı.
Birdəfəlik ödəməyə hüququ yaranan şəhid vərəsələrinin notariat konturuna təqdim edəcəkləri səndlərin siyahısı da verilib və sonda belə bir qeyd var: "Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s." Olsun. Qanunla tənzimlənən heç bir tələbə iradımız yoxdur. Yetər ki, qanunun aliliyi və ədalət prinsipi qorunsun. Amma qorunurmu?
O da məlumdur ki, bu tip məsələlər sonucda məhkəmələrə yönləndirilir və əsas problemlər də bundan sonra başlanır. Məhkəmələrdə isə şəhid ailələrini incitmək üçün o qədər "əl yeri" qoyublar ki, adam dəhşətə gəlir. Az qala dil açıb "mən şəhidin atasıyam, anasıyam, qardaşıyam, bacısıyam" deyən sənədləri nəzərə almayıb, onların varis olmadğını sübut etmək üçün "fakt" axtarırlar. Cənablar, xanımlar, bu nə süründürməçilikdir, bu nə ötür-ötür oyunudur? Onsuz da incitdiyiniz insanların sayı-hesabı yoxdur. Barı utanın, heç olmasa şəhid ailələrini incitməyin. Nə istəyirsiz axı? Bəlkə hər kəsin fərdi qaydada Prezidentə müraciət etməsini gözləyirsiz? Əgər hamı Prezidentə müraciət edəcəksə, bəs sizin işinizin adı nədir?
Məhkəmə hakimindən ədalətsiz qətnamə
Düşünmək olardı ki, ölkə başçısının 3 aprel 2019-cu ildə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda əksini tapan ciddi tələblər bu sahədə çalışanlar üçün bir fəaliyyət proqramı olacaq: “Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”.
Çox təəssüf ki, aprelin 19-da Nəsimi Rayon Məhkəməsində (7 N-li zal) Solmaz Mustafayevanın hakimliyi ilə keçirilən məhkəmə prosesi bu düşüncələrimi və inamımı alt-üst etdi. İlk baxışdan mübahisə doğurmayan, təmin olunacağına şübhə etmədiyim kiçik bir mülki işdə bu qədər biganəlik, sübutlara etinasızlıq görəndə nisbətən mübahisəli, mürəkkəb məhkəmə proseslərində nə qədər ədalətsizliklər edildiyini bir anlığa göz önünə gətirdim.
Diqqətinizə çatdırım ki, səlahiyyətli nümayəndəsi olduğum Məmmədova Lətifə Cavanşir qızı bu il fevralın 8-də doğum akt qeydinin bərpa edilməsi haqqında Nəsimi Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdi. Ərizəçinin şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamələrin (ata və anasının, şəhid qardaşının), Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən və yaşayış yerindən verilən arayışların, məcburi köçkün vəsiqəsinin surətləri də məhkəməyə təqdim olunmuşdu. Bildirişi geç almağımız səbəbindən işin 25 fevral 2019-cu il tarixdə keçirilən hazırlıq iclasında iştirak edə bilməmişdik. Martın 27-sinə təyin olunmuş məhkəmə prosesində isə iddiaçı ilə bərabər şahid kimi mən də iştirak edirdim. Hakim nikahın bağlanması haqqında şəhadətnamənin əslini nəzərdən keçirsə də, iş materiallarına əlavə etmədi. İşin mahiyyəti üzrə onsuz da iddia ərizəsində öz əksini tapan, yəni məlum faktlara dair 2-3 primitiv sualla, ərizəçinin izahatını, şahid ifadəsini nəzərə almadan 5-6 dəqiqə çəkən prosesi yekunlaşdırdı və növbəti məhkəmə iclasının aprelin 19-da keçirilməsi barədə qərar qəbul etdi. “Gəmidə oturub gəmiçi ilə dava etməyin” faydasız olduğunu anlayaraq qərarla razılaşdıq. Guya razılaşmasaydıq nə dəyişəcəkdi ki... Həm də düşündük ki, növbəti prosesədək daha çox sübut toplamaq imkanı qazanarıq. Amma iddiaçı öz saydığını sayanda hakimin nə sayacağını hesablamayıb.
Yuxarıda da qeyd etdiyim kimi, 19 apreldə baş tutan məhkəmə iclasında etibarnamə ilə ərizəçini mən təmsil edirdim və əlavə sübutlar gətirmişdim.Eyni zamanda iddiaçını və onun ailə üzvlərini yaxından tanıyan şahidlər ifadə vermək üçün hakimin dəvətini gözləyirdilər. Şahidləri dinləməyən hakim bizimlə bir kənddən olan 4 nəfərin iştirakı ilə tərtib olunaraq imzalanan və Şəlvə kənd ərazisi üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiqlənən aktı da sübut kimi nəzərə almadı.
Sübutları təqdim etmək cəhdimə hakim susmaqla cavab verdi və heç bir sübutu iş materiallarına əlavə etmədi. Şahidlərin ifadə verməsi haqqında xahişimə də etinasız yanaşdı. Müddəti əvvəlki məhkəmə prosesindən də az, uzağı 3-4 dəqiqə çəkən məhkəmə prosesini tələm-tələsik yekunlaşdırıb “məşvərət”ə getdi və qısa fasilədən sonra qayıdaraq ərizənin təmin edilmədiyini “qət etdi”. Daha doğrusu, əvvəlcədən hazırladığı qərarı açıqladı. Çünki məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət vermədən əsaslandırılmış ədalətli qərar çıxara bilməzdi. Bu, 2-3 dəqiqə ərzində nəinki hüquqi, heç fiziki baxımdn da mümkün deyildi.
Zəruri qeyd
İddiaçının bacısı da “doğum akt qeydinin bərpa olunması” tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət edib və ərizə 12 mart 2019-cu il tarixdə hakim Günay Həşimovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təmin olunub. Ortaya məntiqi bir sual çıxır. Necə olur ki, eyni kənddə, eyni ata-ananın ailəsində doğulan iki bacıdan (təvəllüd fərqləri ilə) birinin “doğum akt qeydi” təmin olunur, digərininki yox. Axı, hər iki hakim eyni qanunlara istinad edirlər və hər ikisi Azərbaycan Respublikasının adından qətnamə çıxarırlar. Deməli, insan faktoru həmişə önəmlidir. Bütün hallarda hakimlər qanunun aliliyinə əməl etməklə yanaşı, vicdanlarının səsinə də qulaq asmağa borcludurlar. Yadımdan çıxmamış bir məqama da toxunum. Bəlkə də “doğum akt qeydi”nin bərpa olunduğu qətnamə barədə danışmamalıydım. Görünür, başqa bir xanım hakimdən yaxşı mənada “sitat” gətirməyim Solmaz xanımın xoşuna gəlmədi və bunun əksini etməklə nümayişkarənə “qətiyyət” göstərdi.
Yeri gəlmişkən, mən Günay xanımı tanımıram, Solmaz xanımı isə cəmi iki dəfə məhkəmə zalında görmüşəm. Ona görə də hər iki xanımın şəxsi keyfiyyətləri haqqında nəsə söyləmək fikrindən çox uzağam. Amma Solmaz xanımın ədalətsiz qərar verdiyinə adım kimi əminəm. Bu qətnamənin necə əsaslandırıldığını qətnamənin mətnini alandan sonra öyrənəcəm və təbii ki, mövqeyimi bildirəcəm.
Hələlik isə fikrimi emosional bir ovqatda tamamlamağa məcburam. Bu gün işğal altında olmasına baxmayaraq, Laçın rayonu da, kiçik dağ kəndi İmanlar da ürəyimizdə, yaddaşımızda yaşayır. Sıralarımız seyrəlsə də, sağ qalanlarımızın gücü bizim orada doğulduğumuzu sübut etməyə yetəcək. Bir də bizim üçün ən böyük dərd doğulduğumuz torpaqlardan didərgin düşməyimizdir. Bu boyda dərdi olan insanlar nə doğum şəhadətnaməsini itirməyi, nə də “doğum akt qeydininin bərpa edilməməsi”ni özünə dərd etməz, Solmaz xanım. O başqa məsələdir ki, ən kiçik haqqımızı qoruya bilməsək, ən böyük istəyə qovuşmağımız müşkülə çevrilər. Amalımız bu kiçik haqqı qorumaqla həm də sizi vicdan əzabından qurtarmaqdır. Çünki cəmiyyətdə çox adi qəbul edilən, hətta müdafiəsi üçün vəkil tutmağa ehtiyac duyulmayan və nəhayət şəhidin “qan pulu” ilə mübahisələnən kiçik bir mülki işdə hansısa hakimin “qalib gəlməsi”ni heç arzulamazdım.
Arif MƏMMƏDLİ
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 2025 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 2025 16:31
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 2025 16:06
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 2025 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 2025 00:06
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 2025 21:12
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 2025 09:17
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
