DGK rəhbərliyi hazır məhsulu NİYƏ külçə kimi sənədləşdirir FAKT
Monopoliyanın ölkə iqtisadiyyatına ciddi zərbə vurması, orta təbəqəni sıradan çıxartması, azad sahibkarlığa mane olması, süni qiymət artımı yaratması, əhalini hakimiyyətdən narazı salması heç kimə sirr deyil.
Bu məsələdə Dövlət Gömrük Komitəsinin rolu birmənalıdır.
Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev son illər inhisara-inhisarçılğa qarşı sözün həqiqi mənasında müharibə elan edib. Bunun üçün qanunvericilik, struktur, idarəetmə səviyyəsində bütün lazım olan addımları atıb.
Hətta cənab Prezident monopoliyada əsas rol sahibi olan DGK rəhbərliyini yenisi ilə əvəz edib. Bunu görən iş adamları, sahibkarlar düşündü ki, onların fəaliyyətinə daha maneçilik olmayacaq. DGK-nın yeni sədri cənab Səfər Mehdiyevin verdiyi pafoslu açıqlamalar isə biznes çevrəsində böyük ümidlər yaratdı. Amma atalar demişkən, sən saydığını say, görək DGK rəhbərliyi nə sayır və ən əsası necə sayır ?
Son vaxtlar DGK-nın fəaliyyəti ilə bağlı ölkə mətbuatında dərc olunan yazılar onu göstərir ki, heç nə dəyişməyib, böyük satirik Mirzə Cəlil demişkən, “Haman göl, haman qurbağa”.
DGK-nın yeni rəhbərliyinin iş adamlarına, sahibkarlara yaratdığı çoxsaylı problemlərlə bağlı NUH.az saytına tez-tez müraciətlər daxil olur.
Həmin müraciətlərdən birini dərc edirik. Müdriklər demişkən, dəniz suyunun dadını bilmək üçün bircə damcı da kifayətdir.
Məlumat üçün qeyd edək ki, Gəncədə 3 ildir fəaliyyət göstərən Salehoğlu LTD MMC şirkəti əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğuldur.
Şirkətinin rəhbəri Cənnətov Tahir Saleh oğlu Qarabağ müharibəsi veteranıdır, 1992-94-cü illərdə döyüşüb, yaralanıb və hazırda əlildir.
Şirkətin ekspertiza üzrə mütəxəssisi Məmmədov Bayram Camal oğlu DGK-nın sahibkarlara yaratdığı problemlərlə bağlı saytımıza aşağıdakıları bildirdi:
“Şirkətimiz digər şirkətlərlə xidməti müqavilə bağlaylb onlara xidmət göstərir. Hazırda AVİSTA MMC şirkəti ilə xidməti müqaviləmiz var və həmin şirkətin məhsullarını alıb əridərək istehsal edib çubuq şəkilində, yəni hazır məhsul formasında onlara qaytarırıq. Və hazır çubuqları özümüz və həmin şirkət ixrac edirik.
Son vaxtlar davamlı olaraq hər konteynerdə 24 ton olmaqla 11 konteyner hazır məhsul ixrac etmişik. Daha dəqiq desək, 10 konteyner ( yəni 240 ton ) hazır məhsul ixrac olunub, 11-ci konteyneri isə saxlayıblar. 6 konteyner məhsul Qərb Ərazi Gömrük İdarəsinin (QƏGİ ) laboratoriyasında yoxlanılıb və qanuna uyğun olaraq dövlət rüsumunu ödəyərək maneəsiz ləngimədən keçib. 4 konteyner isə bizdən asılı olmayan səbəbdən Gömrük laboratoriyasında 3-4 gün gecikdirilir və hər bir konteyner üçün hər gün 150 dollar cərimə ödəməyə məcbur oluruq. Bunu DGK rəhbərliyi bilərəkdən edir.
10 gün əvvəl QƏGİ-dən bizə deyiblər ki, sizin məhsullar DGK-nin Laborator Ekspertiza İdarəsində və Elmlər Akademiyasının Bioloji Tədqiqat şöbəsində laborator-müayinə olunacaq və 6 ay sizin məhsullar heç bir maneə olmadan ixrac olunacaq. Ancaq DGK rəhbrəliyi bizə yeni qayda təklir edir. Bizim hazır məhsulları-latun və mis çubuqları hazır məhsul kimi deyil, məhz külçə kimi sənədlışdirməyi tələb edir. Axı, biz böyük vəsait sərf edib avadanlıqlar almışıq, istehsal sahəsi yaratmışıq, əsasən Qarabağ veteranlarından ibarət olan 25 nəfər işçiyə maaş veririk, ayda 12-13 min manat qaz sərfinə, 5 min manat işıq sərfinə, ildə 20 min manat sosial müdafiə fonduna, 80-100 min manat vergiyə pul ödəyirik. Bu boyda xərclərdən sonra biz istehsal etdiyimiz hazır məhsulu necə külçə kimi sənədləşdirə bilərik?
Axı, Nazirlər Kabinetinin hazır məhsul və külçə ixracı ilə bağlı qərarı var. DGK rəhbərliyi hökumətin qərarını ayaq altına atır. Öz çirkin məqsədləri üçün.
Bircə sadə hesabla DGK-nın sahibkarın başına açdığı oyuna nəzər salaq.
Nazirlər Kabinetinin qərarı ilə 1 ton latun, mis külçənin ixrası üçün dövlətə 320 dollar rüsum ödənməlidir. Deməli bizim şirkət 24 ton külçə üçün 24 x 320 = 7680 dollar rüsum ödəməlidir.
Əslində bizim şirkət hazır məhsula görə NK-nın qərarına uyğun olaraq 1356 manat rüsum ödəməliyik. 7680 dollar hara, 1356 manat hara ? Fərqi gördünüz.
Bunu DGK qanunsuz olaraq bizdən tələb edir. QIGİ-dan bizə bildiriblər ki, yuxarıdan tələb edirlər ki, hazır məhsulları külçə kimi sənədləşdirin. Mən məsələ ilə bağlı 2 dəfə DGK-da oldum. Məni heç kim qəbul etmədi. Daxili telefonla əlaqə saxladığım şəxs bildirdi ki, biz sizə sübut edəcəyik ki, sizin hazır nəhsul külçədir. Yəni DGK zorla hazır məhsulu külçə kimi sənədləşdirməyi tələb edir. Görünür ki, DGK rəhbərliyi əlvan metalların, hazır məhsulların ixracı ilə bağlı yeni monopoliya yaratmaq istəyir”.
Bayram Məmmədov bu gün redaksiyamıza zəng edərək bildirdi ki, problemlə bağlı bir neçə saat əvvəl DGK-nın Ekspertiza İdarəsində oldum: “Şöbə müdiri İsgəndər müəllim mənə dedi ki, sizə çubuq-hazır məhsul kodu verə bilmərik, yuxarıdan tapşırıblar ki, ancaq külçə kodu verin”.
Şirkətin nümayəndəsi onu da bildirdi ki, Qarabağ veteranı olan işçilərimiz DGK-nın qanunsuz əməllərinə etiraz olaraq ölkə başçısına müraciət ünvanlayıb və yaxın vaxtda DGK qarşısında etirazımızı bildirəcəyik.
Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, şikayəti elektron poçtumuza göndərin araşdıraq. Biz şikayəti komitənin elektorn poçtuna göndərdik.
NUH.az
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
