Qarabağ veteranları DGK ilə bağlı Prezidentə müraciət etdi
Ölkənin İQTİSADİ QAPI-sını bağlamayın, açın sahibkarların üzünə, cənab Səfər Mehdiyev !
Ölkə başçısı İlham Əliyev cənablarının iqtisadi, hüquqi sahədə həyata keçirdiyi ciddi islahatlara, inhisarçılığın aradan qaldırılması istiqamətində imazaladığı qərarlara baxmayaraq hələ də bəzi dövlət qurumları vətəndaşlara, iş adamlarına, sahibkarlara yersiz maneə yaratmaqda, qanunları pozmaqda, azad sahibkarlığa əngəl olmaqda davam edirlər. Belə dövlət qurumlarından biri, bəlkə də birincisi Dövlət Gömrük Komitəsidir. Obrazlı desək, ölkənin İQTİSADİ QAPI-sı olan bu qurum uzun illər sahibkarların, iş adamlarının üzünə BAĞLI olub. Daha dəqiq desık, bu QAPI-dan ancaq azsayda monopolistlər girib-çıxa biliblər. Bu isə ölkənin iqtisadi inkişafına zərbə vurub, ölkədə süni qiymət artımı yaradıb, iş adamlarını hakimiyyətdən narazı salıb. Yəni ölkə iqtisadiyyatı bir neçə məmur-oliqarxın əlində cəmləşib, yəni TƏKƏL-çilik. Bütün bunları nəzərə alan cənab Prezident İlham Əliyev bütün çıxışlarında inhisarçılığa qarşı az qala savaş elan edib, azad bazar iqtisadiyyatının ölkəmizdə inkişafı üçün lazım olan bütün addımları atıb. Ancaq yenə də bəzi məmurlar köhnə, zərərli vərdişlərindən əl çəkmir, “bəlkə də qaytardılar” xülyası ilə yaşayırlar.
Sözün qısası, cənab Prezidentin xoşməramlı qərarlarına baxmayaraq DGK sədri cənab Səfər Mehdiyev hələ də ölkənin İQTİSADİ QAPI-sını azad sahibkarlarının üzünə bağlamaqda, yeni monopoliya mexanizmləri yaratmaqda davam edir.
Ona görə də hər gün mediada narazı sahibkarların müraciəti ilə qarşılaşırıq. Çox təəssüf ki, bu haqlı narazılıqların çoxu ölkə başçısına yetişmir.
NUH.az DGK-nın sahibkarlara yaratdığı əsassız maneələrlə, qanunsuzluqlarla bağlı xeyli müddətdir ardıcıl olaraq yazılar dərc edir.
İndi isə 3 ildir Gəncə şəhərində fəaliyyət göstərən, əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olan “Salehoğlu LTD” MMC şirkətinin direktoru, Qarabağ müharibəsi veteranı Cənnətov Tahir Saleh oğlunun və əsasən Qarabağ müharibəsi veteranlarından ibarət olan işçilərinin cənab Prezident İlham Əliyevə müraciətini dərc edirik.
Müraciətdə qeyd olunur:
“Cənab Prezidentimiz !
2017-ci ildə təsis etdiyim şirkət əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğuldur. Özüm və şirkətimdə çalışan işçilər əsasən Qarabağ veteranıdır. 2017-18-ci illərdə bir neçə xarici şirkətə və yerli müəssisələrə istehsal etdiyimiz alüminium və qurğuşun külçələr, mis şpilkalar, latun çubuqlar istehsal edib satmışıq.
2019-cu ilin yanvar-mart aylarında da xidməti müqavilə əsasında digər müəssisələrin xammalını emal edib hazır məhsul istehsal etmişik. Bu şirkətlərdən biri də “Avista” kiçik müəssisəidir. “Avista” üçün bu ilin üç ayında latun çubuqlar istehsal edərək təhvil vermişik və məhsulumuzla bağlı heç bir xarici şirkətin iddiası olmayıb. Ancaq 22 aprel 2019-cu ildə Qərb Regional Gömrük İdarəsində, Gömrük Ekspertiza İdarəsinin, AMEA Geologiya və Geofizika İnstitutunun “Analitik Mərkəz”inin rəyini almış 24 ton latun çubuğun rəsmiləşdirilməsinə problem yaradılır. Gömrük qurumları 24 ton latun çubuğu hazır məhsul kimi deyil, külçə kimi rəsmiləşdirməyi tələb edirlər.
Cənab Prezidentimiz!
Biz böyük vəsait sərf edib avadanlıqlar almışıq, istehsal sahəsi yaratmışıq, əsasən Qarabağ veteranlarından ibarət olan 25 nəfər işçiyə maaş veririk, ayda 12-13 min manat qaz sərfinə, 5 min manat işıq sərfinə, ildə 20 min manat sosial müdafiə fonduna, 80-100 min manat vergiyə pul ödəyirik. Bu boyda xərclərdən sonra biz istehsal etdiyimiz hazır məhsulu necə külçə kimi sənədləşdirə bilərik?
Digər tərəfdən konteynerlərə yüklənmiş hazır məhsullarımız bizdən asılı olmayan səbəbdən Gömrük laboratoriyasında 3-4 gün gecikdirilir və hər bir konteyner üçün hər gün 150 dollar cərimə ödəməyə məcbur oluruq. Artqı cərimənin miqdarı 1000 dolları keçib. Bütün bunlar bizim şirkəti çətin duruma salır, sifarişçi şirkətlər bizdən narazı qalır, biz öz alıcı şirkətlərimizi itiririk. Belə halın davam etməsi şirkətimizin bağlanmasına və xeyli sayda Qarabağ veteranının iş yerini itirməsinə səbəb ola bilər.
Cənab Prezidentimiz!
Bizim ümid yerimiz Sizsiniz. Xahiş edirik DGK-nın bizə yaratdığı qanunsuz maneələrin, əngələrin aradan qaldırılmasına kömək edəsiniz. Bizim məqsədimiz Sizin buyurduğunuz kimi yeni iş yerləri açmaq, məhsul ixrac etmək, ölkəmizin iqtisadi inkişafına töhfə verməkdir.
Dərin hörmətlə,
1. “Salehoğlu LTD” MMC şirkətinin direktoru, Qarabağ müharibəsi veteranı Cənnətov Tahir Saleh oğlu
2. Hacıyev Ələsgər Şamil oğlu –işçi
3. Bayramov Şahin Əli oğlu –işçi
4. Qulami Kamran Əmir oğlu –işçi
Cəmi 18 nəfər
P.S. Biz bir media qurumu olaraq DGK sədri cənab Səfər Mehdiyevə müraciət edirik: “ Cənab sədr! Möhtərəm Prezidentimizin iş adamlarına, biznesmenlərə açdığı QAPI-nı bağlamayın. Açın, ölkənin İQTİSADİ QAPI-sını insanların üzünə.
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
