Artur Rəsizadə : "Qarabağ güc yolu ilə azad edilməlidir"
Müsahibə1 may 2019 17:00
Azərbaycanın sabiq Baş naziri Artur Rəsizadə demokrat.az xəbər portalına eksklüziv müsahibə verib.
- Artur müəllim, necəsiniz? Hazırda nə işlə məşğulsunuz?
- Dubaydan yeni qayıtmışam. Özümü günəşə vermək üçün bir-iki həftəliyinə Dubaya getmişdim. Orada istirahət edirdim. Artıq Azərbaycanda da havalar istiləşib. Ona görə də hazırda Bakıda dincəlirəm.
- Ötən gün Tarif Şurası ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, qazın limitinin artırılması barədə qərar qəbul edib. Bu qərarı necə qarşıladınız?
- Bu qərarla bağlı mən mətbuatdan xəbərləri oxudum. Sözün düzü, mən indiyədək düşünməmişdim ki, bununla bağlı nə etmək olar. Ancaq Energetika Nazirliyində müvafiq idarə var. Həmin qurum enerji tariflərinə nəzarət etməlidir. Mən bu qərarı alqışlayıram.
Bütövlükdə deyim ki, ölkə Prezidentinin apardığı siyasət çox müsbətdir. Ötən gün Prezidentin keçirdiyi müşavirədə də bunu görmək mümkün idi. İnşallah verilən tapşırıqların nəticələri daha da yaxşı olmalıdır. Bunun üçün müəyyən zaman lazımdır.
Bu gün Azərbaycan müharibə şəraitində yaşayır, bizim üçün ən çətin məsələ Qarabağ problemidir. Bu gün dünyada gedən geosiyasi proseslər vəziyyəti daha mürəkkəbləşdirir. Hazırda dünyada qütbləşmə prosesi gedir. Biz buna misal kimi qonşu Gürcüstan məsələsini də deyə bilərik. Bu nöqteyi-nəzərdən ən vacib məsələ müstəqilliyin qorunmasıdır.
Digər yandan isə deyim ki, bizim 30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Hazırda Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar davam etdirilir. Ancaq bəzən görürsən ki, Ermənistan danışıqlar prosesini pozamağa çalışır. Dünya birliyi isə buna göz yumur. Azərbaycan bu cür ədalətsizliklərlə üzləşir.
30 ilə yaxındır ki, torpaqlarımız işğal altındadır. Ancaq erməni xalqı bundan nə qazanıb? Erməni millətçiləri və daşnaqlarının siyasəti nəticəsində Qarabağ münasişəsi yaranıb. Bu gün münaqişə Ermənistan xalqına sərf etmir. Gec-tez işğal altında olan torpaqlar azad olunmalıdır. Bunu erməni xalqı da anlayır. Təbii ki, Azərbaycan xalqı istəyir ki, bu işğala tezliklə son verilsin. Düzdür, Qarabağ münaqişəsinin həllinə mane olanlar da var. Amma mən hər zaman bunu söyləmişəm və indi də deyirəm: Qarabağ münaqişəsinin açarı özümüzdədir.
- Yəni, müharibə edib torpaqları işğaldan azad etməliyik?
- Bəli, əgər lazım olsa bunu da etməliyik. Bilirsiniz, tarix göstərir ki, işğal edilən torpaqlar çox nadir hallarda sülh yolu ilə geri qaytarılır. Güc yolu ilə işğal edilən torpaqlar güc yolu ilə də azad edilməlidir. Şəxsən mən belə hesab edirəm.
- Bu ay Avropa İttifaqı ilə Azərbaycan dövləti arasında tərəfdaşlıq sazişinin imzalanması gözlənilir. Bu sənədlə bağlı fikirlərinizi eşitmək maraqlı olardı...
- Bu sazişin imzalanması Azərbaycan üçün yaxşı haldır. Ancaq əmin olmalısan ki, həmin sənədin içərisində nələr yazılıb. Gərək bu sənədlə tanış olaq, sonra fikir söyləyək.
Ümumiyyətlə, bu saziş yaxşıdır. Ancaq bizim əsas işimiz odur ki, sözügedən sazişdə Azərbaycanın maraqları öz əksini tapsın. Hazırda biz bunun üzərində işləyirik. Əgər Qarabağla bağlı Azərbaycanın qəti mövqeyi həmin sənəddə əksini tapacaqsa, təbii ki, bu sazişi imzalamaq olar. Allah etməsin, əgər bu olmasa, o zaman həmin sazişin imzalanması əhəmiyyətsiz olacaq.
Avropa İttifaqı özü də maraqlı olmalıdır ki, Azərbaycan bu sazişə qoşulsun. Yəni, məsələyə ikitərəfli baxmaq lazımdır.
Əgər Azərbaycanın maraqları bu sazişdə öz əksini tapacaqsa, o zaman birmənalı şəkildə həmin sənədi imzalamaq olar. Prinsipcə, bu saziş faydalı sənəddir. O ki qaldı, bu sənədin içərisində yazılan detallara, bunu zaman göstərəcək.
- Ola bilərmi ki, bu saziş Azərbaycan ilə Rusiyanın münasibətlərinə hər hansı xələl gətirsin?
- Yox, qətiyyən belə ola bilməz. Rusiyanın marağındadır ki, onunla bizim aramızda münasibətlər yaxşı olsun. Rusiya Dağlıq Qarabağ məsələsilə bağlı da neytral siyasət aparır. Bilirsiniz ki, Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Ona görə də mən düşünmürəm ki, Rusiya bu sazişin imzalanmasına qarşı çıxaraq hər hansı təxribat etsin.
Digər tərəfdən isə hazırda Rusiyanın Qərblə münasibətləri heç də yaxşı deyil. Bu gün regionda əlavə qaynar nöqtənin yaranması Rusiyanın maraqlarına uyğun gəlmir. Biz Cənubi Qafqaz ölkələrinə baxsaq görərik ki, Gürcüstan Rusiyanın müttəfiqi deyil. Ermənistan da qənaətbəxş hesab olunmur. Rusiya bütün bunları yaxşı anlayır. Bu gün regionda Azərbaycana ən yaxın dövlət və xalq Türkiyədir. İndi Rusiyanın da Türkiyə ilə çox yaxşı münasibətləri mövcuddur. Hazırda geosiyasi proseslərdə Rusiyanın çox az tərəfdaşı qalıb. Ona görə Rusiya Azərbaycanı da itirmək istəməz. Ona görə də düşünmürəm ki, Rusiya Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sazişə qarşı çıxsın. Ümumiyyətlə, Azərbaycan və rus xalqları arasında tarixən yaxşı münasibətlər olub.
Oxşar xəbərlər
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
5 fevral 2026 22:49
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
5 fevral 2026 12:09
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
3 fevral 2026 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
Xəbər lenti
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
Video & Fotoqalereya
Video
Fotoqalereya
