"İşsizliyin tamamilə aradan qaldırılması üzərində çalışırıq"
Siyasət3 may 2019 13:36
"Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur".
Qaynarinfo-nun məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
"Son 15 ildə bizim iqtisadiyyatımız ən sürətlə inkişaf edən iqtisadiyyatlar sırasında olub. Biz mühüm islahatlar həyata keçirmişik ki, bu da bizə ölkədə biznes mühitinin yaxşılaşdırılması və sərmayə cəlb etmək imkanı yaradıb. Dünya Bankının sonuncu "Doing Business” hesabatına görə, Azərbaycan dünyada 25-ci yerdə qərarlaşıb. Ölkədə xarici sərmayələr üçün münbit biznes mühiti mövcuddur. Biz xarici borcumuzun azaldılması strategiyası üzərində çalışırıq. O, onsuz da aşağı səviyyədədir – ümumi daxili məhsulumuzun 19 faizi səviyyəsində. Eyni zamanda, biz iqtisadiyyatımızın şaxələndirilməsi, yoxsulluq və işsizliyin tamamilə aradan qaldırılması üzərində çalışırıq. Bu, gündəliyimizdə duran başlıca məsələlərdəndir. Çünki bizim iqtisadi inkişafımız insanlarımızın yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə nəticələnir. On beş il öncə əhalinin 50 faizi yoxsulluq səviyyəsində yaşayırdı. Bu gün bu göstərici 5-6 faiz səviyyəsindədir", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev nəqliyyat layihələrinə də toxunub: "Bağlılıq haqqında danışarkən istərdim Azərbaycanın iştirak etdiyi nəqliyyat layihələrini xüsusi qeyd edim. Biz bu layihələrə yalnız nəqliyyat bağlılığı kimi baxmırıq. Əslində, bu layihələr regionda ab-havanı dəyişir. Onlar geniş beynəlxalq əməkdaşlıq formatını yaradır. Azərbaycan qədim İpək Yolu üzərində yerləşir. Son illər yaratdığımız müasir nəqliyyat infrastrukturu artıq Azərbaycanı vacib tranzit ölkəyə çevirib. Yaxın qonşularımız və digər tərəfdaşlarımızla sıx əməkdaşlıq olmasa idi, biz tranzit ölkəyə çevrilə bilməzdik. Bunun üçün qonşular və tərəfdaşlar tələb olunur. Nəqliyyat sahəsinə qoyulan sərmayələr avtomatik olaraq regionda daha da proqnozlaşdırıla bilən vəziyyət yaradır ki, burada ölkələr birgə faydalanır. Bizim siyasətimiz əməkdaşlıq, qarşılıqlı anlaşma və qarşılıqlı fayda vasitəsilə məqsədlərimizə nail olmaq və ölkəni gücləndirməkdən ibarətdir. Enerji təhlükəsizliyi ilə bağlı siyasətimizdə də biz hər zaman istehsalçı, tranzit dövlətlər və istehlakçılar arasında lazımi balansı tapmağa çalışırıq. Burada hər bir tərəf fayda görməsə, uğurdan söhbət gedə bilməz. Biz hər zaman tərəfdaşlarımızın ehtiyacı olduğu vaxt onlara dəstək verməyə hazır olmalıyıq. Eyni zamanda lazım gəldikdə onlardan da eyni dəstəyi gözləyirik".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır: "Xəritəyə baxsanız Şərqdən-Qərbə, Şimaldan-Cənuba gedən nəqliyyat marşrutları ölkəmizin ərazisindən keçdiyini görərsiniz. Buna nail olmaq üçün isə gərgin işləməli olduq. Burada coğrafiya kifayət deyil, bu, yalnız ilkin şərt, zəruri element sayıla bilər. Biz nəqliyyat infrastrukturuna - dəniz limanları, dəmir yolları, hava limanları və magistral yollara böyük sərmayə yatırdıq. Beləliklə, bu gün coğrafi və nəqliyyat mərkəzi olmaq baxımından Azərbaycan tərəfdaşlarına çoxlu imkanlar təklif edir".
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- İsraillə ABŞ İrana zərbə endirdi
28 fevral 2026 14:54
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
