“Ay Hacıbala Abutalıbov, sənə 1000 manat verdim, sonra 5000 manat istədin”
Kriminal14 may 2019 13:29
Məlum olduğu kimi, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı böyük ictimai qalmaqala səbəb olub.
Modern.az xəbər verir ki, hadisə cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrətəli Temirov (ərazi onun adına oğlu Rüstəm Temirov tərəfindən rəsmiləşdirilib) barəsində toplanmış araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.
Adı çəkilən mülkiyyətçi Rüstəm Temirov isə açıqlamasında ittihamlarla razılaşmayıb:
"Özüm Moskvada, İngiltərədə oxumuş insanam, Dövlət İqtisad Universitetini bitirmişəm. İngiltərədə qalmaq şansım ola-ola vətənə qayıtmışam. Mən həmişə bu dövlət üçün çalışmışam, indi də çalışıram. Həmişə atdığım addımların qanun çərçivəsində olmasına diqqət edirəm, başqa cür ola da bilməz. Mən dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşovun qəbulunda olmuşam. Onlara ünvanladığım suallara cavab verə bilmirlər.
Nəzərinizə çatdırım ki, 2012-ci ildə Ukrayna dairəsinin yaxınlığında mənim 24 sot çıxarışlı sənədi olan torpaq sahəm vardı. Məndən xahiş edildi və həmin torpağı dövlət fonduna verim. Həmin yerdə hərbçilər üçün bina tikilib. Düşündüm ki, dövlət üçün lazımdırsa, mən bunu etməliyəm. Məhəmməd Hadi küçəsi, 93/99 ünvanındakı torpaq da onun əvəzinə mənə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilib. Niyə mən qanuni mülkiyyətçisi olduğum torpaqla bağlı problem yaşamalıyam?! Mən istəyirəm ki, hər şey halallıqla olsun. Amma baxıram ki, elə ən böyük haqsızlığı, haramlığı mənə qarşı edirlər. Məni şantaj edirdilər ki, jurnalistləri çağırıb ağacları kəsdiyini deyəcəyik. Mən bütün bunlar ola bilər deyə, foto və videoçəkilişlər aparmışam. Orada Hacıbala kişi deyib ki, ərazidə 200 ağac bir gecədə kəsilib.
Ömür boyu 24 sot torpaqda 200 ağac olmayıb. Ay Hacıbala kişi, sənə 1000 manat verdim, sonra sən 5000 manat istədin. Verməyəndə də belə haqsızlığa əl atdınız. Olmaz belə!”.
R.Temirov vətəndaş olaraq hüquqlarının tapdandığını bildirib:
"Nazirliyin bu addımı tam qanunsuzdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində qeyd edilib ki, vətəndaşların mülkiyyəti toxunulmazdır, dövlət tərəfindən qorunur və müdafiə olunur. Bəs mənim hüquqlarım niyə qorunmur?!
Ağac kəsmək cinayət işi deyil ki, bununla bağlı materiallar Baş Prokurorluğa göndərilib.
Nazirlər Kabinetinin 321 saylı qərarı var. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi İradə İbrahimova hələ 2018-ci ildə jurnalistlərin "mülkiyyətçilər ağacları kəsə bilərmi” sualını cavablandırarkın deyib ki, "əgər həyətyanı bağ sahəsinin resyterdən çıxarışı varsa, ağac vətəndaş tərəfindən kəsilə bilər. Reyster çıxarışı yoxdursa, ağac kəsilməsi qanunevricilikdə qadağandır”.
Onun sözlərinə görə, ərazidə ikimərtəbəli obyekt tikdirməyi planlaşdırıb:
"Mən bina tikən deyiləm. Mənim torpaq sahəm tən ortadadır, sağdan da soldan da binaya 40 metr var. Yəni bunun heç kimə maneəsi yoxdur. Mən orada futbol meydanı tikmək istəyirəm”.
Qanunun onun tərəfində olduğunu iddia edən mülkiyyətçi deyib ki, proses bu həftə ərzində yekulaşmalıdır:
"Ərazidə cəmi 3-4 şam ağacı vardı, o da yerində qalıb. Mən bütün sağlam meyvə ağaclarını sakinlərin iştirakı ilə köçürmüşəm. Sonadan "biri dedi "3 ağac əkmişəm pulumu ver”, biri dedi "5 ağac əkmişəm, pulumu ver”, o biri dedi "2 ağac əkmişəm, illərdir ona qulluq edirəm pulumu ver”. Mən onlara izah etdim ki, ərazi mənim şəxsi mülkiyyətimdədir, heç kimin məndən pul tələb etmək haqqı yoxdur. Mən özüm halal adamam, mərdiməzarlıq edən deyiləm. Bununla belə üstümə gələnlərin birinə 500 manat, birinə 1000 manat, o birinə 1500 manat verdim ki, bağda əziyyət çəkiblər. Bundan sonra hamısı növbəyə düzülmüşdü pul almaq üçün. Yenə deyirəm mən onlara pul borclu deyildim. Əslində ərazini illərdir istifadə etdiklərinə görə, dövlətə sağ ol deməlidirlər.
Digər tərəfdən, ərazidə kəsilən ağacların hamısı qurumuş nar kolları idi. Kəsim aparmazdan əvvəl ərazidə videoçəkiliş də aparmışam. Mən hadisələri hərtərəfəli ölçüb-biçən adamam, bunların başıma gətirilmə ehtimalını düşünmüşdüm. Əncir, alça və s.7-8 növ meyvə ağacı vardı. Onlar da vətəndaşların iştirakı ilə digər əraziyə köçürülüb. Dünən isə ərazidə öz hesabıma 4 metrəlik 39 ədəd şam ağacı əkmişəm. Bu da mənə deyilən "sağ ol!”. İllərdir Xətai rayon İcra Hakimiyyəti oraya verilən suyu kəsdiyi üçün ağaclar qurumuşdu. Gücləri mənə çatır deyəsən”.
Oxşar xəbərlər
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
2 may 2024 12:32
- Həmid Herisçi AYB-nin üzvü oldu
2 may 2024 10:36
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
1 may 2024 22:04
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
1 may 2024 16:13
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
1 may 2024 11:46
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 2024 19:48
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 2024 12:00
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
Xəbər lenti
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
Video & Fotoqalereya
Video
Fotoqalereya