“Məktəb direktoru iz itirmək üçün Elinanın qanını asfaltdan silib”
Bakıdakı 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın qırxı günündə – mayın 15-də onun doğmaları bəyanatla çıxış ediblər. Elinanın doğmaları hesab edirlər ki, bu tədris müəssisəsinin 4-cü mərtəbəsindən özünü atan qız məktəbin direktoru Sevil Abbasova və Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramovanın günahı ucbatından növbəti gün xəstəxanada ölüb.
Qıza vaxtında tibbi yardım göstərilməyib. Ağır yaralanan E.Hacıyeva sağ qalıb və məktəb direktorunun kabinetinə yerləşdirilib. Təcili yardım isə gec çağırılıb.
Elinanın anası Sevil Hüseynova və nənəsi Solmaz Sadiqova Facebook-da məlumat yerləşdiriblər ki, ailənin istintaqa iradının olmaması barədə fikirlər yalandır, ailə susmayıb və 2019-cu il aprelin 4-də direktorun kabinetində baş vermiş cinayətin ədalətli araşdırılmasını tələb edir.
“Biz yenidən ədalətli təhqiqat istəyirik. Heç kimi cəzalandırmadan işi bağlamaq istəyirlər. Ekspertiza təyin etmirlər. İstintaq bizim ifadələrimizi dinləmir. Biz müstəntiqin dəyişdirilməsini tələb edirik. 40 gün ərzində müstəntiq bir dəfə də olsun Elinanın anasına telefon edib işin gedişatı haqda məlumat verməyib. Biz istəyirik ki, xalq bilsin. Bizim Elinanı öldürdülər. Bu, intihar deyil, bu, qətldir”, – mətnin müəllifi, Elinanın rəfiqəsi bildirib. S.Hüseynovanın və S.Sadiqovanın bəyanatını o dərc edib. Səhifə Hitomi Kei adlanır.
Doğmaları bildirirlər ki, rayon İH başçısının müavini Xalidə Bayramovanın valideynlərin razılığı olmadan yaralı qızı və onun ifadələrini kameraya çəkməyə ixtiyarı yoxdur.
Küçə kameralarında qeydə alınıb ki, aprelin 4-də, Elinanın intihara cəhd etdiyi gün bir oğlan 162 saylı məktəbdən çıxır və aptekə gedir, hansısa həbləri alır və məktəbə qayıdır. Sonra hələ sağ olan Elina atasına deyir ki, özü “Tramal” preparatını içib (“Tramal” cərrahiyyə, pediatriya, travmatologiya, transplantologiya, ginekologiya, ortopediya və onkologiyada müxtəlif mənşəli intensiv ağrı sindromunun aradan qaldırılması üçün təyin edilir. Preparat zəif ağrıların aradan qaldırılması üçün təyin edilmir).
“Uşağı necə qorxudublarsa, həbləri içdiyini özü etiraf edib. Biz həmin gün direktorun kabinetində nələrin olduğunu bilmirik, ancaq Elinanın əllərinin üzərində başqa naməlum əl izləri olub, sanki onu harasa aparıblar. Biz bilmirik ona nə ediblər, biz bilmirik, onu necə qorxudublar”, – Elinanın rəfiqəsi mərhum məktəblinin anası və nənəsinin sözlərinə istinadən yazıb.
O bildirib ki, sosial şəbəkələrdə statuslar dərc etdikdən sonra X.Bayramovanın iş yerindən ona telefon edərək anasını sürücülük hüququndan məhrum edəcəkləri ilə hədələyiblər.
Elinanın rəfiqəsi bildirir ki, məktəbin direktoru Sevinc Abbasova (aprelin 16-da məhkəmə onun barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçib) Elinanın mobil telefonunu götürərək WhatsApp-ı silib. Telefondakı sim-kartı çıxarıb qırıb, Elinanın qanını asfaltdan silib.
Cinayət yerində ekspertiza davam edir, nəticələr barədə ailəyə məlumat verilmir. Valideynlərin başqa ölkədən ekspert gətirməsinə imkan verilmir ki, bu da cinayət işini ört-basdır etmək niyyəti barədə şübhələr yaradır.
“Niyə? Hər şey pulla alınıbmı? Hamını 100 dəfə dindiriblər, ancaq irəliləyiş yoxdur. Mənim direktor haqqında söylədiklərimi müstəntiq qeydə almır, halbuki, deyirdi ki, istintaqa 162 saylı məktəbin direktoru haqda informasiya lazımdır. Hər şey çox qarışıqdır. Bunu paylaşmanızı xahiş edirəm. Qoy, hamı bilsin ki, nələr baş verir”, – Elinanın rəfiqəsi yazıb.
Mərhumun anası S.Hüseynova danışıb ki, Elina öz sinif yoldaşları və yuxarı sinif şagirdləri tərəfindən incidildiyinə görə pəncərədən özünü atıb. “Məktəbdə videomüşahidə kameraları qurulub. Kadrlarda görünür ki, qızı incidirlər, boynunun arxasından vururlar.
Bu yaxınlarda Elina saçlarını boyamışdı, əvvəlcə sarı, sonra qırmızı rəngə. Məktəb psixoloqu kömək etmək əvəzinə saçlarının rənginə ilişirdi. Mən bilmirdim, ancaq məlum olur ki, qız öz rəfiqəsinə şikayət edib ki, biologiya müəlliməsi Leyla Mixaylovna onunla kobud rəftar edib. Mən müəllimə ilə danışmaq istədim, ancaq o, telefon zənglərinə cavab vermədi.
Bir dəfə Elinanın rəfiqəsi tədris hissə müdirinə demişdi ki, Azərbaycan bölməsinin 10-11-ci sinif şagirdləri qızımı incidirlər və başqalarına deyirlər ki, onunla danışmasınlar. Onu təhqir edirdilər. Dərs hissə müdiri qızın rəfiqəsindən xahiş edib ki, bu barədə bizə heç nə deməsin və məsələni araşdıracağını vəd edib. Sinif rəhbəri Çimnaz Hacıyeva isə bir dəfə də olsun telefon edib maraqlanmayıb ki, qızım haradadır, niyə dərsə gəlmir.
Qolbaq, sırğa taxanda müəllimlər o dəqiqə reaksiya verirdilər, ancaq qızıma qarşı təcavüzkar münasibətə, məktəblilərin tərbiyəsizliyinə göz yumurdular”, – qızın anası jurnalistə bildirib.
Sosial şəbəkələrdə yayılan audioyazıda 162 saylı məktəbin direktoru Sevinc Abbasova jurnalistləri 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsinin ünvanına xoşagəlməz informasiya yazmağa çağırıb. Direktor jurnalistləri Elinanın pozgun, əxlaqsız ailədən olduğunu qeyd etməyə çağırıb.
Təhsil Nazirliyi bəyanat yayaraq istintaq müddətində direktorun işdən çıxarıldığını və təhqiqatın yekunları rəsmi açıqlanana qədər gözləmək niyyətində olduğunu bildirib. Bundan sonra nazirlik qəti tədbirlər görəcək. Ölkə məktəblərində tədris və tərbiyə prosesinə ictimai nəzarət üzrə tədbirlərin genişləndirilməsi, şagirdlərin və müəllimlərin psixoloji durumunun müşahidə edilməsi üçün mütəxəssislərin cəlb olunması qərara alınıb. “Təhlükəsiz məktəb” pilot layihəsi çərçivəsində bəzi məktəblərdə həmin tədbirlərə başlanılıb. 162 saylı məktəb pilot layihənin iştirakçısı olmayıb”, – Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib.
Şagirdlərin və müəllimlərin mənəvi və fiziki təhqirlərinə dözə bilməyib aprelin 4-də həmin məktəbin pəncərəsindən özünü atan Elina Hacıyeva ağır yaralansa da sağ qalıb və direktorun kabinetinə yerləşdirilib. Təcili tibbi yardım isə ekstren hallarda lazım olduğundan gec çağırılıb. (Contact.az)
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 2026 15:30
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- Azərbaycanda yeni nəslin BOYU azalır
28 yanvar 2026 15:34
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
