“Bəlkə də, özümə başqa sənət tapsaydım, daha yaxşı olardı”
Dünən Bakı Kitab Mərkəzində Xalq artisti Rasim Balayevlə görüş keçirilib.
"Qafqazinfo" xəbər verir ki, məşhur aktyor yığıncaqda pərəstişkarları ilə ünsiyyətdə olub, onların suallarını cavablandırıb. Tədbirə Xalq artistləri Fəxrəddin Manafov və Mehriban Zəki də qatılıb.
R. Balayev, əvvəlcə görüşə gələn hər kəsə təşəkkürünü bildirib, Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin “Nəsimi ili” elan olunması barədə danışıb.
Bundan əlavə, kino ulduzu məşhur “Nəsimi” filminə çəkilməsindən söhbət açıb: “Nəsimini əvvəllər tanımırdılar. Orta məktəbdə çox az sayda şeir və qəzəllərini şagirdlərə təqdim edirdilər. Nizami, Füzulini daha geniş tanıyırdıq, nəinki Nəsimini... YUNESKO-da ulu öndərin iştirakı ilə Nəsiminin yubileyi keçirildi. Çoxlu tədbirlər oldu və bu yığıncaqda rəssamlar öz fotolarını təqdim etdilər, kitablar işıq üzü gördü və s. Nəhayət ki, “Nəsimi” filmi çəkildi. Deyilənə görə, uğurlu alınıb. Bu mənlik deyil, kollektivin uğurlu işindən irəli gəlir. Mən də onlardan biriyəm, özümü xoşbəxt sayıram. Mən 5 filmə yoxlanmışdım, rejissorlar demişdilər ki, üzüm ekrana düşmür. Eşitmişdim ki, “Nəsimi” filmində məşhur və təcrübəli aktyorları çəkəcəklər. Mənim üçün ağlasığmaz bir şey oldu.
.jpg)
Filmdə rol almağımı təsdiq etdilər. Əvvəlcə, inanmadım, qorxmağa başladım. Fikirləşdim ki, kinoda epizodik bir obraz olsaydı, oynayardım, zəif alınsa da, gözə çarpmayacaqdı. Ya bu rolun üstündən gəlib uğur qazanacaqdım, ya da özümə başqa sənət tapacaqdım. Bəlkə də,özümə başqa sənət tapsaydım, daha yaxşı olardı (gülür). Dediyim odur ki, o vaxtlar aktyorların arzusu idi. Amma Nəsimini oynamaq mənim qismətimə düşdü. Neçə ildir ki, bu film yayımlanır, hələ də baxılır. Bu kinodan sonra xeyli valideynlər oğlanlarının adını “Nəsimi” qoydular. Üstündən illər keçdi, keçən il 3 gün Nəsimi poeziyası günləri oldu. Bu il isə prezidentimiz "Nəsimi ili" elan etdi. Bir daha Nəsimin təbliği başlandı”.
Görüşdə “Rejissor olsaydız, Nəsimi roluna kimi çəkərdiz?”- sualına isə R. Balayev belə cavab verib: “Çox çətin sualdır. Birincisi, mən heç vaxt rejissor olmayacam. Əgər olsaydım, yəqin ki, özümü çəkərdim (gülür). Ona görə də, yaxşı ki, rejissor olmamışam”.

Daha sonra aktyora həmkarı Fəxrəddin Manafovla eyni layihədə rol alması barədə sual ünvanlanıb.
Söz alan F. Manafov rejissor Ayaz Salayevin belə bir layihəsinin olduğunu bildirib:
“Mən Azərbaycanda iki insana “dədə” deyirəm. Biri Fuad Poladov, digəri isə Rasim Balayevdir. Onlar zirvədədirlər, əlçatmazdılar. Mən isə əlçatanam. 10 il Azərbaycanda yaşamadım, Sovet dövründən Azərbaycan dilində çəkilən filmin səsləndirilməsini Rasim Balayev edib. Bundan əlavə, rejissor Ayaz Salayevin bir layihəsi var idi. Çox təəssüf edirik ki, Fuad Poladov dünyasını dəyişdi. Ayaz məni, Rasim Balayev və Fuad Poladovu bir filmdə çəkmək istəyirdi. Artıq ssenarini bitirib. Heyif ki, Fuad bizi qoyub getdi. Ola bilsin ki, A. Salayev bizim ikimizi bir araya gətirmək barədə fikirləşər”.

R. Balayev isə rejissorlardan təklif gözlədiyini qeyd edib: “Bunu rejissorlar fikirləşməlidir. Mənə xoşbəxtlik qismət olub ki, Fəxrəddin Manafovla bir-iki dəfə tərəf müqabili olmuşam. Bu, bizim yox, ssenaristin və rejissorun işidir. Biz isə aktyorlarıq”.
Rasim Balayev Azərbaycan kino və serial aləmində olan bayağılıqdan söhbət açıb: “Mən politoloq, sosioloq deyiləm, amma çox narahatam. Neçə ildir teatr və kino sahəsində durğunluq var. Doğrudan da, baxırsan ki, nəzərə çarpacaq obrazlar yaranıb. Bunun çox səbəbləri var. Hər zaman demişəm ki, bu gün Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində (AMİU) seçimlər düzgün aparılmır. Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyasında, sənətlə məşğul olan məktəblərdə bir başqa imtahanlar olmalıdır. Bu mənim subyektiv fikrimdir. Əsas istedad, sənət götürülməlidir.
.jpg)
Bir dəfə məni çaşıb qəbul komissiyasına çağırdılar, daha sonra bir də ora məni buraxmadılar. Görünür ki, mən orda iradlar bildirdim, bu isə çoxlarının xoşuna gəlmədi. Elə oldu ki, qəbulda bir neçə şağirdə baxdıq, düşündük ki, ondan aktyor olar. Daha sonra məlum oldu ki, test imtahanından kəsilib. Belə bir anlar olur. Əksəriyyəti başqa ixtisas üzrə təhsil almaq istəyir, az bal toplayırlar, aktyorluğa yönləndirirlər. Dediyim odur ki, insanın istedadına tam bələd olub peşəyə daxil olmalıdır”.
Xalq artisti qeyd edib ki, aktyorun yeri teatrdır: “Arada Rusiya istehsalı olan qəzetlər oxuyuram. Orada aktyorlar müsahibə verirlər. Deyirlər ki, kino onlar üçün vacib deyil, əsas teatrdır. Mən onlara pərəstiş edirəm. Görün, nə gözəl deyirlər. Yaxşı teatr ola, əsl sənət göstərlər. Sən də orada işləyəsən. Arada da populyarlıq və pula görə kinoya çəkiləsən. Amma bizdə də pul verən yoxdur (gülür). Mən istəyərdim... İllər keçdi, bir az cılızlaşma getdi. Teatrlarda istədiyim repertuarlar olmadı”.
Fotolar: Nuran Məmmədov











- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 2026 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 2026 16:14
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
