BSU-nun professor-müəllim heyəti İvanovka kəndində görüş keçirib

BSU-nun professor-müəllim heyəti İvanovka kəndində icma nümayəndələri və məktəblilərlə görüş keçirib
17.05.2019-cu il tarixdə Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsinin təşkilatçılığı və Azərbaycanda Rusdilli Tədris Müəssisələri Müəllimləri Assossiyasiyasının dəstəyi ilə universitetin bir qrup professor-müəllim heyəti və tələbəsi İsmayıllı rayonunun İvanovka kəndində rus icması ilə görüş keçirmiş və kənd məktəbində böyük rus yazıçısı Vasili Şukşinin anadan olmasının 90 illiyini həsr edilmiş geniş tədbir düzənləmişlər. Qonaqlar ilk öncə İsmayıllı rayonunun mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri qoymuşlar.
Universitetdən gələn nümayəndə heyətini rayon icra hakimiyyətinin başçısı, professor Miradəməd Sadıqov qəbul etmiş, onlara Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsmayıllı rayonuna diqqət və qayğısından söz açıb. O, rayonda aparılan quruculuq-abadlıq işləri, rayonun milli-etnik tərkibi, İvanovka kəndinin spesifik xüsusiyyətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib. M.Sadıqov İsmayıllı rayonun etnik baxımdan çox zəngin olduğunu, burada ondan artıq millətin, milli və etnik azlığın, qrupun nümayəndəsinin bir ailənin üzvləri kimi yaşadığını bildirib. M.Sadıqov İvanovka kəndinin respublikamızda kollektiv təsərrüfat formasını saxlayan yeganə kənd olduğunu, özünəməxsus koloritini qoruduğunu qeyd edib. O daha sonra İvanovka kənd orta məktəbinin məzunlarının respublikamızın ali məktəblərinə qəbulunda xüsusi limitə ehtiyacın olduğuna diqqəti çəkib. M.Sadıqov BSU-nun professor-müəllim heyətinin rayona gəlişininin yerlərdə təhsilə maraq və diqqətin artmasına səbəb olacağına qeyd edib.
BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva səmimi qəbula görə rayon icra hakimiyyətinin başçısına minnətdarlıq ediblər.
BSU-nun nümayəndələrini İvanovka kəndində Rus icmasının rəhbərliyi, məktəbin direktoru, müəllim və şagird heyəti qarşılayıb. Böyük rus yazıçısı Vasili Şukşinin anadan olmasının 90 illiyinə həsr ounmuş “Milyonlarla ürək bir istəkdə qovuşur” adlı tədbir məktəbin klubunda baş tutub. İlk söz alan BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov iştirakçıları BSU-nun rektoru, professor Nurlana Əliyevanın adından salamlayıb. O, Bakı Slavyan Universitetinin bölgələrlə həmişə xüsusi diqqət yetirdiyini, universitetin rəhbərliyinin, professor-müəllim heyətinin bir qədər əvvəl Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə səfər etdiyini, məktəbin şagirdləri ilə sislsilə görüşlər keçirdiyini bildirib. O, BSU tələbələrinin həmin kənddə praktikada olduğunu qeyd edib. Prorektor ənənəvi xarakter daşıyan belə görüşlərin gələcəkdə də davamlı olacağını bildirib.
Flologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva öz çıxışında Bakı Slavyan Universiteytində 15 xarici dilin tədris edilldiyini, burada rus dilinə isə xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb. O, Vasili Şukşinə həsr olunmuş tədbirin İvanovka kəndində keçirilməsinin təsadüfi olmadığını, Şukşinin bir yazıçı kimi taleyinin rus kəndinə bağlı olduğunu, hətta böyük şəhərlərdə yaşayarkən belə köksünün altında saf bir rus kəndlisinin qəlbinin duyğu və həyacanlarını daşıdığını bildirib. O, Şukşini yazıçı, aktyor, rejissor kimi xarakterizə edib. G.Əliyeva bu tədbirin daha çox rəhbərlik etdiyi fakultənin tələbələrinin istəyindən doğduğunu söyləyib.
Daha sonra çıxış edən Azərbaycan Rusdilli Tədris Müəssisələri Müəllimləri Assosiyasiyasının sədri L.Yakunina Azərbaycanda rus ədəbiyyatına, mədəniyyətinə həmişə böyük maraq olduğunu bildirib. O, belə tədbirlərin davamlı olmasını, gələcəkdə digər rus şair və yazıçılarına həsr olunmuş tədbirlərin keçirilməsinin vacib olduğunu qeyd edib.
BSU-nun rus ədəbiyyatı kafedrasının dosentləri A.Tretyakova “V.Şukşin yaradıcılığında qəribə adamlar-qəhrəmanlar”, Kamalə Umudova “Müxtəlif mədəniyyətlərin qarışılıqlı münasibəti Azərbaycanda tolerantlığın əsas şərti kimi” mövzularında çıxış ediblər.
Sonra söz tələbələrə verilib. BSU-nun ikinci kurs tələbələri Nuridə Cəlilova, Ayqun Fərzəliyeva, üçüncü kurs tələbəsi Vlada Kamayeva V.Şukşini müxtəlif cəhətdən xarakterizə edən məruzələrlə çıxış ediblər.
Tədbir bədii hissəsi ilə davam edib. Sonda BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent G.Əliyeva İvanovka kənd orta məktəbinin əlaçı və bacarıqlı şagirdlərinə müxtəlif hədiyyələr təqdim edib.
Bakı Slavyan Universitetinin Mətbuat Xidməti
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
5 sentyabr 2025 00:25
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
4 sentyabr 2025 14:19
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
3 sentyabr 2025 14:40
- Arzular çin oldu, həm də Çində oldu
3 sentyabr 2025 09:57
- Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu
2 sentyabr 2025 10:51
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
1 sentyabr 2025 13:53
- Çində BU AN! Putin Paşinyanla görüşdü, Əliyevlə GÖRÜŞƏCƏK
31 avqust 2025 20:37
- Ərdoğanla Putin də Çindədir - Fotolar
31 avqust 2025 12:01
- Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
30 avqust 2025 01:14
- II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
06 sentyabr 00:26
- DÇ-2026: Azərbaycan millisi 4 : 0 uduzur (YENİLƏNİR)
06 sentyabr 00:21
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36